Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həccə gedəcək azərbaycanlı zəvvarların səfər qrafiki açıqlandı


Azərbaycandan bu il Həccə yola düşəcək zəvvarlar üçün ziyarət qrafiki açıqlanıb


Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, ilk zəvvar qrupları təyyarə ilə avqustun 24-də səhər saat 06:10-da Səudiyyə Ərəbistanına yollanacaq. Digər iki qrup isə bu uçuşdan bir saat sonra yola düşəcək. Növbəti qruplar avqustun 25-26-da, gündə 2 reys olmaqla, ziyarətə gedəcək.
 
Ziyarətdən dönüş isə sonuncu səfər uçuşu tarixindən (26 avqust) 18 gün sonra başlayacaq və hər gün iki reys olmaqla, 3 gün davam edəcək.
 
Qeyd edək ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.
Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb.
 
Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır.
 
Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız QMİ-dir.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar