Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Nuran vətənə qayıdır


Almaniyada ağır xərçəng xəstəliyindən uzun müddətdir ki, müalicə olunan Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynov vətənə qayıdır


PİAZ-ın lent.az-a istinadən məlumatına görə, bu barədə Hacı Nuran özü məlumat verib.

O, iki ildən çoxdur ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən Uniklinikdə müalicə aldığını söyləyib: 

"Heydər Əliyev Fondunun mənə göstərdiyi kömək və qayğı sayəsində sağlamlığıma qovuşmaq üzrəyəm. Fevralın 2-də artıq Azərbaycana qayıdıram. Bundan sonra 5 il ərzində mütəmadi olaraq Almaniyada yerləşən həmin klinikada müalicəmi davam etdirməliyəm".

Hacı Nuran ona göstərilən yardıma görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, vitse prezidenti Leyla xanım Əliyevaya təşəkkürünü bildirib: 

"Mən adi bir vətəndaşam. Fondunun mənə göstərdiyi diqqət və qayğıya görə şəxsən Mehriban Əiyeva və Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Mənim bu müddət ərzində xaricdə müalicəmi təşkil etdiklərinə görə, onlara və bütün Azərbaycan xalqına səmimi qəlbdən təşəkkür edirəm. Bir ömür boyu onlara minnətdaram".

Hacı Nuran bu müddət ərzində ona dəstək olan, ən çətin anlarında yanında olan və ola bilməyən dostlarına da təşəkkürünü bildirib.

Qeyd edək ki, yanvarın 31-də 38 yaşı tamam olan Hacı Nuran 2 ildən çoxdur ki, xərçəng xəstəliyindən əziyyət çəkir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar