Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyət sabiq rektor üçün “düyməyə basdı”



Prokurorluqdan qəfil bəyanat - “tutulsun...”; sabiq rektora qarşı başlanan yeni hücum taktikasının arxasındakı gizlinlər


Baş Prokurorluq Elşad Abdullayevin cinayət işi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a verilən məlumatda bildirilir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və həmin universitetin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı E.Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə ayrı-ayrı şəxslərdən 370 586 manat məbləğində pulu rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan, 25 iyun 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib.

Hazırda cinayət işi üzrə universitetin ayrı-ayrı fakültələrinə qanunsuz olaraq tələbələrin köçürülməsi, təhsil aldıqları müddətdə sessiya və yekun dövlət buraxılış imtahanlarından müvəffəqiyyət qiymətlərinin yazılması və onlara ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması ilə bağlı müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, E.Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxslərinə həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) olmadığı halda, qanunsuz göstəriş verməklə İsrail vətəndaşları ilə əlbir olub cinayət əlaqəsinə girərək “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq, donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaradılmaqla hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparılmadan nağd qaydada külli miqdarda pulun alınıb dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması faktları ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



İş üzrə universitetin və Tibb Mərkəzinin əməkdaşları, cərrahiyyə əməliyyatlarında iştirak etmiş tibb personalı şahid qismində dindirilib, həkim fəaliyyəti ilə bağlı məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, sənədlərin texniki-kriminalistik ekspertizaları təyin olunaraq rəylər alınıb, E.Abdullayevlə cinayət əlaqəsinə girmiş İsrail və Ukrayna vətəndaşları barəsində eyni cinayət əməllərinə dair Ukraynada həyata keçirilən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əldə olunaraq iş üzrə toplanmış digər sübutlarla birgə qiymətləndirilməklə ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından, 20 avqust 2013-cü il tarixdə E.Abdullayevin Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının qanunsuz alqı-satqısı) və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib.

E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

“Yeni Müsavat” bu bəyanatla bağlı hazırda Fransada yaşayan E.Abdullayevlə əlaqə yaratmağa cəhd etsə də, buna nail ola bilməyib. Sabiq rektorun telefonu bağlı olub, internet vasitəsilə yönləndirilən suallara isə cavab verməyib. 



E.Abdullayevin vəkili Adil İsmayılov isə bu işlə bağlı onda hər hansı məlumat olmadığını dedi. 

“Yeni Müsavat” isə xatırladır ki, hakimiyyət üçün E. Abdullayev mövzusunun yenidən aktuallıq qazanması təsadüfi deyil. Belə ki, sabiq rektor son günlər yenə də sosial şəbəkədə, habelə media orqanlarına yolladığı müraciətlərdə hakimiyyəti hədəfə alan sərt fikirlər açıqlayır. Azərbaycan iqtidarı isə son dövrlər ona qarşı çıxış edən hər kəslə haqq-hesabı bağlamaq istəyir. Xüsusən 2014-cü ildə bir-birinin ardınca siyasi həbslərdən sonra təxmin etmək olur ki, E.Abdullayev də növbədədir. 



Amma sabiq rektor məlum cinayət işi açılan zaman qəzetimizə açıqlamasında bildirmişdi ki, bu işi saxta, “fabrikovat” olunmuş iş hesab edir: “ABU müəllimlərinə və tələbələrinə qarşı Avropa Konvensiyasının və AR Konstitusiyasının tələbləri pozulubdur. Hesab edirəm ki, onların bir çoxu öz hüquqlarını qoruma üçün İnsan Haqlarını Mühafizə edən Avropa Məhkəməsinə müraciət edəcəkdir. Yaxşı deyirlər, elnən gələn dərd də selnən çıxar. Başqa bir tərəfdən, mən Bakıdan 5 ildir ki, çıxmışam. Əgər mənə qarşı belə cinayətlər var idisə, elə orada olanda iddia qaldıra bilərdiniz də. 

Buna qədər də mənim adım heç bir cinayət işində hallanmamışdır. Məlumdur ki, Avropa Məhkəməsinə kim müraciət edirsə, Azərbaycan hakimiyyəti problemi həll etmək əvəzinə, zərərçəkmişləri susdurmaq yolu götürübdür. Hesab edirəm ki, belə cinayət xarakterli saxta ”fabrikovat" olunmuş yalan məlumatlar daxili auditoriya üçün hesablanıbdır. Bu isə yanlış addımdır, öz vətəndaşlarını - Xədicə İsmayılova, İntiqam Əliyev, Leyla Yunus, İlqar Əliyev, qardaşım oğlu Mübariz Adullayevi, məni müdafiə edən vəkilim Adil İsmayılovu və siyasi məhbusları saxta yollarla cəzalandırmaq əvəzinə Azərbaycan düşmüş olduğu böhranlı vəziyyətdən yalnız demokratik islahatlar yolu ilə çıxa bilər".
Mövzu davam etdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar