Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdəki iki OMON-çu ilə bağlı prezidentə müraciət edildi


İctimai-siyasi xadimlər dövlət başçısından Arif Kazımov və Səfa Poladovun azadlığa buraxılmasını xahiş ediblər


Mart hadisələrinin üzərindən artıq 20 ilə yaxın vaxt keçir. 

Həmin olaylardan sonra xeyli sayda OMON-çu həbs olundu və bir çoxları cəzalarını çəkdikdən sonra azadlığa buraxıldılar. Lakin indiyə qədər onlardan ikisi hələ də həbsdədir. Səfa Poladov və Arif Kazımov ömürlük həbs cəzası alaraq, bu gün də həmin cəzanı çəkməkdə davam edirlər. 

Bununla bağlı ölkənin ictimai-siyasi xadimləri prezident İlham Əliyevə müraciət edərək, ondan adları çəkilən sabiq OMON-çuların azadlığa buraxılmasını istəyiblər. 

Müraciətdə deyilir ki, OMON hadisələrinə görə, məsuliyyətə cəlb olunanların demək olar ki, hamısı cəzalarını çəkərək, azadlığa çıxıblar. Yalnız onlardan ikisi- Arif Kazımov və Səfa Poladov hələ də həbsdədirlər və dəfələrlə əfv diləsələr də, azadlığa buraxılmayıblar. «Onlar məhkəmənin qərarı ilə ömürlük həbsə məhkum ediliblər və törətdikləri əməllərdən peşimanlıq hissi keçirdiklərini və azadlığa buraxılmalarını Sizdən acizanə şəkildə xahiş ediblər». 

Qeyd edilir ki, Qarabağ savaşında ağır döyüşlərin fəal iştirakçıları Arif Kazımov və Səfa Poladov 18 ildir Qobustan Qapalı həbxanasında olduqlarından artıq səhhətlərində ciddi problemlər yaşanır. «Dəfələrlə xəstəlikləri üzündən ölümlə üz-üzəgəliblər ki, həkimlərin sayəsində həyatda qalmağı bacarıblar. İndiyə qədər hər ikisinə cərrahi müdaxilə olub. Hər ikisi ürək çatışmamazlığından əziyyət cəkir. Yaşları da artıq 45-50 arasındadır ki, onların bundan sonra da həbsxanada qalması həyatları üçün ciddi təhlükədir. Elə həkimlər də təsdiqləyir ki, Arif Kazımov və Səfa Poladovun bu xəstəliklə həbsxanada yaşaması mümkünsüzdür. Hər iki məhbusla bağlı həbsxana rəhbərliyi tərəfindən razı qaldıqları və intizamlı olduqlarına görə dəfələrlə mükafatlandırlıblar. Hər ikisi də uzun müddətdir ki, namaz qılıb ibadətlə məşğul olurlar. Və ən əsası hər iki məhbus Qarabağa savaşında illərlə vuruşublar, ən ağır döyüşlərin iştirakçısı olublar və sonda hər iki şəxs həbsdə olduğu müddətdə valideyinlərini itiriblər».

Müraciət edənlər bildirirlər ki, ömürlük həbs almış və artıq 18 ildir həbsdə olan Səfa Poladov və Arif Kazımovun prezident tərəfindən bağışlanılması ən ədalətli qərar olardı. «Çünki Siz dəfələrlə əfv fərmanları və amnistiya aktları imzalayaraq, on minlərlə ailəyə sevinc bəxs eştmisiniz. İndiyə qədər sayənizdə azadlığa qovuşmuş insanlar öz həyatlarını cinayət aləmində deyil, daha səmərəli və qanuni işlərdə quraraq nicat tapıblar. Bu yaxınlarda imzaladığınız növbəti əfv fərmanınız onlarla ailəyə xoşbəxtlik bəxş edib. Və əminik ki, Siz bundan sonra da belə humanist addımlar atmaqda davam edəcəksiniz. 

Sizə müraciət etməkdə məqsədimiz ədalətinizə sığınaraq, həbsdə olan və hazırda ölümlə pəncələşən iki insana nicat vermək üçün addım atmağınızdır. Əminik ki, Siz bu müraciətmizi yerə salmayaraq, növbəti dəfə böyüklük, humanistlik, insanpərvərlik nümayiş etdirərək, ölüm ayağında olan bu iki Qarabağ döyüşçüsünün azadlığa buraxılmasını təmin edəcəksiniz». 

Müraciətə imza atanlar arasında deputatlardan Çingiz Qənizadə, Fazil Mustafa, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu, “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, hüquq mudafiəçisi İradə Cavadova, Ömürlük Məhbusların Müdafiə komitəsinin sədri Müslimət Rzaxanova, “NATO” institunun Bakı nümayəndəliyinin rəhbəri Fərrux Məmmədov, Kecmiş OMON-un komandiri Nizami Şahmuradov, vəkil Elcin sadıqov, Tia.az saytının rəhbəri Əlişir Əhəd və Jurnalist Araşdırma Mərkəzinin rəhbəri Fikrət Fəraməzoğlu var. (jam.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar