Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsxanada ana olan Lamiyyə ilə bağlı ilginc faktlar


Bir neçə gündür ölkə mətbuatının əsas müzakirəsinə çevrilən “Məşhur Lamiyyə”nin həbsxanada ana olması ilə müəmmaların ard-arası kəsilmir


Heç kəs Lamiyyənin həbsdə ola-ola necə hamilə olması və uşaq dünyaya gətirməsi ilə bağlı suala cavab verə bilmir. 

Daha doğrusu, bu suala cavab verməli olan Penitensiar Xidmətin açıqlaması isə müəmmanı bir az da dərinləşdirir. Qısa olaraq bildirək ki, məsələyə qurum tərəfindən belə münasibət bildirilmişdi: “Onun dünyaya gətirdiyi uşağın atasının kimliyi ilə bağlı araşdırma aparılır. Məhkum həbsdə olduğu müddətdə istər 4 saylı cəzaçəkmə müəssisəsində, istərsə də İstintaq təcridxanasında, məhkəmədə və müalicə müəssisəsində dəfələrlə qohumları, yaxınları və dostları ilə görüşüb, həmçinin qısa və uzun müddətli görüşlərdə olub. Məsələ ilə bağlı hazırda tibbi ekspertiza tədbirləri həyata keçirilir".



PİA.AZ xəbər verir ki, yaranmış vəziyyətlə bağlı “Qafqazinfo”ya maraqlı məlumat daxil olub. Məlumata görə, Lamiyyə Müzəffər Məmmədov adlı rəisin vaxtında rəislə “intim” münasibət şansı olan üç-dörd qadından biri olub. Həmin dövrdə Lamiyyə heç kimi saymayıb, kefi istəyəni edib, o cümlədən sələm işinə də baxıb. Gəliri o qədər olub ki, evinə də pul göndərirmiş. Həbsxana rəisi dəyişiləndən sonra Lamiyyənin “xodun”u alırlar, sələm verməsinin də qarşısı alınır. İşçilərdən acıqlı qalan “xanım” bir gün yeməkxanada çayniki götürüb qadın nəzarətçinin başına çırpır. Nəzarətçinin şikayəti əsasında 2013-cü ildə təzə cinayət işi açılır. İndi bu hadisəni utandıqlarından olduğu kimi deyil, guya məhkum yoldaşı ilə dava etməsi kimi təqdim edirlər. Nəzarətçinin iş yerini sonra başqa yerə dəyişirlər. 

Ötən qış isə Lamiyyə istintaqla əlaqədar Kürdəxanı təcridxanasına aparılır. Orada kişi nəzarətçilərin bir-neçəsi ilə münasibətdə olur. Güman ki, təcridxananın rəhbərliyinin də bundan xəbəri olur. Hamiləliyini abortdan qorumaq üçün dörd ayınadək gizlədir. Maraqlıdır ki, Lamiyyə özü də uşağın atasının kimliyini dəqiq ayırd edə bilməyib. 




Nəhayət,  uşaq oktyabrda doğulub və məsələni mətbuata hüquq müdafiəçisi Elçin Behbudov açır. Bundan sonra isə hüquq müdafiəçisinin özü də müəyyən təzyiqlərlə üzləşir . Ona keçmiş işçiləri tərəfindən iddialar irəli sürülüb.

Qeyd edək ki, Lamiyyə Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin o vaxtkı icra başıçısı, sonralar isə uzun müddət kənd təsərrüfatı nazirin müavini olan məşhur Aslan Aslanovun oğlunu qətlə yetiribdir. Həmin illər bu cinayət işi ilə bağlı böyük rezonansa səbəb olan materiallar dərc olunurdu. İndi isə bu qadın yenidən gündəmdədir. Onu da bildirək ki, qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb. Lamiyyənin eks-nişanlısı Vüqar isə həbsxanada başqa qadınla ailə qurub.

Maraq üçün bildirək ki, Lamiyyənin həbsxanada doğduğu oğlan uşağıdır. Oğlana Nazim adı qoyulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar