Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyətlə ATƏT arasında gərginlik


Seçkilərə göndəriləcək müşahidəçilərin sayı Bakını qane etməyib


Azərbaycan hakimiyyəti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu arasında parlament seçkiləri ilə bağlı problem yaranıb.

 Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək 2015 noyabrın 1-də parlament seçkiləri ilə bağlı qiymətləndirmə missiyası hesabatını hazırlayıb.

ATƏT-in  məlumatına   görə, qiymətləndirmə missiyasının  ilkin hesabatının məqsədi  ənənəyə uyğun olaraq  seçkiqabağı mühit və hazırlıq  işləri, seçkiqabağı fəaliyyəti qiymətləndirmək idi. Hesabatda Azərbaycandakı seçki kampaniyasının başlanması öncəsi durum mənfi qiymətləndirilib və hakimiyyətə seçkiöncəsi demokratik mühit yaratmaq tövsiyə edilib. 

Hesabatın nəticə və tövsiyə hissəsində  ATƏT DTİHB-nin seçkiləri müşahidə fəaliyyəti önəmini qeyd edib. Hesabatın nəticə hissəsində  ATƏT  DTİHB seçki prosesinin şəffaf olması üçün  səslərin sayılması və hesablanma, o cümlədən seçki kampaniyası zamanı seçki administrasiyası, namizədlərin qeydiyyatı, toplaşma və ifadə azadlıqlarına hörmətlə yanaşılmasını tövsiyə edir.

Eyni zamanda bəyan edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək üçün 30 uzunmüddətli müşahidəçi, 350 isə qısamüddətli müşahidəçi göndərəcək.  Qısamüddətli müşahidəçilər seçki gününü, seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcəklər.
Azərbaycan hakimiyyətinin də narazılığına həm sözügedən hesabatın tənqidi ruhda olması, həm də müşahidəçilərin sayının çoxluğu səbəb olub.

Artıq rəsmi Bakının etirazını Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyi vasitəsilə ortaya qoyub. Dünən Daimi Nümayəndəlik ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı hesabatına cavab olaraq bəyanat yayıb. Bəyanatda deyilir: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Qiymətləndirmə Missiyasının Azərbaycan Respublikasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı 31 avqust 2015-ci il tarixli hesabatına cavab olaraq  Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi təəssüf hissi ilə bildirir ki, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar həmin məruzədə qeyd edilməyib.

Əvvəlki dövrlərdə olduğu kimi, Qiymətləndirmə Missiyasının hesabatı Azərbaycan cəmiyyətinin baxışını tam spektri ilə əks etdirməyi bacarmayıb. Əksinə olaraq, DTİHB ekspertləri Azərbaycanda birtərəfli seçkiqabağı siyasi mənzərə təqdim etməyə cəhd edən bəzi üçüncü tərəf mənbələrinə istinad ediblər. Missiyanın fikrincə, Qiymətləndirmə Missiyasının hesabatı DTİHB seçki müşahidə metodologiyasının etibarlılığını sarsıdır və onun tövsiyələri Azərbaycanda genişmiqyaslı ATƏT / DTİHB müşahidə missiyasının yerləşdirilməsi üçün kifayət qədər əsas ola bilməz".

Bəyanatda həmçinin seçki məntəqələrinin və elektoratın sayı ilə DTİHB müşahidəçilərinin sayı arasında fərqin olması ilə bağlı narahatçılıq ifadə olunub, müşahidəçilərin sayına etiraz edilib: “Belə ki, DTİHB-nin özünün təcrübəsinə və  seçkilərə müşahidə metodologiyasına zidd  olaraq  Azərbaycanda  parlament seçkilərini müşahidə etmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək niyyəti Azərbaycan tərəfində sual doğurur. Daimi nümayəndəlik Azərbaycan hakimiyyətinin ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirərək 6 uzunmüddətli və 125 qısamüddətli ATƏT/DTİHB müşahidəçisini qəbul etməyə hazır olduğunu təsdiqləyir”.

Göründüyü kimi, faktiki olaraq Azərbaycan tərəfi ATƏT/DTİHB-nin göndərmək istədiyi uzunmüddətli müşahidəçilərin sayının 6 dəfə, qısa müddətli müşahidəçilərin sayının isə təxminən 3 dəfə azaldılmasını istəyir və bəyanatda dolayısı ilə qeyd olunur ki, Azərbaycan bundan artıq müşahidəçini qəbul etməyəcək. Bir sıra ekspertlər hesab edir ki, bu, Azərbaycan iqtidarı ilə ATƏT arasında seçkilərlə bağlı indidən gərginliyin başlanması deməkdir. 
Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının sədri, sabiq MSK üzvü Gülağa Aslanlı bu barədə danışarkən bildirdi ki, hakimiyyət seçkilərə səlahiyyətli müşahidəçilərin gəlməsində maraqlı deyil: “Azərbaycan hakimiyyətinə Rusiyanın nəzarətində olan MDB müşahidəçilərinin gəlməsi daha sərf edir. Çünki onlardan hakimiyyət öz istəyinə uyğun rəyi ala bilir. ATƏT-in müşahidəçiləri isə məhz beynəlxalq normalara uyğun olaraq müşahidəçiliyi daha təkmil aparırlar. Ona görə də hakimiyyət ATƏT müşahidəçilərinin sayının mümkün qədər az olmasını çalışırlar. Biz isə hesab edirik və təklif edirik ki, müşahidə missiyasının üzvləri daha çox olmalıdır. 350 müşahidəçi çox deyil və seçki məntəqələrini əhatə edə bilməyəcəklər. Məntəqələrin müşahidəçiliyinin səsvermə başlayandan bitənə və nəticələr protokollaşdırılandək aparılmasını istəmişik. Bunun üçün əslində 350 yox, minlərlə müşahidəçi göndərilməlidir. Azərbaycan hakimiyyəti isə müşahidəçilərin çox olmasından narahatdır. Hakimiyyətə sual edilməlidir ki, seçkini demokratik keçirəcəyiniz barədə dedikləriniz doğrudursa, o zaman nə üçün müşahidəçilərin sayının çox olmasından narahatsınız”.



G.Aslanlı ATƏT-in seçkilərlə bağlı qiymətləndirmə missiyasının hesabatına da münasibət bildirdi: “ATƏT təmsilçiləri Azərbaycanda olarkən həm müxalifət, həm müxtəlif ictimai təşkilatların nümayəndələri ilə görüşüblər. Həmin görüşdə Müsavat Partiyası da iştirak edib. Biz Azərbaycandakı seçki mühiti haqqında Azərbaycan reallığını tam əks etdirən məlumatlar vermişik. ATƏT-in müşahidə missiyasının ilkin hesabatında bizim verdiyimiz məlumatlar hələ tam şəkildə əksini tapmayıb. Onlar zənnimcə, bir qədər yumşaldıblar. Həmin hesabat ümumən götürsək Azərbaycan reallığını əks etdirən hesabatdır”.

Qeyd edək ki, Avropa Şurası da Azərbaycanda keçiriləcək seçkiləri izləmək niyyətində olduğunu bəyan edib. Qurumun müşahidə missiyasına 13 deputat daxil ediləcəyi bildirilib.
Xatırladaq ki, bir müddət öncə bəzi beynəlxalq təşkilatlar Azərbaycandakı parlament seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini bəyan etmişdilər. Məsələn, Avropa Parlamenti Bakı ilə münasibətlərinin soyuqlaşmasından sonra belə bir mövqeni bəyan edib.
İndi isə belə görünür ki, beynəlxalq təşkilatlar getdikcə mövqelərində dəyişiklik etməyə başlayıblar, Azərbaycandakı seçkiləri daha ciddi şəkildə müşahidə etmək, nəzarətə götürmək xətti tutublar. Bu isə hakimiyyət tərəfindən heç də yaxşı qarşılanmır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Ən çox oxunanalar