Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakim Mübariz Mədətovun oğluna xəbərdarlıq etdi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun növbəti məhkəmə prosesi keçirilib


Qafqazinfo”nun məhkəmə prosesini izləyən əməkdaşının verdiyi məlumata görə, təqsirləndirilən şəxsin vəkili  İsmayıl Mirzəzadə hakimə müraciət edib. O bildirib ki, digər vəkil Samir İsayev ezamiyyətdə olduğu üçün məhkəmədə iştirak etmir:

"Xahiş edirik, məhkəmə prosesi təxirə salınsın". 

 Lakin hakim ifadə verməsi üçün X. Mədətova müraciət edib. 

Mədətov isə vəkili məhkəmədə iştirak etmədiyi üçün məhkəmə prosesinin təxirə salınmasını istəyib və deyib ki, növbəti məhkəmədə mütləq ifadə verəcək.

Daha sonra hakim  Mədətova xəbərdarlıq edib və vurğulayıb ki, üçüncü dəfədir ki, ifadə verməkdən imtina edir. Hakim eyni zamanda vəkil İsmayıl Mirzəzadəyə də müracət edib və hüquq məsləhətxanasına iradını bildirəcəyini qeyd edib. 

Hakim növbəti məhkəmə prosesini sentyabrın 1-i saat  16:00-a təyin edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Ən çox oxunanalar