Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Havada rütubətin miqdarının çox olmasının səbəbi - Rəsmi açıqlama


Sentyabrın bəzi günlərində havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub


Son günlər Azərbaycan ərazisində havada rütubətin miqdarının çox olmasının səbəbi açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya verilən xəbərə görə, buna səbəb cənub-şərq küləklərinin üstünlük təşkil etməsidir.
 
G. Məmmədova vurğulayıb ki, son günlər ərzində BakıAbşeron yarımadasında cənub-şərq küləklərinin üstünlük təşkil etməsi nəticəsində sakit havada bəzi saatlarda rütubətliyin artması meteohəssas insanlarda narahatlığa səbəb olur: “Yaxın 2-3 ərzində də Abşeron yarımadasında sabit hava şəraiti hökm sürəcəyi gözlənilsə də, bəzi saatlarda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Bununla bağlı mütəmadi tibbi-meteoroloji proqnoz verilir. Son günlər ərzində BakıAbşeron yarımadasında havanın temperaturu 30-35 dərəcə isti olub, belə hava şəraiti həftə sonu da davam edəcək. Yaxın günlərdə temperatur rejimində mühüm dəyişiklik gözlənilmir”.
 
Direktor əvəzi vurğulayıb ki, BakıAbşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik normadan çox olmayıb. Bu günlərdə havanın temperaturunun sentyabr ayı üçün xarakterik olduğunu deyən G.Məmmədovanın sözlərinə görə, əvvəlki illərdə də bu ayda 30-35, bəzi günlərdə hətta 37-38 dərəcə isti qeydə alınıb: “Bu ilin sentyabr ayında rekord göstərici təzələnməyib. Sentyabr ayında havanın temperaturu bəzi günlərdə iqlim normasına yaxın, bəzi günlərdə isə iqlim normasından 2-3 dərəcə yüksək olub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar