Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıbala Abutalıbov məhkəməyə verilir



“Mən 3 məhkəmə qərarını icra etmədiyinə görə Hacıbala Abutalıbovu yenidən məhkəməyə verirəm”


Bu barədə modern.az-a aktyor Əbdül Mahmudov məlumat verib.

O,deyib ki, qanuni evini uçurub-dağıtdığına görə, şəhər merini ilk dəfə məhkəməyə verib və udub. Bundan sonra Hacıbala Abutalıbov məhkəmə qərarından apellyasiya şikayəti verib. Amma merin şikayəti təmin olunmayaraq geri qaytarılıb. Daha sonra icra başçısı Ali Məhkəməyə müraciət edib. Ordan da rədd cavabı alıb. 

“Merin köməkçisi Zülfəli and-aman edib, başımın altına yastıq qoydu ki, “səs-küy salma, düzələcək hər şey”. İki ildir gözləyirəm, amma ortada bir şey yoxdur”.

Ə. Mahmudovun sözlərinə görə, Fövqaladə Hallar Nazirliyi, Tikinti Təhlükəsizlik İdarəsi, Məhkəmə Ekspert Komissiyaları onun evinə baxış keçirib və xeyrinə yekun qərar çıxarıblar.

“Mer rəsmi qərar və qanunları saymır.  Bu işə dair qərar verilib və dəyişdirilə bilməz. 3 ay keçməsinə baxmayaraq, Hacıbala Abutalıbov məhkəmə qərarlarını icra etmir. Təxminən bir ay əvvəl kəməkçisi Zülfəli məni təcili çağırdı ki, “mer səninlə görüşmək istəyir”. Naftalanda müalicəmi yarımçıq qoyub Bakıya qayıtdım. Amma odu-budu Zülfəli mənim telefonlarıma cavab vermir. Hətta prezident Administrasiyasının rəsmi məktubu var ki, 5 gün müddətinə ailə həmin evdən köçürülsün və nəticə barədə məlumat verilsin. Amma ortada heç nə yoxdur”

Qeyd edək ki, “Qış Parkı”nın tikintisi zamanı Əbdül Mahmudovun evinə ciddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən, Hacıbala Abutalıbov zərərçəkmiş evi təmir etdirməlidir, ya da dəymiş ziyanı ödəməlidir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar