Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı məşhurlar “Maşın Şou”dan imtina etdilər?


“M Group Production”ın komandası var gücü ilə “Maşın Şou”nun 14-cü mövsümünə hazırlaşır. Şou hələ başlamayıb, amma artıq qalmaqallar yaranır”


Bu sözləri layihənin aparıcısı Murad Dadaşov jurnalistlərlə görüşündə deyib.

Şou üçün seçilən insanları o, şəxsən dəvət edib: 

“Hazırlıq çox ciddi şəkildə, çox yüksək səviyyədə gedir. Dekorasiya işləri bitmək üzrədir. Çox mürəkkəb televiziya avadanlığı gətirilib və artıq quraşdırılıb. Azərbaycanda bu miqyasda ikinci layihə yoxdur”.

Realiti şounun büdcəsi bu dəfə kifayət qədər böyükdür: 

“Bu dəfə “Maşın şou”nun büdcəsi, həmişə olduğu kimi, çox yüksəkdir. Azərbaycanda verilişlər sırasında ən bahalısı “Maşın” realiti şousudur. Büdcə yarım milyondur”.

Şounun yüksək səviyyədə təqdimatı üçün qonşu ölkələrdən gətirilən Yaponiya istehsalı texniki avadanlıqdan istifadə olunacaq.

Murad Dadaşov şouda iştirak üçün tapşırılan adamların olduğunu da açıqlayıb. 

“Hətta pul təklif edənlər də var”, - deyə o, əlavə edib. Amma son nəticədə şəxsi dəvət alan məşhurlar arasında seçim edilib: 

“Mən 1-2 nəfər var idi ki, çox istəyirdim ki, şouda iştirak etsinlər. Məsələn, Elza Seyidcahan. Bu müddət ərzində xaricdə olacaq. Fikirləşirdim ki, Röya olacaq. Onun gözəl bir övladı var. Hüseynin kirvəsiyəm. Ona görə də bu məsələnin üstünə çox gedə bilmirəm”.

Qeyd eədk ki, şounun qalibinə 30 min dollarlıq avtomobil veriləcək.

M.Dadaşov sonda “Survivor” layihəsi ilə maraqlandığını, əgər mümkün olarsa, bu realiti şounu da həyata keçirəcəyini açıqlayıb. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar