Xəbər xətti

24 APREL

19:50 Fransanın futbol əfsanəsi Anri Mişel öldü

19:40 Ukrayna Rusiyaya çay blokadası tətbiq edəcək

19:35 General oğlunun cinayət işini aparmış müstəntiq məhkəməyə gəlməyib

19:20 AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

19:17 Rusiya azərbaycanlını “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

19:12 Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

19:05 “Bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik“

18:50 Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

18:34 Sürücülərin nəzərinə: Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

18:30 Jirinovskidən əcaib təklif:"Moskvadan Yerevana metro xətti çəkilsin..."

18:25 Naxçıvanda gömrükçülər 108 kq heroin aşkar edib

18:17 Karapetyanla görüşdə o, baş nazir olmaq məsələsini qaldıracaq

18:12 Kadırov: “Qərb bilir ki, Rusiyaya hücum etsə...“

18:05 Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

18:00 İsrail və İran savaş astanasında

17:58 Əbülfəz Elçibəyin 80 illik yübileyinə hazırlıq işləri aparılır

17:55 “Qadınlar hər zaman mənə paxıllıq ediblər” - Aygün

17:49 Başından zədələnmiş xəstənin səhvən ayağını əməliyyat etdilər

17:45 FETÖ-nün gizli şifrəsi aşkarlandı: “Gəlin, çay içək”

17:40 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:35 Əfqan Muxtarlının şikayəti təmin edilmədi

17:30 Küveyt baş naziri Azərbaycan prezidentini təbrik edib

17:25 Saatlı sakini bıçaqlanıb

17:20 Ramiz Mehdiyev Rövşən Rzayevi kollektivə təqdim etdi

17:18 İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

17:15 “Qərb bilir ki, Rusiya nə Suriya, nə də Liviyadır…”

17:09 Ərlərini və sevgililərini döyən məşhur qadınlar

17:05 Nəsimi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb - Fotolar

17:03 “Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”

16:58 Lukaşenko İrəvana səsləndi: Tələsməyin!

16:53 “BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir”

16:48 Prezident: “Türkiyədəki seçkilərlə bağlı çox müəmmalı ssenari ortaya atılıb”

16:43 “Qarabağ” bu göstəricidə dünya ikincisidi...

16:37 Yeni nazir Muxtar Babayev hansı məşhurun övladıdır? - Video

16:26 Nazim İbrahimov: “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır...”

16:21 ABŞ Türkiyə əleyhinə qanun qəbul edəcəkmi?

16:15 Serj Sarkisyanın anası öldü

16:10 AMEA: Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən sonra yenidən püskürüb

16:05 Ərdoğan ermənilərə başsağlığı verib

16:00 Flora Kərimova Röya haqda sərt sözlər dedi

15:55 Məhkəmədə vəkil cinayət işinin materiallarını yedi

15:51 Bakı Metropoliteninin vəzifəli şəxsi vətəndaşları təhqir etdi

15:47 “iPhone X”-in ən böyük çatışmazlığı üzə çıxdı

15:42 Həsən Turabov niyə ölmək istəyirdi?

15:37 “Yaxşı oxumasaydım, hamıyla dost olardım” - Elton

15:33 “Formula 1” yarışı üçün yüklər Bakıya gətirilib

15:29 Ərdoğan: “Suriyanın şimalında lazım olanı edəcəyik”

15:24 Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

15:20 “Azercell“in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir

15:16 Ramiz Mehdiyev: “Nazim İbrahimov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədi”

15:12 Ermənistanda nə baş verdi? - Abxaziya tipli çevriliş, yoxsa “məxməri inqilab”?

15:07 “Baş nazir vəzifəsindən imtina etmərəm” – Nikol Paşinyan

15:03 Qadının başına it düşdü, beyni silkələndi - Video

14:59 “Vicdanım rahat durmurdu” - Natavan

14:54 Cəlilabadda kütləvi dava olub

14:50 O falçının anama dedikləri düz çıxdı

14:44 Keçmiş komitə sədri kollektivlə vidalaşdı

14:39 ShushaPost.az saytı Şuranın dəstəyi ilə təkmilləşdirildi

14:35 Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

14:35 Kim keçmiş sevgilisini söymək istəsə...

14:31 Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”

14:27 Cavanşir Yusifli: “Anara hələ bu xoşbəxtlik üz verməyib”

14:23 Emmanuel Makron İlham Əliyevi təbrik edib

14:18 Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı

14:14 İlham Əliyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı ilə görüşüb

13:53 Türkiyə hərbçilərinin uniforması dəyişir

13:48 Saatlıda 4 yaşlı qız gölməçəyə düşərək boğulub

13:44 Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib

13:39 Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib

13:34 Əflatun Amaşovdan Ombudsmanın hesabatına etiraz

13:30 Sabah hava necə olacaq?

13:26 Elmira Süleymanova hesabat verdi

13:22 Ermənistanda icra başçısını güllələdilər

13:20 Silah satışında Azərbaycana qoyulan məhdudiyyətlərin səbəbi nədir?

13:18 Rusiya iqtisadiyyatı harbi vəziyyət rejiminə keçir

13:14 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:10 Həsən Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı

13:05 Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi

13:00 Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib

12:06 Xudatda nə baş verir? - Tenderlərdəki “oyun”ların pərdəarxası məqamları

11:58 Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır

11:54 Milli Məclisin komitəsində dəyişiklik – Yeni sədr seçiləcək

11:49 İki vəkilin fəaliyyətinə 1 illik qadağa

11:45 Amansız Qarabağ döyüşçüsü jurnalistə təslim oldu

11:41 Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

11:37 Gürcüstanda azərbaycanlı ailənin evinə maskalı basqın olub

11:33 Gəncədə mənzildən 30 min dollar oğurlanıb

11:28 “Roma” İngiltərəyə 22 futbolçu ilə getdi

11:24 Öz qazdığı quyuya düşən

11:19 Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

11:15 Fransa aktivləşir və ABŞ-ı beynəlxalq arenada sıxışdırır...

11:11 İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu məhkəməyə verdi

11:07 Deputat Zahid Orucdan dəyişikliklərə reaksiya

11:03 Yol təmiri zamanı 145 sovet əsgərinin skeleti tapıldı

10:59 Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı

10:55 Deputatlar bu gün toplaşır – 20 məsələ müzakirə ediləcək

10:51 Vahid Əhmədov ürəyindən əməliyyat olundu

10:47 “O böyük koalisiya terrorçuların öhdəsindən gələ bilməyib, əvəzində…”

10:43 BMT Baş katibindən Qarabağla bağlı bəyanat

10:38 Paşinyan: ““Məxməri inqilabı” yarımçıq qala bilməz”

10:34 Zorlamada ittiham olunan falçı: “Qızın videolarını yayacam”

10:29 Adını dəyişməsə, məhkəməyə verəcək - Şəbnəm hədələdi

10:24 Ali məktəblərə 70743 abituriyent sənəd verib

10:20 Axtarışda olan 25 nəfər saxlanıldı

10:16 Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək

10:12 Küveytdən Azərbaycana gələn turistlərin sayı 7,1 dəfə artıb

9:57 Milli Məclisdə deputatların sayı 119-a enib

9:52 Prezident İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib

9:47 Cəbhədə atəşkəs 113 dəfə pozulub

9:42 Kanadada 10 nəfəri öldürən terrorçu Ermənistan vətəndaşı çıxdı

9:38 “AzeriLight”ın qiyməti 75 dolları ötüb

9:34 Sumqayıtda Dövlət Gömrük Komitəsinin əməkdaşı qətlə yetirilib

9:30 Bakıda avtobusların gecikmə səbəbi açıqlanıb

9:26 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 800-ü keçib

9:22 Rusiyadan İrəvana gecə zəngi - Medvedev Karapetyanla danışdı

9:17 İnsan yuxusunu pozan 9 qida – Dietoloq danışır…

9:13 Rusiya iqtisadiyyatı hərbi vəziyyət rejiminə keçir!

9:09 Gəncədə avtomobil piyadanı vurub

9:05 “Tramp və Kim Çen In arasında görüş məhsuldar olacaq” – METTİS

0:44 Torontoda mikroavtobus kütləyə çırpılıb: 5 nəfər ölüb



MÜSAHİBƏ

...

Hadı Rəcəbli: “Qadının yanında siqaret çəkmək tərbiyəsizlikdir”

Tarix 10.01.18, 12:23

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin müsahibəsini təqdim edirik


- Sizin rəhbərlik etdiyiniz komitə tərəfindən hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun artıq qüvvəyə minib. Hazırda cəmiyyətdə əsas müzakirə mövzularından biri qanunun icra mexanizmidir. Bu barədə fikirlərinizi bilmək istərdik.

- İlk növbədə deyim ki, bu qanun artıq 2 ildir, komitədə və parlamentin kluarlarında müzakirə olunurdu. Qanunun üzərində isə 10 il əvvəldən işləməyə başlamışıq. İctimai rəyi öyrənirdik, qurumlarla işləyirdik və s. Qanunu tətbiqi ilə bağlı nə etmək lazımdır? Bu məsələdə maarifləndirmə ilk yerdə gəlir. İctimai yerlər, məsələn, şadlıq evləri siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunduğunu hər yerə yazıb yapışdırmalıdır. Yoxsa, görürsən, məclisdə oturub stolun arxasında siqaret çəkir. Bu tərbiyəsizlikdir. Təbliğat gücləndirilməlidir, maarifləndirmə işi güclü aparılmalıdır. İctimai yerdə, qadının yanında siqaret çəkmək mədəniyyətsizlikdir, tərbiyəsizlikdir! Bütün təşkilat və qurumlar qanunun icrasını həyata keçirməlidir. Qanun hər kəs qarşısında məsuliyyət yaradır. Maarifləndirmənin bir qolu da məktəblərdir. Məktəblərdə tütün əleyhinə təbliğat fotoları asılmalı, maarifləndirmə işi gücləndirilməlidir. İdarə və təşkilatlarda geniş iş aparılmalıdır. Vətəndaş məsuliyyəti hiss edilməlidir.

Təbliğat təfəkküründə də yenilik olmalıdır. Məsələn, yadınıza gəlirsə, bir vaxtlar “Marlboro” siqaretini at üstündə kovboyun əzəmətli görünüşü ilə elə reklam edirdilər ki, sanki bu siqareti çəkmək əzəmətli olmaq deməkdir. Bax, bu cür yanlışlıqları birdəfəlik silib atmaq lazımdır. Məsələn, şəxsən mən yaxın ətrafımda kim siqaret çəkirsə, üzünə deyirəm ki, “Səndən siqaret iyi, pis iy gəlir, məndən uzaq dur”. Onun bu əməlinin yanlış olduğunu açıq şəkildə üzünə deyirəm. Hər kəs belə etməli, bu zərərli vərdişə aludə olanları qınamalıdır.

- Maarifləndirmə tərəfindən danışdınız. Bəs qanundan irəli gələrək İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzaları kim tətbiq edəcək, cəzaların icrasına kim nəzarət edəcək ?

- Bizdə İnzibati Xətalar Məcəlləsinin bütün maddələrinin icra mexanizmi onsuz da var. Bu vəzifə, əsasən, hüquq-mühafizə orqanlarının, xüsusilə daxili işlər orqanlarının, müəyyən hallarda isə sanitariya-epidemioloji xidmətin üzərinə düşür. Məcəllənin digər maddələrinin icrasına nəzarət edən strukturlar buna da nəzarət edəcək. Məsələn, hansısa kafe və restoranda müvafiq maddələrin tələbləri pozulubsa, sahə müvəkkili buna nəzarət edəcək, cəriməsini tətbiq edəcək. Mübahisəli məqamlarda isə təbii ki, məhkəməyə müraciət oluna bilər. Burada əsas sıravi vətəndaş yox, müəssisənin, iaşə obyektinin rəhbəri məsuliyyət daşıyır. Qanunda yazılıb ki, ictimai yerdə siqaret çəkmək qadağandır. Qanunun pozuntusuna kim nəzarət edir? Təbii ki, polis. Daha da konkret desək, İnzibati Xətalar Məcəlləsinin icrasına kim nəzarət edirsə, bu qanunun tələblərinin icrasına da o nəzarət edəcək. Burada daha çox hüquqi şəxslərin məsuliyyətini əsas götürmüşük. Məsələn, şadlıq sarayında siqaret çəkilirsə, oranın sahibi buna görə məsuliyyət daşıyır. Ondan tələb olunacaq ki, niyə siqaret çəkənlər üçün xüsusi yer ayırmayıb, buna nəzarət etməyib və s.

- Bəzi ekspertlər iddia edir ki, bu qanunun tətbiqi ticarət dövriyyəsinin azalmasına, ümumilikdə iqtisadiyyata mənfi təsir göstərəcək...

- Təcrübə göstərir ki, bu, ticarət dövriyyəsinə çox cüzi təsir edir. Bilirsiniz ki, biz artıq siqaretin aksiz vergisini də qaldırmışıq. Amma bizim məqsədimiz bu deyil axı. Məqsədimiz odur ki, məsələn, bir var siqaret çəkən ölməsin, bir də var onun yanında tüstünün təsirinə məruz qalan ölməsin. Biz deyirik ki, ictimai yerlərdə siqaret çəkib digərlərinə də zərər vermək olmaz. Birinci məqsəd odur ki, insanlar siqaret çəkməsin, ikinci məqsəd isə - əslində bu, əsas məqsəddir - ətrafındakılar bundan zərər görməsin. Bundan başqa, Azərbaycanda siqaretin 70 faizi xaricdən gəlir, öz məhsulumuz deyil. Biz daxili məhsulumuzu da qorumalıyıq. Nəzərdə tutulmuş yerlərdə siqaret çəkənlər də qoy öz məhsulumuzdan istifadə etsinlər.

- Qanunun sona qədər tətbiq olunacağına dair şübhələr var. Hətta ictimai yerlərdə tütündən və qəlyandan istifadənin müxtəlif yolla davam edəcəyi düşünülür...

- Bunu da nəzərə almışıq. Əgər qanunun tətbiqində, tətbiqinə nəzarətdə nöqsanlar meydana çıxarsa, qanuna yenidən qayıdacağıq, bəzi sərtləşdirici, o cümlədən başqa elementlər əlavə edəcəyik. Ümumiyyətlə, bu məsələ insanların özündən, öz sağlamlıqlarına münasibətinin yüksək olmasından asılıdır. Görürsünüz ki, başqa millətlər ictimai yerlərdə, təyyarələrdə siqaret çəkmir. Bizim onlardan nəyimiz əskikdir? Mətbuat da bu işdə aktiv olmalıdır. Siqaretin qadağan edilməsinin zəruriliyi mütəmadi təbliğ edilməli, siqaretin yaratdığı problemlər qabardılmalıdır. Siqaret əleyhinə məktəblərdə kampaniyalar aparılmalıdır. Təhsil müəssisələrdə psixoloq ştatı var, onlar şagirdlərlə ünsiyyətdə bu məsələni önə çəkməli, siqaretin zərərlərini əks etdirən lövhələrdən, əyani vəsaitlərdən istifadə olunmalıdır. Bütün qurumlar buna görə məsuliyyət daşıyır. Nazirlər Kabinetində cəmləşən qurumlar onsuz da əlaqəli formada çalışır, bu məsələdə də eyni əlaqəli şəkildə fəaliyyət nümayiş etdirməlidir. Mətbuat siqaret, sulu qəlyan istifadə olunan müəssisə və təşkilatları, iaşə obyektlərini ifşa etməlidir.(APA)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir”

bitmap-img3

Rakurs

Lənkəranlı sahibkarlar prezidentdən kömək istədi

bitmap-img3

Seçmələr

Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru