Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Nurandan xəbər var


"Həqiqi dost istisindən yanmaq olmur"


Xərçəng xəstəliyindən əziyyət çəkən Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynovdan xəbər var. ANS PRESS-in məlumatına görə, Almaniyada müalicə alan sevilən aparıcı şəxsi Facebook səhifəsində yeni fotosunu paylaşıb. Hacı Nuran ona dəstək olan Hacı Nazim adlı dostu ilə kamera önünə keçib. Daha sonra isə ona dəstək verənlərə təşəkkürünü bildirib: 

"Mənə həmişə elə gəlir ki, ən isti varlıq günəşdir! Amma hərdən elə dostlarımın səmimiyyətini görürəm ki, günəşin istisi onun yanında zəif görünür, bir fərq də var: Həqiqi dost istisindən yanmaq olmur... Xəstə olduğum birinci gündən mənə çox dəstək olanlardan, şəxsən mənim özümə və neçə-neçə xəstələrin əməliyyatına və müalicələrinə maddi-mənəvi kömək olan, xüsusi ilə Bakıdan bir neçə dəfə Almaniyaya mənim ziyarətimə gələn, çox istədiyim uşaqlıq dostum Hacı Nazim Farzaliyev oldu. Dəyərli dostum-qardaşıma təşəkkür etməyə söz tapmıram. Çox sağ ol ki, varsan. Allah səni hər zaman qorusun. Gəlişin ilə məni yenə çox sevindirdin. Allah da səni sevindirsin".

Xatırladaq ki, Hacı Nuran “Xeyir körpüsü”, “Vətənimdir Azərbaycan” verilişlərinin layihə rəhbəri və aparıcısı olub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar