Xəbər xətti

24 MAY

12:16 ABŞ Şərqi Avropaya ordu və texnika göndərir

12:11 Tunar subaylığın daşını atdı - Foto

12:07 DİM vergi orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçirəcək

12:03 “Moodys”: 2019-cu ildə neftin qiyməti 45-65 dollar civarında olacaq

11:59 Yarım tondan artıq heroinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

11:54 Çağladan keçmiş əri ilə bağlı sərt sözlər

11:50 Makron bu gün Putinlə görüşəcək

11:45 Kapitan 15 illik klubunu tərk edir

11:40 Qanunsuz dövriyyədən 79 kq narkotik çıxarılıb

11:39 GDU-nun dekanı Urfan Həsənov kimdir?

11:36 Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan

11:32 70 yaşına 19 gün gecikən Fuad Poladov

11:28 ABŞ və Yaponiya razılığa gəlib

11:24 Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr – Siyahı

11:21 Azərbaycanda turistlərə birdəfəlik istifadə olunan obyekt kimi baxırlar?

11:20 Bakıda silahlı şəxslər tutuldular - Foto

11:15 Əbülfəz Məlikov haqda daha bir iddia... - Növbəti zərbə

11:11 “Rəsmi təyin olunmayan şəxslər bəzən azyaşlılara da kəbin kəsir”

11:07 Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – Dəhşətli fotolar

11:03 Ukrayna prezidenti ilə BBC arasında qalmaqal

10:58 Yaşasaydı 70 yaşı olacaqdı

10:54 Mübariz Qurbanlı azanların müxtəlif vaxtlarda səsləndirilməsi ilə bağlı xəbərdarlıq edib

10:50 Prezidentə yalan danışan sahibkarın adı saxta əmlak maxinasiyasında - Şok faktlar

10:46 “Lirənin, rublun və rialın ucuzlaşması Azərbaycana təsir edəcək”

10:41 Uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır

10:37 İlahiyyat İnstitutuna bina ayrılıb

10:33 Ekspertdən problemli kreditlərin həlli ilə bağlı unikal təklif

10:28 Zöhrə Abdullayevanın oğlu vəfat etdi

10:24 Bakı metrosunda intihara cəhd olub

10:19 Merkel: “Avropa şirkətləri İrandan getməli olacaq”

10:15 Ədliyyə orqanlarında işləmək üçün 640 nəfər imtahan verəcək

10:11 Balakəndə narkobaron həbs edilib, onun evində laboratoriya və silah-sursat aşkarlanıb

10:07 “Moodys” Bakıda “İllik Azərbaycan Sammiti” keçirir

10:00 Instagram-dan yenilik

9:56 Məhkəmədən Trampa “Twitter” qadağası

9:51 Axtarışda olan 30 nəfər saxlanılıb

9:48 4-cü mərtəbədən yıxılan fəhlənin boynu sınıb

9:46 Tələbələrin yataqxana problemi həll olunur

9:42 İraqda partlayış: 8 ölü

9:41 Politoloq: “İsrailin “erməni soyqrımı”nı gündəliyə gətirməsi...”

9:39 Atəşkəs 100 dəfə pozulub

9:35 Göygöldə “Opel” maneəyə çırpıldı: 2 yaralı

9:31 Azərbaycan neftinin bir bareli 81 dolları ötüb

9:27 “Yaşıllıqların bərpası Qaydası”nda dəyişiklik edildi

9:23 Qarabağ məsələsi ATƏT-də yenidən qaldırılacaq

9:19 Gəncədə 45 yaşlı kişi bıçaqlandı

9:16 İsrail “erməni soyqırımını” tanıya bilər

9:12 Abşeronda bıçaqlanma baş verib

9:08 Qazaxda yol qəzası: yaralılar var

9:04 TBMM sədri: “Qarabağ bizim milli məsələmizdir”

9:00 Kamran Əliyev BMT-də məruzə ilə çıxış edib

0:14 Bu insanlar hər gün 3 alma və 2 pomidor yeməlidir

0:10 Bakıda mənzildə kişi meyiti tapıldı

0:08 Türkiyə aviasiyası PKK-nın İraqdakı 6 obyektini məhv etdi

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 MAY

23:55 Ançelotti “Napoli” klubunun baş məşqçisi təyin edilib

23:44 Paşinyan erməni əsgərlərinin qida və geyim problemləri barədə danışdı

23:35 Bitkoin 8 min dollardan aşağı düşdü

23:20 İŞİD Suriyada Əsədə bağlı silahlılara hücum edib - 26 hərbçi ölüb

23:11 Türkiyə və Gürcüstana gedən azərbaycanlıların sayı azalıb

23:03 İran XİN rəhbəri: “Pompeonun açıqlamaları məntiqsiz və əhəmiyyətsizdir”

22:50 Tramp Kim Çen Inla görüşün vaxtından danışıb

22:42 “Pul qazanmaq üçün tulalet təmizlədim”

22:23 Qazaxıstanda qar yağır

22:15 Şəkidə 53 yaşlı qadını ilan sancıb

22:04 Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb

21:55 Yuliya Skripal ilk müsahibəsini verib

21:46 Bərdədə 18 yaşlı qız intihar edib

21:40 Anqola Qüdsə görə diplomatlarını cəzalandırdı

21:28 Bakıda intihara cəhdin qarşısı alınıb

21:15 DÇ-2018: FİFA himnin ifaçılarını açıqladı

21:10 Əli İnsanov ailə üzvlərinin Almaniyaya köçməsi xəbərinə münasibət bildirdi

21:08 “İlqar Məmmədov azadlığa çıxandan sonra onunla bağlı gözləntilər dəyişəcək”

21:01 Zakir Həsənov Anjey Kaspşiklə görüşüb

20:54 Aleksandr Lukaşenko Azərbaycan prezidentini təbrik edib

20:40 Sabah Rusiya və Fransa prezidentlərinin görüşü keçiriləcək

20:27 Neft yenidən bahalaşıb - Qiymət

20:20 DİM beynəlxalq təhsil proqramlarını uğurla bitirən şəxslərə müraciət edib

20:07 Dövlət Komitəsinin sədri Türkiyədə səfərdədir

20:00 Bakıda ana və azyaşlı oğlu itkin düşüb

19:52 “Ermənistanın təcavüzkar siyasət yürütməsi bölgədə sülhə, sabitliyə əngəl yaradır”

19:43 Emma: “Sevinməsinlər ki, boşanmışam”

19:36 Misir lideri Azərbaycan prezidentini təbrik edib

19:30 Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib

19:19 Rusiyanın “çirkli pulların böyük boru kəməri” milyardları hansı ölkəyə “axıdıb”

19:13 ABŞ-ın F-35 qırıcısını Türkiyəyə verəcəyi tarix məlum oldu

19:06 LG iki metrlik displeyini nümayiş etdirdi

19:00 “Rüstəm İbrahimbəyov böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”

18:53 Şennak: “AŞPA-nın iyun sessiyasında Səməd Seyidovun yerinə başqası seçilməlidir”

18:46 Bakıda mənzildə 58 yaşlı kişinin meyiti tapılıb

18:40 35 klubla bağlı cinayət işi açıldı

18:35 “Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək”

18:30 Bakıda 200 manatlıq əsginas təqdim olundu - Foto

18:23 İbrahimbəyovdan xəyanətkar davranış - Əli Həsənov çağırış etdi

18:15 Təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb

18:10 Ağdamda 32 yaşlı kişi bıçaqlanıb

18:05 Vüqar Rəhimzadə: “Rüstəm İbrahimbəyovun damarında erməni qanı axır”

18:00 Qazaxıstan - Azərbaycan oyununun biletləri satışa çıxarılıb

17:56 Terror qruplaşmaları ayda nə qədər pul qazanır?

17:51 Fələstinlilərə Qüdsə getmək qadağan edildi

17:47 Ermənistanda deputat köməkçisi həbs edildi

17:42 I sinfə qəbul üçün müraciət edənlərin sayı açıqlandı

17:37 Gövhər Həsənzadə: “Müğənni bəstəkar ola bilməz”

17:33 ABŞ yəhudiləri iki yerə bölündü

17:29 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

17:25 “36 xəstə dərmandan zəhərlənib”

17:21 Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

17:17 Medvedev İlham Əliyevə məktub göndərib

17:14 “Park Bulvar”da 14 yaşlı qız itkin düşüb

17:11 Məşhur mağazanın işçilərinə hökm oxundu

17:06 Qubada ruhi xəstə avtomobil qaçırdı

17:02 ADB Azərbaycanla bağlı əsas strategiyasını açıqlayıb

16:58 Rusiya XİN: “NATO-dan kənar ölkələri ABŞ adam yerinə qoymur”

16:53 Arzu Əliyeva AXC ilə bağlı film çəkdi

16:49 ABŞ hamını “Liviya ssenarisi” ilə hədələyir

16:46 Cavad Zərif: “Pompeonun açıqlamaları əhəmiyyətsizdir”

16:41 Kanala düşən 80 yaşlı kişi xilas edildi

16:38 “Grand Hospital”dan çıxarılan həkimlər üsyan etdi

16:35 “Bakcell” karyera sərgisinə qatılıb

16:32 Türkiyə lirəsinin məzənnəsi sürətlə aşağı düşür



ƏDƏBİYYAT

...

Hardasan, öldürür bu təklik məni...

Tarix 25.12.17, 12:45

Font ölçüsü : - / +
bitmap-img6

Ramiz Qusarçaylının şeirləri


Bu gün tanınmış şair Ramiz Qusarçaylının doğum gündür. 

Bu münasibətlə şairi təbrik edir, onun şeirlərindən seçmələri oxucuların diqqətinə çatdırırıq    


Hardasan

 
Hardasan, öldürür bu təklik məni,

Ovutmur bu güllük, çiçəklik məni…

Sənsiz göyüm-göyüm göynəyirəm mən,

Sənsiz bu dünyanı neynəyirəm mən…

 
Pirdi, övliyadı, nədi, bilmirəm,

Eşqə bax, imana, dinə gəlirəm.

Mən səndən ayrılıb gedə bilmirəm,

Mən səndən ayrılıb sənə gəlirəm.

 
Bir bəyaz duyğutək gəlləm yuxuna,

Durub şirin-şirin səslərəm səni.

Büküb qarasına, büküb ağına,

Gözümün içində bəslərəm səni.

 
Gözümdə nə qədər gecə ağarıb,

Özüm də bilmirəm necə ağarıb,

Nazın bu sevginin göz dağı olub,

Sinəm bu sevginin dustağı olub…

 
İki göz dolusu ağlaram səni,

İki dodaq boyu gülləm səninlə.

Gizlicə yolundan saxlaram səni,

Dünyanı ikiyə bölləm səninlə.

 
Hardasan, öldürür bu təklik məni,

Ovutmur bu güllük, çiçəklik məni…

Sənsiz göyüm-göyüm göynəyirəm mən,

Sənsiz bu dünyanı neynəyirəm mən…

 

Mən kənddən çıxanda gecə yarıydı

 
Mən kənddən çıxanda gecə yarıydı

Söyüdlər yol üstdə tellənirdilər.

Coşan ürəyimin duyğularıydı,

Sinəmdən süzülüb sellənirdilər.

 
Enib dərələrin, düzlərin üstə,

Gecə öz diliylə layla deyirdi.

Baş qoyub dağların dizləri üstə

Yollar şirin-şirin mürgüləyirdi.

 
Mehlə sığallanıb nazilən otlar,

Şehli nəvazişə bükülürdülər.

Ayağım altında əzilən otlar,

Torpaqdan yapışıb dikəlirdilər.

 
Qönçələr çəmənə pıçıltı salıb,

Yuxulu-yuxulu çiçəkləyirdi.

Yumru evlərini çiyninə alıb

İlbizlər izimlə iməkləyirdi.


Gedirdim, gecənin haysız, haraysız,

Həzin nəğməsindən doyammamışdım.

Qəlbimdə sübhədək oyaq qalan qız …

Hələ yuxusundan oyanmamışdı…


Mən kənddən çıxanda gecə yarıydı,

Ay örpək çəkmişdi çöllərin üstə.

Heyrətim yolunu azan arıydı,-

Uyuyub qalmışdı güllərin üstə …

Qurudub göndərmə bənövşələri


Əlimə alınca əlim qurudu.

Qurudub göndərmə bənövşələri.

Nəfəsim qurudu, dilim qurudu

Qurudub göndərmə bənövşələri.

 
Çatmadım bu il də yaza bilirəm,

Darıxa bilirəm, susa bilirəm,

Özüm quruyanda dözə bilirəm

Qurudub göndərmə bənövşələri.

 
Əl saxla, dər saxla, təzə-tər saxla,

Çıxart ürəyimi, üstə sər, saxla,

Mənə də ölməyə bir az yer saxla

Qurudub göndərmə bənövşələri.

 
Yağış

Bulud qara, düzüm ağ,

Sudan tutaq uzanaq…

Göy süpürür tozanaq

Toz yağışı öldürür.

 
Dəniz gülür, dan gəlir,

Dalğanı ley san, gəlir,

Gözündən leysan gəlir

Qız yağışı öldürür.


Yer bir zəmi, biçir göy,

Yeri öy-öy içir göy,

Yaşıl səsdən keçir göy

Yaz yağışı öldürür.

 
Əl açır qara, damlar

Dil açır qara damlar,

Gül açır qar adamlar

Buz yağışı öldürür.


Tufan qəfil, su ani,

Ölüm ötən qu fani…

Söz ən böyük Sunami

Söz yağışı öldürür…

 
***

 
Ağlayırsan, indi ağla,

Mən öləndə ağlama.

Qəbrim üstə güllər solub

Xəzan gələndə ağlama.

 
Sıxılma yas saxlayanda,

Geyib qara bağlayanda,

Ağla, düşmən ağlayanda,

Dostlar güləndə ağlama...

 
Gözəl davran, gözəl inlə,

Darılma dərd gözəlinlə...

Göz yaşını öz əlinlə

Özgə siləndə ağlama...


Öz tamı var, öz təhəri,-

Ölüm ömrün son bəhəri...

Gizlə gözündən qəhəri

Gözün biləndə ağlama.


Anama

 
Ürəyim üstündə şam bənövşəsi,

Ayrı nəyim var ki, yanası, anam.

Sənsən gülşənimin qəm bənövşəsi

Sənsən göz yaşımın sonası, anam.

 
Ovunmaz bu dərdim hər simin üstə,

Qar üstdən qar yağır səbrimin üstə,

Elə ağlayardım qəbrinin üstə,

Qorxdum ki, uçular binası, anam...


Bu zalım fələyin üzü ağ olsun,

Dağı düzdə qalsın, düzü dağ olsun,

Sevməyən kim varsa canı sağ olsun

Məni sevənlərin anası, anam,

Sən ey göz yaşımın sonası, anam...


Eşq yolu

 
Tanrım, bu yol Eşq yolu,

Gedirəm, bitmirəm ki.

Alırsan, al canımı

Xəsislik etmirəm ki...

 
Yüz yerdən izlənmişəm,

Düzünə düzlənmişəm,

Gözündə gizlənmisəm

Gözündən itmirəm ki...

 
Dadmışam hər azardan,

Nəyim var üz qızardan?!

Qorxum yoxdu məzardan,

Piyada getmirəm ki...(kulis)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

Merkel: “Avropa şirkətləri İrandan getməli olacaq”

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

“Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru