Hacıqabul sakinininin həyətindən çətənə kolları və qurudulmuş marixuana aşkarlanıb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhəri, Dədə Qorqud küçəsi 22 ünvanında yaşayan 1963-cü il təvəllüdlü Həsənov İlqar Əliəşrəf oğluna məxsus həyətyanı sahədə əkilib-becərilməsi qadağan olan 7 ədəd narkotik tərkibli çətənə kolu götürülüb.
Həmin şəxsin evinə baxış keçirilərkən oradan 220 qram narkotik tərkibli qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az