Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıbala Abutalıbovun şirlərlə qorunan villası...

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi 16 ünvanında yerləşən villanın sahibi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovdur


Bakı merinin mülkünün dörd tərəfinə müşahidə kamerası qurlaşdırılıb. Villanın hasarı boyunca ağaclar əkilib. Villanın yanında paytaxtın mərkəzində gördüyünüz iki işıq dirəyi qurlaşdırılıb. Hündür hasarlı villanın bayır tərəfi isə zibil içindədir. Mülkün üzərində dövlət gerbi formasında dairə, dairənin kənarlarında isə Azərbaycan bayrağının rəngləri var. Gerbdə olan alov və sünbülün əvəzinə də “Qurani-Kərim”dən ayə yazılıb.

Hacıbala Abutalıbovun evinin yaxınlığında pivəxana fəaliyyət göstərir. Merin mülkünün qarşısında gözətçi kimi dayanan iki şir heykəlinin olduğu bağ da var. Sakinlər arasında bu bağın adına “Mer bağı” deyirlər. Qaraçuxur sakinlərinin sözlərinə görə, villanın 4 girişi var. Onlardan yalnız 3 girişi göz önündədir. “İcra başçısının qiyməti bilinməyən maşınları, çoxlu sayda villası var. Bu onun yeganə villası deyil, bu cür evlərdən şəhərin başqa yerlərində də var. Özü də bura daim gəlmir”, - deyir sakinlər.

Hacıbala Abutalıbovun mülkü olduğu ərazidə müşahidə apararkən ətrafdakı evlərin çoxunun təmirsiz olduğunu müşahidə etdik. Sakinlərin evləri ömrünü çoxdan bitirmiş təsəvvürü yaradırdı.(interpress.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar