Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıqabulda ümumdünya Turizm gününə aid tədbir keçirilib


27 sentyabr Ümumdünya Turizm günüdür


1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilib.Ölkədə turizmin inkişafına dair birinci  Dövlət Proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sektorun dirçəlməsinə şərait yaratdı. Bu Proqram həmçinin Beynəlxalq turizm bazarına inteqrasiyanın təməlini də qoydu, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldi.

Bu gün Ümumdünya Turizm günü münasibəti ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Açıq Qapı” günü keçirildi. Mərkəzə gələn qonaqlar və məktəblilərə Heydər Əliyev Mərkəzində Ümumdünya Turizm gününə həsr olunmuş gənc rəssamların rəsm, əl işləri sərgiləri, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar haqqında Mərkəzin bələdçisi məlumat verdi.

Sonra Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva və Tarix Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev Ümumdünya Turizm günü ilə bağlı geniş məruzə ilə çıxış etdilər. Tədbir iştirakçıları sonda Mərkəzin kino zalında Azərbaycan turizmindən bəhs edən sənədli filmə tamaşa etdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar