Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hava ilə bağlı xəstəlik

Deyirlər, kənddə bütün xəstəliklərin adı soyuqdəymədir


 İstəyir, infarkt olsun, istər vərəm,  istərsə də xərçəng, dəxli yoxdur, belə xəstəliklərin  kənddə  yeganə adı soyuqdəymədir.  Heç xəstə xəstəliyinin adını özü bilməsə, onu soyuqdəymə adı ilə yola verər, sağalar da, hələ bir az da o tərəfə keçər.  Səbəbini də onda görərlər ki, guya  yer qazanda, ya da tərli-tərli çölə çıxanda, nə bilim, at çapanda, çiməndə-eləyəndə özünü bir balaca soyuğa verib.

Kəndimizdə bir həkim var, Zeydulla, yalan olmasın, Bakı şəhərində  ən böyük klinikaların geri qaytardığı xəstələri o sağaldıb, qaldırıb qoyub ayaq üstə. Məsələn,  Qan İnstitutunun  amansız qan xəstəliyi  adı ilə  ümidsiz şəkildə kəndimizə geri qaytardığı xəstələri Zeydulla  sağaldıb, diaqnoz da qoyub ki, belə xəstəliklər qanın soyuqlamasıdır.   

Təki xəstə bu soyuqdəymənin  səbəbini həyatında bir şeylə bağlamağı bacarsın, hansısa gördüyü bir işin üstünə yıxa bilsin. Əgər səbəb tapılırsa, deməli, xəstə mütləq  ayağa dura biləcək.

Kəndimizdə elə adamlar  var ki, deyir: “Zeydulla doxtur bir dəfə sifətimə baxıb həqiqəti desin bu bəladan sağalacam, ya yox, daha məni dağa-daşa salmasın”. Zeydulla da xəstənin xəbəri olmadan  şprisin havasını alan zaman gözucu bir dəfə xəstəyə baxır və sonra iynəni  vura-vura deyir, soyuqdəymədir. Beş-on günə  keçib gedər.

Əgər bir xəstə Zeydullaya məsləhət eləməmiş rayon həkiminə getdisə, rayon həkimi də onu  Zeydulladan xəbərsiz Bakıya yazdısa, o adam  gəlib kəndin ortasında “tərəkəmə” oynasa  belə,  Zeydulla  gözucu ona baxıb deyəcək:  “Oynadığına baxma, onunku soyuqdəymə deyil, ayrı xəsəlikdir. Gedəcək”. Elə də olur. Ona görə də kəndimizin adamları Zeydulla ilə  məsləhətləşməmiş  bir yana ayaq basa bilməzlər.

Elə mən özüm, həmişə kəndimizə gedəndə Zeydullanın baxış aparatından keçməmiş  şəhərə gəlmirəm. Camaat  Bakıya həkimə  gəlir, mən kənddə.  Bu dəfə xüsusi  olaraq Zeydullanın qəbuluna getdim. Zeydullanın qəbulu kənd üçün 20 yumurta, bir toyuq, lap çox olarsa,  bir əmlik quzu, pul sarıdan da 5-10 manat, bu da olmasa, otur Zeydulla ilə nərd oyna, iki tas uduz, bu da olsun əvəz-əvəz.

Zeydullanın qəbuluna getməyimin səbəbi bu idi ki, iki aydır qan təzyiqim 180-dən düşmür. Bərk gedən klinikaların  həkimləri və onların qan, UZİ analizləri  belə bir nəticə ortaya qoydu ki, guya mənim  sağ böyrəyimin vəzində  problem var. Böyrəyim  MRT  olunmalıdır ki, görsünlər, problem nə ilə bağlıdır? Bunun da qiyməti nə az, nə çox, 150 manatdır. Guya qan təzyiqini o qaldırır. Evimizdəki kiçik “müşavirədən” sonra məsləhət bilindi ki, gedim özümü kənddə Zeydullaya göstərim.

Əvvəlcə  Zeydulla ilə nərd oynadım, iki tas uduzandan sonra keçdik müayinəyə. Zeydulla gah gözünü qıydı, gah bərəltdi, böyürdən-başdan, sağdan-soldan  diqqətlə baxdı, qərarını verdi. Guya  mənim qan təzyiqim hava ilə əlaqədardır. Onu da qeyd elədi ki, böyrəyimdə soyuqlama var, o da hava  ilə birləşib qan təzyiqimi qaldırır 180-ə. Elə bu zaman iki arvad, 3 kişi də gəldi, Zeydulla da onların qan təzyiqini ölçdü,   müşahidə eləməmiş elə bir başa dedi ki, sizin də qan  təzyiqiniz   hava ilə əlaqədardır və həm də qanınızda soyuqlama var. Onlara da, mənə də mələhət gördü ki, qarğıdalı  saçağı dəmləyək içək.

Bir aydır ki, qarğıdalı saçağı dəmləyib içirəm. Qan təzyiqim hələ 120/80-dən nə aşağı, nə yuxarı tərpənməyib.

Allah Zeydullaya uzun ömür versin. Dostlarımdan kim xəstələnsə, aparacam Zeydullanın  ehtimal, yozum, baxıcı və  baxış klinikasına. Qiyməti  də 10 manatlıq  sim kontur və iki tas uduzmaq. İki tas  uduzmaq yaman ləzzət eləyir. Həm Zeydullaya, həm də xəstəyə.

Qəşəm Nəcəfzadə(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar