Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdə olan polkovnikə yeni cinayət işi açıldı

Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onlarla vətəndaşdan işə düzəltmək adı ilə külli miqdarda pul alan şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə düşüb


 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin təxirə düşməsinə səbəb Əlövsət Məhərrəmov barəsində yeni cinayət işinin açılmasıdır.

Hakim bildirib ki, Əlövsət Məhərrəmov barəsində eyni əməllərə görə cinayət işi açılıb və o, Nəsimi Rayon Məhkəməsinə aparılıb.

Bu səbəbdən də məhkəmə təxirə salınıb. Növbəti məhkəmə prosesi sentyabrın 12-nə təyin edilib. İş üzrə şahid olan şəxslər məhkəməyə məcburi gətiriləcək.

Bildirək ki, 2015-ci ilin fevral ayında həbs edilən Əlövsət Məhərrəmov özünü FHN polkovniki kimi təqdim etsə də o, əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində çalışıb. Onun həbsindən sonra “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin göstərişi ilə adıçəkilən qərargah ləğv edilib.

Onun vətəndaşları aldatması halları isə 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsində Ə.Məhərrəmov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Bu iş üzrə zərərçəkmişlərin sayının 90 nəfərə yaxın olduğu bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar