Xəbər xətti

24 YANVAR

13:31 “Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır” - Komitə sədri

13:27 Jurnalist Nicat Məlikov Ağsu rayonunda dəfn ediləcək

13:23 Xəbərdarlıq: Hava kəskin pisləşəcək, qar yağacaq

13:19 İlham Əliyev Şevçoviçlə TANAP-ı müzakirə edib

13:15 Əbüdfəz Məlikov xaricdəki pullarını qarantiya altına alıb?

13:11 2017-ci ilin dəhşətli yol qəzası statistikası: 750 ölü, 1719 yaralı

13:07 Varisin yeni kitabı çıxdı

13:03 Kobra yolu kəsdi, tıxac yarandı - Video

12:59 Təhsil Nazirliyi yeni təklif hazırladı - Summativlərin ləğvi ilə bağlı

12:56 Bakıda taksi sürücülərinin qənimləri ələ keçdi

12:52 Rusiyada yol qəzasında həlak olan azərbaycanlı jurnalist şəhid qızı idi

12:48 Avropa Birliyi 8 vergi cənnətini “qara siyahı”dan çıxardı

12:44 Gəncədə kütləvi dava-dalaş: 3 nəfər bıçaqlandı, 5 nəfər tutuldu

12:42 Bir ton xəstə at əti tutuldu - Bakıda satılacaqdı

12:40 Elvin Məmişzadə: “Mənə qarşı edilənləri açıqlasam, aləm bir-birinə dəyər”

12:36 “Sürücülərlə mübahisə etməyin” - Nazirdən yol polislərinə xəbərdarlıq

12:32 “Roma” heyətinə 3-cü türk futbolçunu qatmaq istəyir

12:30 Azərbaycandakı Rusiya dövlət bankı kapitalını rekord həcmdə artırır

12:28 Fazil Məmmədovun yaxınları istintaqa cəlb olunub - Həbs oluna bilərlər

12:24 Ötən il Azərbaycanda 3424 uşaq zorakılıqla üzləşib

12:22 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

12:18 Əməkdar artistin boşanan oğlu: “5 dəfə evlənə bilərəm”

12:17 “Bugünkü gənclik kommunikasiyadan asılıdır” - Psixoloq

12:14 Kərəm Həsənovun çörək sexi bağlandı - Rəsmi

12:10 İlin ilk Ay tutulması baş verəcək

12:06 İddialı serialın gələn həftə son bölümü yayımlanacaq

12:02 Səudiyyə Ərəbistanı neftdən imtina edir

11:58 11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb - Ramiz Zeynalov

11:55 NASA-dan gözlənilməz qərar

11:51 Qırğızıstana anomal soyuqlar gəlir - Temperatur -45-ə düşəcək

11:47 Azərbaycandan böyük pullar aparan əcnəbi müğənnilər vergiyə cəlb olunurmu?

11:43 Kriptovalyuta bazarında yeni qiymətlər

11:39 İllərin küsülülüyü bitdi? - Aygünlə Natavan yan-yana

11:35 Rusiyada azərbaycanlı jurnalist yol qəzasında vəfat edib

11:31 “Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdır” -Rəşad Sadıqov

11:27 İlham Əliyev Davosda “IBM” şirkətinin baş icraçı direktoru ilə görüşüb

11:23 Polis bakıda əməliyyat keçirdi - Külli miqdarda narkotik ələ keçirildi

11:19 Jurnalist niyə vəfat edib? - Polisdən fərqli səbəb

11:15 Keçmiş arvadını boğaraq öldürdü - Bakıda

11:11 Səməd Seyidov: “AŞPA-nın yeni Prezidentindən gözləntilərimiz...”

11:08 Dövlətin problemli kreditləri ödəməsi mümkündür?

11:07 Sarkisyan Fransada İranın Qarabağ mövqeyindən danışdı

11:03 ATƏT təmas xəttində monitorinq keçirəcək

10:59 “Oskar”ın nominantları bəlli oldu

10:56 Qış tətili başlayır, şagirdlər necə istirahət etməlidir?

10:52 Nəhəng şirkətlərin qatıldığı Davos Forumu haqda bilmədiklərimiz

10:50 Prezidentin köməkçisi müdafiə naziri ilə birlikdə cəbhə bölgəsində - Fotolar

10:48 Daha 4 şirkət Azərbaycandan gedir

10:44 Azərbaycanlı professor yazıçıların beynəlxalq forumunda

10:43 “Bu siyasi gedişat Serj Sarkisyana sərf edir” - Politoloq

10:40 Fransa prezidenti Azərbaycanı və Ermənistanı güzəştlərə çağırdı

10:36 Amerikalı yazıçı öldü

10:32 Bakının bu rayonunda su olmayacaq

10:28 Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

10:24 “Hiss edirdim ki, Qurbanov mənimlə yeni müqavilə istəmir” - Ndlovu

10:22 ​İrəvan teatrının ilk tamaşası anşlaqla keçib

10:20 “Bakı Ekspo 2025” Davosda təqdim edildi - Fotolar

10:16 Azərbaycan nefti bahalaşdı

10:12 Bakıda iki məktəbin ətrafında piyadaların təhlükəsizliyi araşdırılıb

10:08 İranda “daxildə satqın” axtarışı başladı - ilginc gəlişmələr

10:06 Putin və Ərdoğan arasında telefon danışığı olub

10:04 AŞ PA-nın yeni prezidenti siyasətçiləri “qaraladı” - Bakıdan reaksiyalar

10:00 Dollar və manatın bugünkü məzənnəsi

9:57 Məşhur İvonna nənə vəfat etdi

9:54 Qənirə Paşayeva: “O fikirdən məni anam daşındırdı”

9:50 Neft ucuzlaşıb

9:47 Seçki ərəfəsi sabitlik, yoxsa qarışıqlıq olacaq?

9:43 Cəbhədən yeni xəbər

9:40 Bakıda sexdə partlayış: işçilərdən biri ayağını itirib

9:37 ““Qara bazar” elə sürətlə inkişaf edib ki...” - Vahid Əhmədov

9:34 Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar...

9:30 “Alpinistlərdən heç bir iz yoxdur” - Ziya Qasımlı

9:27 ATƏT, AŞ PA rəhbərliyi italyanlara, BMT TŞ sədrliyi qazaxlara keçdi - Qarabağı nə gözləyir?

9:23 Senat FES-in yeni rəhbərini təsdiqlədi

9:20 İsrailin baş naziri Davosda Azərbaycan Prezidenti ilə görüşəcək

9:17 Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

9:14 Polad Bülbüloğlunun ermənilərlə bağlı mövqeyi kəskin etiraz doğurdu

9:10 Baş nazir qaydalara dəyişiklik etdi

9:07 Prezident Davos Forumunda nələrdən danışdı? - Tam mətn

9:03 “Şapka Mamed”in örtülü bazarı - Təfərrüatlar

9:00 İşıqpulu ödəməkdə problem yaranıb

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...

23:15 “KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!” - MKİ başçısı

23:09 67 yaşlı Ağsu sakini özünü asaraq intihar edib

23:02 “PYD/YPG Afrine doğru hərəkət edəcəyi təqdirdə...” – Pentaqon

22:56 Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - Video

22:50 Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - Video

22:43 Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

22:35 Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

22:28 “Neft hasilatının azaldılmasına dair saziş...” - İlham Əliyev

22:21 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

22:14 İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

22:07 Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:00 Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

21:55 Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk“

21:49 Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

21:42 Afrində keçirilən əməliyyatlar niyə “Zeytun budağı” adlanır?

21:35 2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

21:28 Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

21:20 Maskerano “Barselona”dan ayrıldı - Rəsmi

21:13 BP prezidenti neftin qiyməti barədə

21:06 “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - ABŞ generalı

20:58 Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

20:50 İlham Əliyev Rusiya ilə yeni hərbi müqavilə üzərində iş getdiyini açıqladı

20:43 Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

20:36 Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

20:29 Rəşad Sadıqovun komandası Gürcüstana qarşı

20:23 İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb

20:16 Ermənistanın baş naziri Qarabağ münaqişəsinin tənzimlənməsi barədə



MÜSAHİBƏ

...

Hacı Qalib Salahzadə: “315-ci maddə bizim ailəyə düşür”

Tarix 22.12.17, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


“Türməni kişilər üçün tikiblər də”


Nəsimi Rayon Məhkəməsinin qərarı ilə sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn  Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmə istintaqı dövründə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilən Ə.Salahzadə “Azərsu”nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir. Hacı Qalib isə məhkəmə qərarını şərh edərkən deyib ki, zərərçəkən şikayətçi olmadığı halda, dövlət ittihamçısı onun oğluna 5 il həbs cəzası tələb edib, hakim isə 3 illik cəza kəsib. Ancaq maraqlısı odur ki, sabiq deputat növbəti məhkəmə instansiyalarına müraciət etmək niyyətində olmadığını bildirib. “Yeni Müsavat”a müsahibəsində Hacı Qalib Salahzadədən əvvəlcə bunun səbəbi barədə soruşduq:

- Hacı, mətbuata açıqlamanızda demişiniz ki, hökmlə bağlı nə Apelyasiya Məhkəməsinə, nə də Ali Məhkəməyə şikayət etməyəcəksiniz. Adətən, növbəti instansiyalar cəzanın yüngülləşdirilməsi barədə qərar çıxarır. Belə olan halda şikayətçi olmamağınızın səbəbi nədir?

- Bilirsiniz necədir? Mən nə vəkildən, nə məhkəmədən narazı deyiləm. Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə xanım Həsənovadan narazılığım yoxdur. Mən niyə özümü aldadım ki? Çünki oğlum on dəfə məhkəməyə gedib-gəldi. Mən prosesləri izləyirdim bu qərardan razı olsaydı, elə ikinci, üçüncü prosesdə hökm oxunardı, məsələ bitərdi. Özü də məhkəmə qapalı keçdi, bir dəfə də jurnalistlər buraxılmadı. Mən bütün bunları bilə-bilə niyə apelyasiya şikayəti verim? Oradakı hakimlər deməzmi ki, ay Hacı, sən vəziyyəti bilmirsən, bizi niyə işə salırsan? Bilirəm ki, xüsusi olaraq tapşırıq olub. Yoxsa 21 yaşlı gənci Qurban bayramı günü evindən aparmazdılar. Özü də niyə mən Apelyasiya və ya Ali məhkəmələri pis vəziyyətdə qoyum? Bunu ilk gündən heç kəs gizlətməyib ki... Mənim özümdən də dəfələrlə üzrxahlıq ediblər ki, bu, belə olmalıdır. Faktiki olaraq bu uşaq 70 manat pula görə orda yatır. Guya bu pulu versə, dava olmazdı.

- Su puluna görə? 

- Bəli. İndi bu da bir az gülməlidir ki, yəni Hacı Qalibin 70 manatı yoxdurmu su pulunu versin?    

- Siz həm də YAP üzvüsünüz, eləmi?

- Bəli, 1995-ci il mayın 10-dan YAP-ın üzvüyəm.

- Bəs oğlunuz necə?

- O, uşaqdır, hələ 21 yaşı var.

- Üstəlik, siz Şeyxin qohumusunuz...

- Kiminlə qohum, ya dost olmağımın mənim üçün əhəmiyyəti yoxdur. Mən bilirəm ki, mənə qarşı bu tələləri təşkil edən, kombinasiyaları quranlar kimdir. Kim də yox e, kimlər... Bunlar 1995-ci ilin 7 sentyabr seçkilərindən gələn məsələlərdir.  

- Deyirsiniz qohumluğun önəmi yoxdur. Bəs Şeyx həzrətləri sizə telefon açıb “keçmiş olsun” dedimi? Yaxud görüşüb-danışdınızmı bu barədə?

- İnan Allaha, mən heç kəsə ağız açmamışam. Yalnız onu eləmişəm ki, bəzi dostlarıma zəng edib demişəm ki, belə məsələlər var...Vəssalam, şüttamam. İstəyir lap mənim oğluma 10 il versinlər, bir adama ağız açmamışam, heç ağız açan da deyiləm. Allah var. Qurban bayramı günündə gəlib bunu evindən apardılar. İttiham elədilər ki, sən hakimiyyət nümayəndəsinə, “Asərsu”nun işçisinə qarşı xuliqanlıq edibsən. Hansı ki, zərərçəkən çilingərdir. Belə çıxır ki, Azərbaycandakı çilingərlər də hakimiyyət nümayəndəsidir. Sizə bir söz deyim, bizim uşağa ki, 315-ci maddəni veriblər ha, 2000-ci ildə mənim özümü də həmin maddə ilə ittiham ediblər. Bir şeyi düşünürəm ki, deyəsən, gələcəkdə mənim oğlum da deputat olacaq (Gülür). Çünki dediyim kimi, mən 315-ci maddə ilə deputat olmuşam. Olan hadisəni deyirəm. Allah ulu öndər Heydər Əliyev rəhmət eləsin. O vaxt biri prokurorluğa məndən şikayət eləmişdi ki, bəs Hacı Qalib 8 nəfəri öldürüb. 3 aydan sonra rəhmətlik maraqlanıb ki, bu Hacı Qalibin işi nə oldu? Bu, rəhmətlik Cəlal Əliyevin mənə dedikləridir... Soruşur ki, Hacı Qalibi niyə tutmusunuz? Ona deyirlər ki, bir milisə sillə vurub. 315-ci maddəni  verəndə gərək zərərçəkən dövlət nümayəndəsi olsun axı. Rəhmətlik Heydər Əliyev də deyib ki, ayə, vağzalda gündə 30 dənə milisi döyürlər, bir nəfəri tutmursunuz, necə olur Hacı Qalibi tutursunuz? Elə həmin gün mənim dalımca Şüvəlan türməsinə maşın gəldi, məhkəməyə apardılar, bir saatın içində açıb buraxdılar ki, “Gəl, çıx bayıra!” Ulu öndərin mənə etdiyi yaxşılığı deyirəm. 315-ci maddə mənim üçün belə düşərli oldu. Sonra da Allah cənab prezidentə cansağlığı versin, onun vaxtında deputat seçildim. Elə yadıma düşmüşkən, bir məsələni də danışım. Ulu öndərimiz vaxtilə Çoban Xanışla görüşüb onunla söhbətləşəndə mən düşünürdüm ki, niyə o boyda rəhbər sadə bir insana bu qədər diqqət ayırır? Sonra başa düşdüm ki, cənab prezident bununla o bölgənin məmurlarına xəbərdarlıq edir. Yəni düz işləyin, yoxsa yerlərdə nə baş verirsə, Çoban Xanış mənimlə görüşəndə bütün bunlarla bağlı mənə deyəcək. Özü də bu, ən ağır vaxtlarda olurdu. O vaxt bilinmirdi ki, kim kimin adamı, kim kimin dostudur. İndi Allah cənab prezident İlham Əliyevə cansağlığı versin, sakitlik, əmin-amanlıqdır.     


- Hacı, həbsinizi xatırlatdınız. O zaman nə qədər həbsdə yatdınız?  

- 3 ay bir yatmışam, 7 ay yarım da bir. Düşünürəm ki, deyəsən, 315-ci maddə bizim ailəyə düşür (ürəkdən gülür).

- Görürəm ki, sizin əhvalınız yerindədir. Amma yəqin ki, oğlunuzun həbsinə görə anası daha çox narahatdır. Sizi günahlandırmır ki?

- Bir  söz deyim sənə, türməni kişilər üçün tikiblər də. İndi bu uşaq səhv eləyib, nə olubsa, olub. Elə şey var ki, adam gülməkdən özünü saxlaya bilmir. Evdəkinin ağzı nədir ki, bir kəlmə danışsın (gülür). Bunlar hamısı boş şeylərdir. Özü də oğlum olduğuna görə demirəm, onun tərbiyəsi elədir ki, mənim ondan heç bir nigarançılığım yoxdur. Mən elə tərbiyə verməmişəm ki, ondan nigaran qalım. Nə siqaret çəkəndir, nə nəşə çəkəndir, nə pis işlərlə məşğul olandır. Belə şeylərdən uzaq adamdır.

- Həbsdə olduğu müddətdə oğlunuzla görüşmüşünüz?

- Yox. Amma mənə zəng edir.

- Nə deyir?

- Deyir, ata, kişinin başına iş gələr. Ən maraqlısı odur ki, o, mənə ürək-dirək verir. Dedim, ay oğul, niyə narahat oluram ki? Get, başını sal aşağı, olub, olub da. Artıq dördüncü aydır Kürdaxanıdadır. Bundan sonra hara göndərəcəklər, bilmirəm. Ona ümumi rejim veriblər. Mənə o qədər zəng edirlər ki. Hətta dost-tanış deyir sənin 5-10 min pulun yoxdur ki, oğlunu buraxdırasan? Dedim, gedin, öz işinizlə məşğul olun, bu, sifarişli şeydir. Burada maraqlı məsələ bilirsən nədir? Cənab prezident humanist qərarlar verir, çox çalışır ki, həbsxanalar dolmasın. Məsələ belədir ki, bir gənc oğlan həbsə düşəndən sonra - mən iki dəfə ora düşmüşəm də, bilirəm - ən azı həbsxanada olan qayda-qanunları öyrənir, cinayət aləminin nə olduğunu bilir. Məsələn, oğlum mənə zəng edib deyəndə ki, ata, “”perejivat" eləmə, belə-elə... Bərk əsəbiləşdim ki, ayə, köpək oğlu, sən cəmi 3 aydır ora gedibsən, artıq mənimlə “vorobskoy” qayda-qanunlarla danışırsan, mənə ürək-dirək verirsən? (gülür).

- Hacı, bu dediklərini də yazacağam...

- (Gülür.) Yaz. Özü də sənin bir işindən xoşum gəlir ki, mənim sözlərimi olduğu kimi yazırsan. Mən elə danışıram ki, sadə adamlar da nə dediyimi aydın başa düşür. Bir şeyi də deyim ki, oğlum Bakı Kooperasiya İnstitutunun 4-cü kursunda oxuyur. Özü də gündüz.

- Ordan nə deyirlər?

- Yəqin həbsə gedəndən sonra institutdan da çıxararlar. Güclə bunun boynuna qoyurlar ki, sən xuliqansan, “banditsən”.

- Hacı, ola bilərmi ki, bağışlanması üçün prezidentə müraciət edəsiniz?

- Bilirsən nə təhərdir? Allah prezidentin canını sağ eləsin, balalarını saxlasın! Onun o qədər işgücü var... Mən televizora baxıram, görüşlərini, danışıqlarını izləyirəm. Elə bu gün də Heydər Əliyev Mərkəzində tədbir var idi. İndi prezident durub Hacı Qalibin işi ilə məşğul olsun? Bunu gözləmək mənim tərəfimdən yüngüllük olar.

- Ancaq demədiniz ki, Şeyx sizə zəng edib, ya yox?

- Onun da o qədər iş-gücü var, başı qarışıqdır. O da mənim xasiyyətimi bilir ki, bu işə görə ona zəng edən deyiləm. (musavat.com)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Rusiyada azərbaycanlı jurnalist yol qəzasında vəfat edib

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

ABŞ Suriya sərhədində ordu yaratmaqdan niyə vaz keçdi? - Ərdoğanın ultimatumuna görəmi...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru