Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyət Rusiyaya qarşı hərəkətə keçdi


Az.TV anti-Azərbaycan qüvvələrin arxasındakı adamı göstərdi...; İqtidar televiziyası ÜAK-ın ləğvi ilə bağlı qərarı qərəzli saydı və ölkəmiz əleyhinə çalışan qüvvələri ittiham etdi; Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni ilə öpüşməsinin efirə verilməsi nəyə işarədir?


Ötən həftə Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin(ÜAK) qeydiyyatının ləğv olunması barədə qərarı rəsmi Bakıda ciddi narazılıq yaratsa da, hakimiyyət təmsilçiləri kifayət qədər ehtiyatlı mövqe sərgilədilər.

Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib. Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğunu iddia edir. ÜAK-ın prezidenti Fazil Qurbanov qərarı ədalətsiz adlandırıb. O, apelyasiya şikayəti verəcəklərini bildirib.

Mayın 21-də Az.TV-nin “Həftə” analitik-informasiya proqramında bu qərarla bağlı süjet efirə verilib. “Qərəzli qərar” başlığı ilə efirə verilən süjetdə ÜAK-ın ləğvi Azərbaycanın regionda reallaşdırdığı qlobal layihələrə Rusiya dövlət orqanlarındakı ermənipərəst məmurların fəaliyyəti kimi qiymətləndirilib.

Qeyd olunub ki, postsovet məkanında Azərbaycan müstəqil siyasət yeridən nadir ölkələrdən biri olması bir çox qüvvələrin xoşuna gəlmir. Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ilə müşahidə olunan süjetdə rusların Azərbaycanda rahat yaşaması, həm dini, həm mədəni ənənələri üçün bütün şəraitin yaradıldığı, rus dilinin inkişafı və rus icmalarının sərbəst fəaliyyəti qeyd olunur. Bildirilib ki, Azərbaycanın dünyada artan rolu bəzi dairələrin narahatlığına səbəb olub.

Vitse-spiker Bahar Muradova deyib ki, bu qərarın arxasında olan qüvvələr Azərbaycanla Rusiya arasında münasibətləri “düşmənçilik həddinə çatdırmaq” niyyəti güdüblər ki, bu niyyət alınmayacaq.

O da vurğulanıb ki, bu qərarın qəbulunda Rusiyanın ədliyyə sisteminə yerləşmiş ermənipərəst şəxslərin rolu da az olmayıb. Bundan sonra efirdə əvvəl Rusiya hökumətinin, sonra isə Rusiya XİN-in binası görünüb. Bundan sonra isə iki maraqlı persona efirdə görünüb. Belə ki, efirə Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 illiyi ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla xarici işlər naziri Sergey Lavrovun tədbirdə iştirak etdiyi, erməni diaspor təşkilatının sədri ilə qucaqlaşmaları, xarici işlər nazirinin qol-qola şəkil çəkdirmələri verilib. “Təəssüf ki, eyni münasibət Ümumrusiya Azərbaycanlıları Konqresinə nəinki sərgilənmir, əksinə, qeydiyyatının ləğvi ilə bağlı qərar qəbul olunur. Bu birtərəfli və əsassız yanaşmanın kökündə antiazərbaycan qüvvələrinin ölkəmizin uğurlarını həzm edə bilməməsi dayanır” deyə, Az.TV bildirib.


O da qeyd olunub ki, bu kimi diaspor təşkilatları Rusiya ilə Azərbaycan arasında bir körpü rolu oynayır, “amma görünən odur ki, Rusiyadakı antiazərbaycan dairələr bunu istəmir”.


Hakimiyyət televiziyası bəyan edib ki, rəsmi Bakı Rusiya tərəfinin ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı “hüquqi pozuntular” iddiasını əsassız hesab edir. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov deyib ki, Ədliyyə Nazirliyinin ÜAK-ın ləğvi ilə bağlı birbaşa Ali Məhkəməyə müraciəti bu məsələdə qərəz olduğunu təsdiqləyir. “Qanunvericilikdə başqa sanksiyada var. Məsələn, cərimə sanksiyası tətbiq edilə bilərdi”. Ə.Hüseynov da Rusiya hökumətində və ədliyyə orqanlarında antiazərbaycan qüvvələrin olduğunu deyib: “Onlar yəqin ki, iki ölkə arasında strateji münasibətlərin nə olduğunu bilmirlər...”


Hakimiyyət telekanalı sonda qərarla bağlı daha ciddi mətləblərə toxunub. Yada salınıb ki, Azərbaycan Bakı Tiflis-Qars dəmiryolunu, TANAP qaz layihəsini işə salmaq ərəfəsindədir. O cümlədən bu qərarın Azərbaycan ordusunun güclənməsində və Qarabağ məsələsində tutduğu prinsipial mövqeyinin də təsiri olub. O da vurğulanıb ki, Rusiyanın Ermənistana silah satması fonunda ÜAK-ın ləğvi təsadüfə oxşamır. Bu cür ikili mövqe isə Rusiyanın həmsədr ölkə kimi tərəfsizlik missiyasına kölgə salmaq kimi qiymətləndirilir.



Beləliklə, ÜAK-ın ləğvi ilə bağlı hakimiyyət dövlət televiziyası vasitəsilə tutarlı cavab verib. Bu mövqedə əsas xəttin Kremli qıcıqlandıran Azərbaycanın transmilli layihələrinin və Qarabağ məsələsinin üzərində cəmləşməsi diqqət çəkir. Bu siyasətin müəyyənləşməsində də əsas ağırlıq erməni ilə öpüşən Sergey Lavrovun üzərindədir. Lavrovun erməni kökənli olması bilinən faktdır, amma indi iqtidar televiziyasının da onu personasına diqqət çəkməsi təsadüfə oxşamır. Əcəba, anti-Azərbaycan qüvvələrin arxasındakı adam Lavrovdurmu? (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar