Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdəki “üçlük” barədə sensasion iddialar

Bakı ilə Qərb arasında gizli kəşfiyyat savaşının bəzi detalları; Leyla Yunus, Emin Hüseynov və Xədicə İsmayılın yazışmaları və hesabatları hakimiyyətin əlinə keçib; Qərbin onların qaçırılması üçün hazırladığı əməliyyat isə baş tutmayıb; “gizli yazışmalar hakimiyyətin əlində olmasaydı, yəqin ki, indi Qərbin təzyiqi ilə hər üç şəxs azadlıqda idi...”


Hüquq müdafiəçiləri Leyla Yunus, Emin Hüseynov və jurnalist Xədicə İsmayılın işi Qərblə Azərbaycan hakimiyyəti arasında münaqişə səbəbinə çevrilib. 

Hazırda L.Yunus və X.İsmayıl həbsdədir və Qərb dövlət və təşkilatlarının israrlı tələblərinə baxmayaraq görünən odur ki, Bakı onlara qarşı xeyli dərəcədə qəzəblidir. E.Hüseynov isə son məlumatlara görə, İsveçrənin Bakıdakı səfirliyində gizlənir. 


Bugünlərdə hər 3 şəxsi hakimiyyətin qəzəbinə gətirən, hədəfə çevirən və Qərbin onları qorumağa çalışdığı proses barədə bəzi məlumatlar əldə etmişik. Diplomatik qaynaqlara dayanan mənbəmiz iddia edir ki, konkret olaraq L. Yunus, X. İsmayıl və E. Hüseynovun həbs olunması məsələsi sonuncu prezident seçkilərindən sonra gündəmə gəlib. Mənbənin iddiasına görə, 2013-cü il prezident seçkiləri zamanı Avropa Demokratik Təsisatlar İnstitutu ilə birlikdə Azərbaycanda seçkilərin saxtalaşdırılması ilə bağlı geniş hesabat hazırlanıb. 

Bu hesabatın hazırlanmasında iştirak edən əsas şəxslər Leyla Yunus, Xədicə İsmayıl və Emin Hüseynov olub. (Burada başqa adlar da var - məsələn, Anar Məmmədlinin də adı fraqmental olaraq bu məlumatda keçir - N.K.) Mənbənin iddiasına görə, seçkilər tarixində bunca mükəmməl və arqumentli, o cümlədən də sərt hesabat olmayıb; elə bu səbəbdən də hesabat ölkə rəhbərliyi tərəfindən qəzəblə qarşılanıb.
 
Mənbənin bildirdiyinə görə, bundan sonra MTN, DİN, Vergilər Nazirliyi, Əmlak Komitəsi və digər qurumlara bu şəxslərlə bağlı bütün “açıqlar”ın araşdırılması, məlumatların toplanması tapşırığı verilib. Eyni zamanda xüsusi xidmət orqanları bu və digər fəal QHT rəhbərlərinin xariclə bağlantıları və fəaliyyətlərini araşdırmalı olub. Bu qurumlar sözügedən şəxslərin fəaliyyətini araşdıraraq hansısa ilişəcək nöqtə axtarıblar. Lakin ilkin mərhələdə, eləcə də daha sonradan dövlət qurumları hər hansı ciddi faktlar əldə edə bilməyiblər. 

“Ancaq onların ”satılması" və ya ələ verilməsində bir nəfərin rolu olub, hansı ki, bu 3 nəfərin üçünə də yaxın olan şəxsdir" - deyə mənbə qeyd edir. Bildirilir ki, hər üç personanın Azərbaycan hakimiyyəti ilə bağlı hazırladığı gizli, yəni ictimailəşdirilməyən hesabatlar məhz həmin şəxsin vasitəsilə hökumətin əlinə keçib. Sitat: “E.Hüseynov, X.İsmayıl, L.Yunus eyni zamanda gizli hesabatlar hazırlayıblar. Məhz həmin bu şəxslərə yaxın olan adamın köməyi ilə hökumət onların hazırladığı hesabatları, yazışmaları göndərdikləri ünvanları öyrənib və yazışmaları ələ keçirib”. 



Hələlik bu şəxsin kimliyi açıqlanmır. Lakin “gizli şahid” barədə və sözügedən yazılar, hesabatlar haqda hökumət Qərbi məlumatlandırıb. Bu səbəbdən də nə ABŞ, nə də Avropa bu adamlarla bağlı Bakıya çox ciddi təzyiq edə bilmir. Mənbəmizin iddialı qeydi: “Hökumət mesaj verir ki, əgər təzyiq edilsə, bu hesabatlar açıqlanacaq. Bu hesabatlarda isə Avropa və Amerikadan olan nüfuzlu dövlət adamlarının adları keçir. Bu səbəbdən də onlar mediada adlarının hallanmasını istəmirlər. Məhz bu səbəbdən də Qərb ölkələrinin nümayəndələri arestantlara ümumi azadlıq tələb etsələr də, konkret olaraq bu 3 şəxslə bağlı tələblər səsləndirmirlər. Ona görə də Viktoriya Nulandın Bakı səfərində də bu məsələlərin üstünə gedilmədi. Əgər bu gizli yazışmalar hakimiyyətin əlində olmasaydı, yəqin ki, indi Qərbin təzyiqi ilə hər 3 şəxs azadlıqda idi. Xədicə İsmayılın işində əsas fiqur kimi ortalığa atılan Tural Mustafayev məsələsi sadəcə çaşdırıcılıq, iz azdırmaq üçün idi”. 



Maraqlıdır ki, X.İsmayıl istisna (Mənbə X.İsmayılın ölkədən getmək istəmədiyini qeyd edir - N) olmaqla, qalan iki şəxsin Azərbaycandan vaxtında çıxarılması ilə bağlı plan olub deyir mənbəmiz. Ancaq Leyla Yunusla bağlı plan  -  onu ölkədən çıxartmaq - baş tutmayıb və onu Azərbaycanda həbs edirlər. “Fransa səfirinin Leyla Yunusu ölkədən çıxara bilməməsi bütövlükdə AB və Avropa Komissiyasının Bakı ofisi üçün utancverici bir hadisə kimi qiymətləndirilib. Baxmayaraq ki, Azərbaycanın məhz Fransa ilə çox yaxşı əlaqələri vardı”. 

Mənbənin verdiyi məlumatda qeyd olunur ki, L.Yunus olayından sonra Emin Hüseynovun həbs olunacağı məsələsi Qərbdəki müəyyən dairələrdə ciddi müzakirə olunub: “Leyla Yunusun həbsindən sonra ABŞ səfirliyi Emin Hüseynovla onun təhlükəsizliyi məsələsini ciddi şəkildə müzakirə etməyə başlayıb. Onu ölkədən çıxartmaq qərarına gəliblər və bunun üçün bir neçə səfirlikdən istifadə olunması planlaşdırılıb. Bunlar Avropa Komissiyasının nümayəndəliyi, ABŞBritaniyanın səfirlikləri olublar. 



Fransa səfirliyi L.Yunus olaylarından sonra artıq ”etibarsız" olmuşdu. Xanım Yunusun pasportundakı 5 illik vizaya görə Azərbaycan hakimiyyəti qəzəblənmişdi və səfirlikdən bunu bilirdilər. İsveçrə isə ən sonuncu variant idi. 

Ancaq sonradan ABŞBritaniya səfirlikləri aradakı etimadı itirməmək, Bakı ilə əlaqələri zərbə altına qoymamaq üçün bu işdən kənarda saxlanılıb. Bundan sonra yeganə variant Eminin İsveçrə səfirliyinə sığınması olub. Eyni zamanda İsveçrə dünyada neytral, bütün kateqoriyadan olan rejimlərin, o cümlədən neft dollarları çox olan Azərbaycanın “toxunulmaz” qəbul etdiyi yeganə ölkədir. Həm də İsveçrənin Azərbaycanla hər hansı ciddi bir tərəfdaşlığı yoxdur. Sadəcə, gəzən xəbərlərə görə, Azərbaycan məmurlarının valyuta ehtiyatlarının bir qismi  bu ölkədə saxlanılır. Bu səbəbdən də Eminin gizlədilməsi İsveçrə səfirliyi vasitəsilə həyata keçirildi".



Məlumatda o da qeyd olunur ki, əslində həmin vaxt Bakıda “Arqo” əməliyyatı keçirilib. Daha doğrusu, belə bir əməliyyata təşəbbüs edilib.  Emin Hüseynovun qaçırılması üçün İsveçrənin seçilməsi həm də Azərbaycan hökumətini çaşdırmaq üçün oyun olub. Azərbaycan hökuməti əsasən ABŞ, Britaniya, Almaniya, Norveç səfirliklərini nəzarətə götürüb və İsveçrə o qədər də gözlənilməyib. Bu səbəbdən də E.Hüseynovun səfirliyə daxil olması rahat baş verib. Bu mənada amerikalıların “Arqo” əməliyyatının birinci hissəsi uğurla başa çatıb və E.Hüseynov İsveçrə səfirliyində gizlənib. 

Qeyd edək ki, “Arqo” əməliyyatı ABŞ-ın İrandakı səfirliyinin 6 əməkdaşının girovluqdan qaçırılmasına həsr olunan filmin adıdır. 1979-cu il noyabrın 4-də İranın paytaxtı Tehranda ABŞ səfirliyinin binası tələbələr tərəfindən ələ keçirilir və 66 nəfər personal girov götürülür. Ancaq 6 nəfər diplomat qaçaraq xilas ola bilir. 6 nəfər səfirlik əməkdaşı Kanada səfirliyində və İngiltərə səfirinin evlərində gizlənirlər. 

6 səfirlik əməkdaşını Tehrandan qaçırmaq üçün CİA-da qərargah qurulur və plan hazırlanır. Plana görə, guya “Hollivud” “Arqo” adlı elmi-fantastik film çəkilişlərini başlanmalı idi. Çəkiliş planına əsasən, filmin bəzi hissələri də İran ərazisində lentə alınmalıymış. Bu əməliyyatın İrandakı işlərini özbək əsilli müsəlman Nəzər təşkil edir. Əməliyyat 11 gün davam edir və “Hollivud”da qurulan saxta “Altıncı studio” “Arqo” filmini çəkmək üçün saxta hazırlıqlara başlayır. Los Anceles şəhərində dərc olunan  kinojurnallarda “Arqo” filminin çəkilişlərinin başlaması ilə bağlı elanlar verilir. Daha sonra CİA agentləri kino çəkənlər adı ilə Tehrana gedərək, 6 səfirlik əməkdaşını çəkiliş qrupunun üzvü kimi Tehran Hava Limanı vasitəsilə İrandan çıxararaq, Amerikaya aparır. “Arqo” ABŞ kəşfiyyatının tarixinə düşmüş uğurlu xilas əməliyyatlarından biri hesab olunur. 2012-ci ildə “Hollivud”da çəkilmiş eyni adlı film məhz bu hadisədən bəhs edir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar