Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hasara çıxıb tut yeyən qonşusu ilə dava etdi, bir gözü kor oldu- cinayət işi


Hasara çıxıb tut yeyən qoşusu ilə mübahisə edən şəxs bir gözündən oldu. Aralarında məhkəmə çəkişməsi gedən qonşular sonda barışıq əldə ediblər. Amma 3 ay sonra həbs edilən qonşulardan biri 3 il həbs cəzası çəkməli olacaq


Musavat.com xəbər verir ki, 1985-ci il təvəllüdlü Şamo Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2017-ci il tarixli hökmü ilə 4 il 6 ay müddətinə azadlqıdan məhrum edilib.

Ş.Məmmədov 2016-cı ilin iyun ayında Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivində qonşuluqda kirayədə yaşayan Hüseyn Paşayevlə əvvəlcə mübahisə, sonra isə dava edib. Mübahisəyə səbəb Ş.Məmmədovun qonşusunun hasarına çıxaraq ağacdan tut yeməsi olub.

Belə ki, Ş.Məmmədov qonşusunun hasarına çıxıb. Bunu görən H.Paşayev qonşusuna irad bildirib ki, həyətdə ailə üzvləri var. Bu zaman aralarında mübahisə yaranıb və evdən bir qədər uzaqlaşaraq orada dava ediblər. Şamo Məmmədov yerə yıxılan zaman Hüseyn Paşayevin onun üzərinə gəldiyini görüb və yerdən daş götürüb. Daşı H.Paşayevin sol gözündən vurub. Qonşusunun gözündən qan gəldiyini görən Şamo hadisə yerindən qaçıb. Ş.Məmmədov bir müddət axtarışda olub.

Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində özünü qismən təqsirli bildiyini deyib.

Qeyd edib ki, H.Paşayevi bir qonşu kimi tanıyıb və münasibətləri həmişə yaxşı olub. Hadisə baş verənə qədər də heç vaxt mübahisələri və söz-söhbətləri olmayıb.

“Həmin gün Hüseyinin həyətində olan tut ağacının küçəyə çıxan budağından tut yeyirdim. Yaxşı dəymiş tutların ağacın digər budaqlarında olduğunu görüb hasara çıxdım. Bu zaman küçə tərəfdən Hüseyin məni çağırdı. Həyətdə ailə-uşaq olduğunu deyib mənə irad bildirdi. Mən Hüseyndən üzr istədim. Amma o mənimlə kobud danışdı. Evdən 20-30 metr aralandıq. Sözlə mübahisə edən zaman bir-birimizin yaxasından tutduq. Hüseyin məni itələyəndə yıxıldım. Hüseyin söyüş söyərək üzərimə gəldi. Mən də əsəbləşib yerdən götürdüyüm daşı ona atdım. Hüseyin gözünü tutub qışqırdı. Kömək eləmək istədim, amma qan gəldiyini görüb qorxdum. Oradan qaçdım. Həmin gün qonşulardan Hüseyinin gözünün çıxdığını eşitdim. Buna görə də qorxdum və oradan qaçdım. Bir müddət ayrı-ayrı yerlərdə gizləndim”- deyə Ş.Məmmədov ifadəsinə əlavə edib.

Ş.Məmmədov həbs ediləcəyindən qorxduğu üçün polisdən qaçdığını deyib.O, hadisədən 3 ay sonra saxlanılıb.

Məhkəmədə məlum olub ki, Ş.Məmmədov daha əvvəl də cinayət əməli törədib. O, yol qəzası törətdiyi üçün 1 il cəza alıb.

Məhkəmədə zərərçəkmiş Hüseyin Paşayev də hadisə ilə bağlı eyni məzmunlu ifadə verib. O, əlavə edib ki, daş dəyəndən sonra sol gözü görmədiyi üçün Zərifə Əliyeva adına Göz Klinikasına gedib. Orada əməliyyat olunub.

O, hadisənin qonşusu Şamo Məmmədovun günahı ucbatından baş verdiyini, onunla dalaşmaq niyyətinin olmadığını bildirib. Zərərçəkmiş şəxs qonşusunun onunla kobud danışdığını deyib.

Ş.Məmmədov aldığı 4 il 6 aylı həbs cəzasında narazı qalaraq apellyasiya şikayəti verib. İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən iclasda baxılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını istəyib. Qonşusu ilə barışdığını deyən H.Paşayev də təqsirləndirilən Ş.Məmmədova qarşı heç bir şikayət və maddi tələbinin olmadığnı, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Tərəfləri dinləyən və sübutları araşdıran məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə ağır cəza təyin edilib.

Məhkəmə Ş.Məmmədovun gənc olmasını, azyaşlı uşaqlarının olmasını, ailəsinin dolanışığının ağır olmasını, zərərçəkmiş şəxslə barışmasını yüngülləşdirici hallar kimi qiymətləndirərək hökmü dəyişib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Ş.Məmmədovun cəzası 4 il 6 aydan 3 ilə endirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar