Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıbala Abutalıbovun yer altındakı milyonları

Yeni tikilən avtodayanacaqlar barədə...


Son bir ayda Dövlət Yol Polisi əməkdaşları Bakının mərkəzində tıxac əleyhinə xüsusi reydlər keçirir. Yol kənarlarında saxlanılan avtomobillər cərimə meydançalarına daşınır və cərimələnir. Əlbəttə yolun hərəkət hissəsindən dayanacaq kimi istifadə olunması, piyada üçün nəzərdə tutulan səkilərin də az qala avtomobillər tərəfindən “işğal” edilməsi heç kimə xoş deyil: həm sıxlıq, həm eybəcərlik yaradır. Amma sürücülərin haqlı bir narazılığı var: Bəs maşını harada saxlayaq?

Söz yox ki, polis əməkdaşları həmin suallara dərhal və soyuqqanlı şəkildə “yeraltı dayanacaqlarda saxlayın” cavabını verirlər, amma bu, sürücüləri əsəbiləşdirməkdən qaşqa bir şeyə yaramır: bəziləri dayanacaqların uzaq olmasından, bəziləri isə bahalılığından gileylənir...
Tutaq ki, aerokassadan bilet almaq istəyən ahıl bir kişi avtomobilini saxlamaq üçün dənizkənarına və ya “”Qış Bulvarı”na necə getsin? Və ya tələsik dərman almaq istəyən şəhər sakini park etmək, avtomobilini oradan götürmək üçün lazım olan yarım saatı necə ayırsın? Və yaxud da avtomobilini saxlamaq üçün illərdir 20 qəpik xərcləyən sürücülər birdən-birə necə bir neçə manat xərcləsinlər? Bax, bu və ya digər suallar polislə vətəndaşlar arasında hər gün mübahisələrə səbəb olur. Polis tapşırıqları yerinə yetirdiyini əsas gətirib, yolları təmizləyir, vətəndaşlar isə bu suallara təkidlə cavab istəyir.

Belə bir vaxtda AzNews.az-ın əməkdaşı Bakıdakı avtodayanacaqlarda olub. Onların yeri, şəraiti və qiymətləri ilə maraqlanıb…

Yeraltı dayanacaqda “maşın saxlamayın”


Paytaxtın “Fəvvarələr” meydanında yerləşən “Garage” dayanacağı 250 avtomobil tutur. Burada maşını 15 dəqiqə saxlamaq pulsuzdur. 15 dəqiqədən 1 saata qədər saxlayanda ödəniş 1 manat, 3 saat saxlayanda 2 manat, 6 saat saxlayanda 3 manatdır. 12 saata 6 manat, bir sutkaya isə 10 azn ödənməlidir. Dayanacaqdan çəkdiyimiz rəsmlərdən də bəlli olduğu kimi, içəridə maşın saxlamaq üçün kifayət qədər yer var. Lakin qarajın daimi müştərilərinin sözlərinə görə, bu mənzərə yalnız iş günlərində müşahidə olunur: “İstirahət və bayram günlərində bura gəlsəniz, avtomobili saxlamağa çətin ki, yer taparsınız. Xüsusən də axşam saatlarında”.
bitmap-img6
Dayanacaqdakı “maşın saxlamayın” yazısı isə diqqətimizi çəkdi. Lövhə ilə bağlı məlumat almağa çalışsaq da, qaraj işçiləri buna səlahiyyətləri çatmadığını dedilər. Sürücülərdən öyrəndik ki, bu yazı daimi abunə olan sürücülərin avtomobillərini saxladıqları yerlərə vurulur. Yəni, sürücü avtomobilini saxlamağa yer tapmasa da, bu lövhənin asıldığı boş yerdə saxlaya bilməz. Eyni vəziyyəti “Xəqani” bağı (keçmiş “Malakan”) ilə üzbəüz yerləşən avtomobil dayanacağında da şahidi olduq.

Yer çox, avtomobil yox...

“Qış bulvarı”nın altında yerləşən 3 mərtəbəli 4500 tutumlu avtomobil dayanacağının hər mərtəbəsində 1500 maşın yeri var. Buradakı qiymətlər digərlərinə nisbətən daha münasibdir. 1 saat ərzində avtomobil saxlamaq üçün 50 qəpik ödəniş olunmalıdır. 4 saata qədər saxlayırsansa, hər saata görə daha 50 qəpik, 10 saat saxlayanda 3 manat, 16 saata 5 manat, bir sutkaya isə 6 manat ödəniş olunur. Aylıq abunəlik haqqı isə 60 AZN-dir. Qiymətlərin kifayət qədər normal olmasına rəğmən, parkdan bir qədər aralıda yerləşən mağaza və obyektlərin önü avtomobillərlə dolu olur. Sürücülərdən “Qış bulvarı”ndakı yeraltı dayanacaqdan niyə istifadə etmədiklərinin səbəbini soruşduq: “Ora çox uzaqdı. Gör, nə boyda məsafəni ayaqla gəlməliyəm. 15 dəqiqəlik saxlamışam, dükana gedib, gəlirəm. Ondan ötrü pul ödəməli deyiləm ki” Bu dayanacaq həm də cərimə meydançası kimi istifadə olunur. Evakuator maşınlarının gətirdiyi avtomobillər burada saxlanılır. Dayanacaqda avtomobillərin sayının qədər az olması da diqqətimizi çəkdi.

“Qış bulvarı”ndan çox da uzaqda olmayan “28 Mall” ticarət mərkəzinin yeraltı dayanacağında isə sözün əsl mənasında sıxlıq idi. Orada olduğumuz müddətdə dayanacağa təxminən, 30-a yaxın avtomobil daxil oldu. Sürücülər, bu dayanacağın aztutumlu olmasından şikayət edirlər: “Bayram günlərində yeraltı dayanacaqlarda maşın saxlamağa yer tapmırıq. Küçədə də saxlayanda “evakuator” aparır”.

“28 Mall”dakı yeraltı dayanacağın qiymətləri isə belədir.
1 saat – 1 AZN
3 saat – 2 AZN
5 saat – 3AZN
7 saat – 5AZN
24 saat – 20 AZN

Aylıq icarə haqqı - 200 manat

Nizami küçəsindəki (Nəsimi heykəlinin altı) dayanacaq da kifayət qədər iridir. Hər gün onlarla avtomobilin istifadə etdiyi dayanacağın girişində asılmış lövhədəki qiymətlər “cib yandırır”. Aylıq icarə haqqı 200 manat yazısını görəndə səhvən yazıldığını düşündük. “Qış bulvarı”ndakı dayanacaqdakı qiymətdən təxminən 3 dəfə çoxdur. Amma içəridəki VİP yerlərdə hansı markalı avtomobillərin saxlanıldığını görəndə, təəccübümüz elə özümüzə qaldı. Əlimizdə fotoaparat olduğunu görən dayanacaq işçilərinin yaxınlaşdığını görəndə isə ərazini tərk etdik. Hər halda gəliş tərzlərindən aparatı əlimizdən almaq istədikləri açıq-aşkar görünürdü.

Dayanacağın saatlar üzrə olan qiymət cədvəlini təqdim edirik:

Beləliklə, mərkəzdəki yeraltı dayanacaqların orta qiyməti - 1 saatı 1 manat, 3 saatı 2,5 AZN, 10 saatı 5 manat, bir sutkası isə 12-15 manat arasındadır.

1 sutkası 20 avro

Avropa ölkələrindəki yeraltı dayanacaqların da qiymətlərini araşdırdıq. Mərkəzlərdəki dayanacaqların 1 saatının orta qiyməti 5 avro, kənarlardakı qiymətlər isə 70 sentlə 2,5 avro arasında dəyişir. 1 sutkanın orta qiyməti 20 avronu keçmir. Fransadakı yeraltı dayanacaqların 1 sutkalıq ödənişi 15 avrodur. 2 saatı isə təqribən 2 avro edir. Almaniya da qiymətlər Fransa ilə eynilik təşkil edir. Lakin nəzərə alsaq ki, Avropa ölkələrindəki orta aylıq əmək haqqı bizdəkindən qat-qat yüksəkdir, o zaman yeraltı dayanacaqların da ödənişlərinin o qədər yüksək olmadığını görərik.

Haşiyə: Kimlər üçünsə “baş bəlasına” çevrilsə də, bu dayanacaqların tikilməsi təkcə avtomobil sıxlığının qarşısı alınmaq baxımından deyil, həm də dövlətin əlavə gəlir yerlərindən birinə çevrilməsi baxımından əhəmiyyətli ola bilər. Əgər düzgün istifadə edilsə, pullar şəxsi ciblərə axmasa, gün ərzində xeyli vəsait əldə etmək olar. Ona görə də, dayanacaqların hansı qurumun tabeliyində olması ilə maraqlandıq. Dayanacaq nəzarətçilərinin danışıqlardan belə aydın oldu ki, yeni tikilən dayanacaqların əksəriyyəti Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Deməli, yeraltında yığılan bu pulları necə xərcləmək qalıb Bakı meri Hacıbala Abutalıbovun insafına...

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar