Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıqabulda bir ailəni qətlə yetirmiş şəxs və onun hədəfi haqqında - Yenilənib


Hacıqabulda 5 nəfərin öldürülməsi ilə nəticələnən evə basqın kriminal “razborka”dan qaynaqlanıbmış


Xəbər verdiyimiz kimi, bu gecə Hacıqabul rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, B.İbrahimov küçəsindəki evlərdən birinə soxulan silahlı şəxs evdə olan ailə üzvlərinə odlu silahdan atəş açıb. Hadisə nəticəsində evin xanımı - 59 yaşlı Almara Qəmbərova, onun qardaşı Nazim, qardaşı oğlu Namiq, qızları Gülbağda aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.

Evin sahibi Məhəmməd Qəmbərov isə ağır güllə yaraları ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Saytımızın əldə etdiyi təsdiqlənməmiş məlumata görə, hadisə ailənin Moskva şəhərində ticarətlə və idmanla məşğul olan “Moskva Natiq” ləqəbli kriminal avtoritetlə uzun illər məhkumluq həyatı yaşamış Hacıqabul rayon sakini Mübariz Mehdiyevlə aralarında uzun müddətdir ki, yaşanan münaqişə nəticəsində baş verib.

Hadisə vaxtı Natiq Qəmbərov Azərbaycanda olsa da, Hacıqabuldakı evlərində olmadığından, xəsarət almayıb. Hadisəni törətmiş Mübariz Mehdiyev isə əlində olan odlu silahdan özünə atəş açaraq intihar edib.

Faktla bağlı hüquq-muhafizə orqanlarında araşdırmalara başlanılıb.


*   *   *

Hacıqabulda evə basqın edərək bir ailənin dörd üzvünü öldürən şəxs polis tərəfindən zərərsizləşdirilib.

"Report"un əldə etdiyi yeni məlumata görə, 1971-ci il təvəllüdlü, Hacıqabul şəhər sakini Mübariz Qibləli oğlu Mehdiyevlə Qəmbərovlar ailəsi arasında mübahisə Rusiya Federasiyasından başlayıb. Bir neçə gün bundan əvvəl Rusiyadan qayıdan M.Mehdiyev Qəmbərovlar ailəsinin yaşadığı evə basqın edərək, odlu silahla 4 nəfəri öldürüb, 1 nəfəri isə yaralayıb. M.Mehdiyev polis tərəfindən mühasirəyə alınıb və öldürülərək zərərsizləşdirilib.

Silahlı basqın nəticəsində ölən şəxslər bunlardır:

1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov;

1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov;

1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova;

1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərova;

1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyev (evə silahlı basqın edən şəxs).

Yaralanan:

1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov.



*   *   *

Bu gün səhər saatlarında Hacıqabul şəhərində silahlı insident baş verib.

Hadisə naməlum şəxsin şəhərin Bayram İbrahimov küçəsində yerləşən evə silahlı basqın etməsi nəticəsində baş verib.

Silahlı hücum nəticəsində bir ailənin dörd üzvü qətlə yetirilib. Yerli xəbər agentliklərinin məlumatına görə, qatil evin poilis əməkdaşları tərəfindən mühasirəyə alındığını görüb, özünü güllələyərək intihar edib.

Öldürülənlər Namiq və Nazim Məmməd oğlu Qəmbərovlar, həmçinin Gülbağda və Almara Məmməd qızı Qəmbərovalardır. İlkin məlumatlara görə, onlar bacı-qardaşdırlar.

Qətli törədənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.

Hadisə zamanı ağır odlu silah yarası alan daha bir şəxs Hacıqabul xəstəxanasına yerləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar