Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Hadisənin çimərliyi, Pətəyin torpağı, Rəqsanənin kəlamı


Zəng edib deyir, “bə yazırdınız, Hadisə bizim iş adamına tutduq verməyib, indi bu nədir, təzədən yazırsınız ki, Bodrumda ona hotel-plyaj alıbmış, indi də söküb böyrü üstə qoyublar, nə məsələdir...”


Deyirəm, prinsipcə, ola bilər də, kimsə kiməsə bir yaxşılıq edirsə, o demək deyil ki, onların arasında mütləq eşq-məhəbbət söhbəti var.

Deyir, eloğlu, heç bir biznesmen quru xətir-hörmətə, sənətə rəğbətə görə heç kəsə hotel bağışlamaz, söhbət milyondan gedir ey...

Deyirəm, a kişi, nə işimizə qalıb, istəyər, hotel bağışlayar, istəyər 20 min dollarlıq çanta hədiyyə edər, lap belə xətri çəkər, “Lamborgini” verər, pul onların, can onların, niyə dərd edək...

Deyir, yox ey, bunu elə qələmə verirdiniz ki, sanki ölkəni dağıdır, yeyir, onu da elə təqdim edirdiniz, guya mələkdir, heç bir pulla onu ələ gətirmək olmaz, amma bax, iki bajı bir hoteli götürüb işlədirmiş...

İndi gəl bunu, bu şəkkak, sözdən söz çıxaran, inamsız adamı başa sal ki, insanlar arasında belə haqq-hesablar olursa, bu o demək deyil ki... Nəysə. Onsuz da heç kəs inanmayacaq. “Hər adam öz qəlbindəki şeylərlə düşünür”-zad məsələsi

Odur, Şəkinin bələdiyyə başçısı da türkiyəli müğənni Pətək Dinçözə torpaq sahəsi bağışlayıb ki, xatun özünə ev tikdirsin, yurd salsın, yay aylarında gəlib dincəlsin, paxlava, piti yesin. Nə edəydi, arı pətəyi bağışlayası deyildi ki. Qardaş ölkədən gəlib.

Amma onu da yozanlar var, deyirlər, xeyir ola, xanım gəlib iki mahnı oxuyub deyə, bu nə səxavətdir, comərdlikdir və sairədir.  Demək, ortada bir şey var - deyirlər.

Hamının ağlı Rəqsanənin dediyi sözlərə gedir. O zalım qızı da dilini dinc qoymur, 5-6 il əvvəl demişdi ki, sponsorlar qadın müğənnilərə elə-belə sponsorluq etmirlər, bu dəfə də deyib ki, hərəsini bir kişi saxlayır.

Əlbəttə, ümumi danışmaq olmaz. Eləsi də var, beləsi də. Əsas məsələ sənətdir, müğənnilərin şəxsi həyatları, həyətyanı sahələrinin necə olması gərək bizi ilgiləndirməsin. Sən onun oxumağına bax, nə işinə qalıb, nə yeyir, nə içir, nə sürür, nə geyir, harda butik açır, dincəlməyə hara gedir, kimlərlə otel işlədir və s.

Düzü, mən Hadisənin Bodrumdakı oteli haqda maqazin verilişlərində bir neçə dəfə süjetlər görmüşdüm, amma güman etməzdim ki, onun (otelin) arxasından azərbaycanlı iş adamı çıxacaq. Türkiyənin ünlü sənətçiləri gəlib dənizdə çimişir, istirahət edirdilər, arada Hadisə də gəlib oxuyurdu, necə deyərlər, oteli şenlikli edirdi.

İndi çimərliyi dağıdıblar, ağzı günə qalıb. Düzdür, iki bacının bir hoteli götürüb işlətməsi o qədər də sensasion xəbər deyildi,  amma o hotelin sökülməsi sıradan bir xəbər deyil.

Gərək Bodrum bələdiyyəsi belə iş görməyəydi. Sənətə, sənətçiyə hörmət budurmu? Bizdə olsa, bələdiyyə sədri hansısa müğənninin çimərliyini demirəm, adicə gözəllik salonunu sökdürə bilər? Rəqsanənin sözü olmasın, adamın şalvarını çıxardarlar - sözün birbaşa mənasında.

Heç yuxarılardan zəng gəlməsə də, təzyiq-filan olmasa da bizdə sənətkara hörmət var. Yoxsa içkili-içkili maşın sürən xanım müğənnilərin maşınları cərimə meydançasına aparılar, sürücülük vəsiqələri əllərindən alınardır.

Məsələnin bu tərəfi heç, uzun söhbətdir.

Ancaq nə işdirsə, bizimkilərin Türkiyə dənizlərinin sahillərində hotel-tətil biznesi heç cür alınmır, “Mardan-palas” elə oldu, Hadisəyə alıb verdiyimiz hotel də belə. Hələ kim bilir, Türkiyədə neçə adamın daşınmaz mülkünə təhlükə var.(musavat.com)

 Samir SARI

pia.az
Etiket:
loading...