Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdə olan general: “Elə qaçardım ki, izimi tapa bilməzdiniz“


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib


Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Maqsud Mahmudovun epizodu üzrə dinləmələr keçirilib.
 
Şahid qismində dindirilən Marik Şamilov bildirib ki, 2009-cu ildə anasına məxsus olan ev plana düşdüyündən, aldığı pulla Salyan yolu 32 ünvanında torpaq sahəsi alıb:
 
“Torpağın bələdiyyə sənədi vardı. Üstündən 2 il keçəndən sonra həmin torpağa gəlib baş çəkdim. Gördüm ki, burda tikinti gedir. Orda duranlara dedim ki, bu, mənim torpağımdır. Dedilər, torpağın yiyəsi indi gələcək. Gözlədim, Maqsud ora gəldi. O bildirdi ki, torpağı ona satıblar. Bir az sonra həmin torpağı satan Elşən və Nizaməddin gəldi. Onlar Maqsudu kənara çəkdilər və söhbət etdilər. Sonra mənə dedilər ki, torpaq məsələn həll ediləcək. Lakin həll olunmadı”.
 
Şahid bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib: “Həmin şəxslər mənə hədə-qorxu gəlməyə başladılar. Həmin ərəfədə Maqsudla telefonla danışsam da, o, mənə hədə-qorxu gəlməyib. Torpağı satanlar mənə hədə-qorxu gəldiyi üçün MTN-ə şikayət etdim. Oraya ünvanlı, kiminsə tapşırığı ilə şikayət etməmişəm. MTN-nin qəbul şöbəsində ərizə yazmışam”.
 
Zərərçəkən Maqsud Mahmudov qeyd edib ki, Marik Şamilovun şikayətindən sonra onu MTN-ə çağırıblar: “MTN-ə getdim, 120 min tələb olundu. Pulu bir təhər tapıb verdim. Oranın əməkdaşı Ayaz mənə dedi ki, həmin pulun 10 min dolları Marikə çatıb. Bununla bağlı MTN əməkdaşlarının da ifadələrində var”.
 
Təqsirləndirilən polkovnik Azər Mehdiyev bildirib ki, həmin ərəfədə “Atletlər kəndi”ndə keçirilən tədbirlə bağlı qurulan əməliyyat qrupunun üzvü olub: “Bu dediyi vaxtlarda mən işə gəlmirdim. “Atletlər kəndi”ndə olurdum. İyulun 2-də işə çıxdım. Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Həmin gün Maqsuda zəng etmədim. Buna görə mənə dedilər ki, niyə zəng etməmisən? Günün ikinci yarısında Maqsuda zəng elədim və MTN-ə çağırdım. Onun izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılması üçün nazirin imzası olub. Buna görə də mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var. Onları burada açıqlamaq istəmirəm. Bununla bağlı qapalı iclasda geniş danışacam”.
 
Elçin Quliyev  bildirib ki, bu işlə bağlı intihar etmiş İlqar Əliyevin ifadələrinə görə burdadır: “ “İlqarın ifadələrini mənə təqdim etməyiblər. Dedilər ki, dövlət sirri təşkil edir. Eyni zamanda Ayaz Gərayzadə və Ramin Hümmətov da ifadə veriblər. Sonradan bu şəxslər yoxa çıxıb. Bu məsələ ilə bağlı qapalı iclasda geniş danışacağam. Mən çox şeylər danışacağam. Danışandan sonra görəcəksiz ki, necə əməliyyatçı olmuşam. MTN-də baş verən olaylardan sonra iki ay işimdə qalmışam, sonra başqa işdə işləmişəm. Uzun illər xüsusi xidmət orqanında çalışmışam. İşimdə cinayət əməli hiss etsəydim, o birilər kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanı olan  ikinci bir şəxs olmayıb. Elə qaçardım ki, izimi-toxumu da tapa bilməzdilər”.
 
Maqsud Mahmudov Elçin Quliyevin ifadəsinə replika ilə cavab verib: “Məni MTN-ə apardın, deyirdiniz ki, dövlətə xəyanət eləmisən, bəs məni niyə həbs edə bilmədiniz?”.
 
Elçin Quliyev isə zərərçəkənə cavabında deyib ki, hər MTN-ə gətiriləni həbs etmirdilər: “Araşdırma aparılırdı. Sən özün də yaxşı bilirsən ki, hansı səbəbdən MTN-ə çağırılmışdın. Ukrayna hadisələrinə görə MTN-ə çağırılıb dindirilmisən".
 
Prosesdə Maqsud Mahmudovla Elçin Quliyev mübahisə ediblər. Mübahisəni sakitləşdirən hakim onlara xəbərdarlıq edib.
 
Daha sonra prosesdə qapalı hissə keçirilib.
 
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar