Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hamamda vannanın sınması

O günü tibb bacısı mənə iynə vurur, özü də venadan, bütün qohum-əqrabamı yığmışam başıma


 Lap yaxında  həyat yoldaşım, ondan bir az  aralı, böyük oğlum, sonra kürəkənim, sonra qohum-əqaraba, qonşular -  hamısını yığıb gətirmişəm təcili yardıma. Yevlaxdan gələn bir dostum var, şair Xəqani Həbiboğlu, ona da demişəm, gəl, dur yanımda.  Cəlilabaddan  şair Vəlyulla  zəng elədi ki, hardasan?  Dedim, iynə vurdururam, özü də venadan, gəl, sən də dur sağ tərəfimdə.
 
Tibb  bacısı da  özünü tərifləyir. 30 ildir tibb bacısı işləyirəm, hələ o yan bu yan olmayıb, hamısı düppə-düz, sanılı qoz kimi indi də yaşayırlar. Sonra yoldaşımın üzünə baxıb valı dəyişir: Bəlkə, arvad sənə yaxşı baxmır, qısqanır. Guya zarafat eləyir ki, eynim açılsın. Daha bilmir ki, məni kimi qorxaq kişini kim qısqanar?
Tez Xəqaniyə deyirəm, gör rəngim ağarıb?
O da and-aman eləyir ki, sən öl, yox, elə bil yaylaqdan  indi gəlmisən. Çünki o özü Kəlbəcərdəndir.
Vəlyulla  müəllimə tərəf dönürəm:
- Müəllim, gör gözlərim qızarıb?
- Vəlyulla müəllim də and içir  ki, gözün əvvəl necə vardı, indi də elədi. Hələ bir az durulaşıb, qabaq bulanıq kimiydi, yaz qabağı arxdan su gəlir ha, bax elə.
Oğluma deyirəm, tez ol, nəbzimi sana.
Yoldaşıma deyirəm, götür “Ədəbiyyat qəzeti”ni məni mehlə.
“Ədəbiyyat qəzeti”ndə yenə yazım getməyib. Bu  dərd də bu yandan. Sətəlcəm bunun yanında toya getməlidir.
Tibb bacısı yavaş-yavaş dərmanı  venama yeritdikcə, deyir, beşinci iynədən sonra dəf kimi olacaqsan.
Amma xeyri yoxdur, qorxudan ayaqlarım döşəmənin üstə qoşa nağara çalır.
O deyir, nədən qorxursan?
Bu deyir, nədən qorxursan?
O biri həkimlər də gəlib reseptə baxırlar, deyirlər, gül kimi iynələrdir. Bundan biz də vurdururuq. Bu iynənin nəyindən qorxursan?
Deyirəm, bəlkə, iynənin tərkibi düz deyil, nə olsun, üstünə  Almaniya  yazıblar, bəlkə, elə bizim evin yaxınlığında -   Badamdardda istehsal eləyiblər.
Hamı bir ağızdan: ay müəllim, yaxşı da, burax bu şübhələri, sən allah.
- Bəlkə, həkim dərmanı  səhv yazıb - deyirəm - çünki məni müayinə edib  dərman  yazana  qədər telefon qulağından düşmədi.
- Kimlə danışırdı?
- Dəyəsən santexnik ustası ilə, evində usta işləyirdi.
- İşləsin də, onun  dərmana nə dəxli?
- Çünki  həkim ürəyimi yoxlayanda  usta hamamın kafelinin 5-ni birdən sındırdı.
- Nədən bildin axı?
- Nəsə telefonda  çak-çuk  elədi. Həkim telefonda  ona söydü, dedi, ay köpəkoğlu, bilirsən o kafelin kvadratı neçəyədir?
“Çak-çuk”  deyən kimi həkimlərin hamısı gülüşdü.
Mən canımın hayındayam, heç nəyə əhəmiyyət vermədən  sözümə davam edirəm:
- Həkim  ürəyimə qulaq asanda fikri-xəyalı hamamda işləyən santexnik ustasının yanında idi. Usta deyəsən hamamın duşunu səhv almışdı. Həkim dedi, apar qaytar, “italyanski” al. O da baş üstə dedi, birdən nəsə  bərkdən “daranq” elədi.
Həkim  hirslə qışqırdı:
- O “daranq” eləyən nədir, ay köpək oğlu?
- Vanna.
Sındırdınız, yenə?
- Hə, koməkçimin əlindən düşdü betonun üstə.
- Sındımı? - həkim qışqırdı.
- Yox,  bir az əzildi.
 
Bax, onda həkim bu dərmanı yazırdı. Hamam vannası sınanda. Əli əsirdi. Ona görə qorxuram.
Tibb bacısı dərmanın adını  bir də diqqətlə oxuyur.
- Düz yazıb, Somazina, 10 qramlıq natri-xlorla  vena daxilinə. Gündə bir dəfə.
-Nə olsun,  düz yazıb hamam vannası  bu dərman yazılan zaman sınıb. Düşər, düşməzi olar. Mən qorxuram.
- Bəs aptekdən alanda  nə dedilər? - Çox bilmiş tibb bacısı soruşur.
- Heç nə. O da əsəbiydi. Qışqırırdı.
- Kimə?
- Deyəsən evdə uşağının üstə.
- Bilmədin, niyə qışqırır?
- O da güldanı sındırmışdı.
 
Qəşəm Nəcəfzadə(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Ən çox oxunanalar