Cümə axşamı, 17 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Hadı müəllimdən «Talana son» aksiyasına qədər


Həftənin panoramı


Hadı müəllimin bir millət vəkili olaraq və həmçinin də uzun illər boyu dövlət qulluğunda çalışan bir məmur kimi, müəllimlərə verdiyi tövsiyyə doğurdan həfətənin rəzaləti oldu. 

Bu həftənin möhürünü vuran adam Hadı Rəcəbli oldu.Çünki ən azından özünə deputat deyən və neçə illərdir Milli Məclisdə kreslo məşğul etməklə yanaşı, həm də Milli Məclisin Sosial Siyasət Komitəsinin sədridir və Milli Məclisin Sosial Siyasət komitəsinin sədrinin müəllimlərə işdən sonra fəhləlik etmək kimi bir tövsiyyə verməsi doğurdan rəzalətin lap yekəsiydi. 

Dəhşətlisi odur ki, Hadı müəllim dərsdən sonra fəhləlik edən müəllimi təsəvvür edə bilir


Milli Məclisin Sosial Siyasət Komitəsinin sədrinin Azərbaycan insanına və Azərbaycan müəlliminə bu şəkildə yanaşması, həm də dövlət idarəçiliyində çalışan bir sıra şəxslərin sıradan vətəndaşlara necə və hansı parametrləndən yanaşmasının göstəricisi oldu. Çünki hesab etmək olmaz ki, vətəndaşların probleminə bu şəkildə yanaşan tək dövlət adamı elə Hadı müəllimdir. Bizdə Hadı müəllimlər çoxdur və  bütün dərdimiz odur ki, həddindən artıq çoxdur. 

Elə bu üzdən də bu ölkədə müəllimə 200 manat verirlər və ən adi rentgen aparından çıxmaq üçün xəstəxanalarda 30-40 manat alırlar. Özəl klinikalarda isə bu daha bahalıya mail olur. Fəhləni heç bir sığortasız olmadan 12-14 saat işlədir və əvəzində günəmuzd 15-20 manat verirlər. Və fəhlə taleyin qədərindən yıxılıb öləndə, o, heç kim üçün maraq kəsb eləmir. Sadəcə yeni günəmuzd çalışan fəhlə tapırlar. Daha doğrusu elə tikintinin yanında bağırılar, «A, bala, gəl bura...».

Hadı müəllim daşıdığı vəzifəyə görə bu kimi halların ortadan qalxmasına qarşı durmadan mübarizə aparmaq əvəzinə müəllimlərə məsləhət görür ki, gedin dərsdən sonra fəhlə işləyin, evinizə çörək aparın. Yəni biri qalxıb bunun adını mənə söyləsə doğurdan çox minnətdar olaram. Dəhşətlisi odur ki, Hadı müəllim dərsdən sonra fəhləlik edən müəllimi təsəvvür edə bilir. Düşünə bilirsiniz, parlamentin Sosial Siyasət Komitəsinin sədri və ilaxır... və sair...

Burdan o yana heç nə yoxdur. Hər şey bitib və dalana dirənmişik. Bizi dalana dirədən adamlar isə, bizi o dalana soxmamaqla vəzifəli olan adamlardı. 

Hadı müəllimlər bizi dalana çoxdan soxub çıxarmaq istəmədikləri üçün müxalifətdə «Talana son» aksiyası keçirmək istəyir. Daha doğrusu, İnşallah, sabah bu aksiya keçiriləcək. Amma...

Azərbaycanda müxalifət özünü ötən əsrin 90-cı illlərində öldürdü. 2005-ci ildə isə müxalifətin baş daşını dağıtdılar. İndi məzarı belə yoxdur


Sözün düzü bizim «ammalar...» qurtarmır və belə görünür ki, qurtarmayacaq da. Biz elə dalandaca ilişib qalacağıq. Ordan çıxmaq bəlkə də Hadı müəllimlərin «insafı» ilə mümkün ola, amma... müxalifətin aksiyası ilə mümkün olmayacaq. Bu yüz faiz belədi. İnanmayan hər kəs özünə sual etsin, (heç küçəyə çıxıb, ya da sosial şəbəkədə kimdənsə soruşmasına ehtiyac yoxdur), Azərbaycanda müxalifət var? Cavab olaraq hamı içində bir şeyi özünə deyəcək: «Nə müxalifət?»

Bu gün kimsə müxalifət deyilən, «filana» inanmır. Heç kim özünə belə inanmır. Heç kimin özünə inanmadığı bir ölkədə müxalifətin kimlərinsə hüquqlarını müdafiə etməsi, ya da buna can atması, Hadı müəllimin müəllimlərə etdiyi təklif qədər əcaibdir. 

Azərbaycanda müxalifət özünü ötən əsrin 90-cı illlərində öldürdü. 2005-ci ildə isə müxalifətin baş daşını dağıtdılar. İndi məzarı belə yoxdur. Ona görə də müxalifət deyilən ümid yeri də yoxdur. Daha doğrusu ümid yeri Hadı müəllimlərin insafına qalıb. 

Ona görə də meydanlara çıxmaq yerinə, özünün və yaxın ətrafinın yüz illik lüks həyat səviyyəsini təmin edən Hadı müəllimlərin insafa gəlmələri üçün Allaha dua etməkdən savayı işimiz olmamalıdı.

Azər QARAMANLI
pia.az

Etiket:
loading...