Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdəki general Eldar Mahmudovu ələ verdi


“Onun göstərişi ilə etmişəm...”


Ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri, hazırda həbsdə olan general Teymur Quliyev istintaq zamanı rəhbərlik etdiyi mərkəzin sahibkarların telefon danışıqlarının dinlənilməsini  nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini bildirib. 

Virtualaz.org xəbər verir ki, general Quliyev Akif Çovdarovun barəsində qaldırılmış cinayət işində şahid qismində dindirilib. Onu sahibkarlar Elşad Abdullayev, Vüqar Əliyev və digərlərinin telefonlarının qanunsuz dinlənilməsi epidozu üzrə dindiriblər.



T.Quliyev bildirib ki, telefonların dinlənilməsi barədə tapşırıq ona rəsmi qaydada, göstəriş vərəqələrində çatdırılıb. Lakin telefonların hansı əsasla dinlənildiyini araşdırmaq və buna icazə verən məhkəmə qərarının olub-olmadığını yoxlamaq onun səlahiyyətində deyildi. Generalın bildirdiyinə görə, həmin sahibkarların telefon danışıqlarının dinlənilməsinin təşəbbüskarı MTN-də Çovdarovun rəhbərlik etdiyi idarənin məsul əməkdaşı Azər Əliyev olub. Və tapşırıq Çovdarovun özü tərəfindən təsdiqlənib. T.Quliyev bildirib ki, mərkəzin əməkdaşları telefon danışıqlarının dinlənilməsinin nəticələrini Çovdarovun idarəsinə təqdim edirdi. Generalın bildirdiyinə görə, telefonların dinlənilməsi nazir Eldar Mahmudovun özünün icazəsi olmadan həyata keçirilə bilməzdi.



Habelə T.Quliyev sahibkar Allahverdiyev Səhrab Mustafa oğlunun telefonlarının dinlənilməsinə dair göstərişi MTN-in idarə rəisi, general Sübahir Qurbanovdan aldığını bildirib.

Monitorinq Mərkəzinin hazırda həbsdə olan əməkdaşı Fərhad Atayev də ifadəsində telefon danışıqlarının dinlənilməsini nazir E.Mahmudovun xüsusi icazəsi ilə həyata keçiriblər. Monitorinq Mərkəzinin digər əməkdaşı Anar Verdiyev isə etiraf edib ki, onların praktikasında  telefon nömrələrinin qeyri-rəsmi dinləməyə qoşulması mövcud olub. Və bu barədə tapşırıqları rəisi Teymur Quliyevdən alıb. Verdiyev T.Quliyevin ona azı 10 telefon nömrəsini qeyri-rəsmi dinləməyə qoşmaq barədə göstəriş verdiyini deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar