Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimlərin toxunulmazlığının məhdudlaşdırılması müzakirə edilib


Bakı şəhərində Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib


Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, prokurorluq və ədliyyə işçilərinin, məhkəmə hakimlərinin və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin qatıldığı tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulayaraq, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə çoxsaylı institusional və qanunvericilik islahatlarının keçirildiyi bildirilib.

Layihə çərçivəsində fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasını nəzərdə tutan “Məhkəmələr və hakimlər haqqında” Qanuna ediləcək dəyişikliklərlə bağlı qanun layihəsi iştirakçıların diqqətinə çatdırılıb. Qanun layihəsinə dair rəy və təkliflər ətrafında fikir mübadiləsi aparılmaqla müxtəlif qurumların nümayəndələrini maraqlandıran suallar Avropa İttifaqının ekspertləri tərəfindən cavablandırılıb. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar paylanılıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar