Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı İlqar İbrahimoğlundan Elşən Mustafaoğlunun həbsinə münasibət



"Hacı Elşən Mustafaoğlunu dürüst və ləyaqətli insan kimi tanıyıram"


Hacı İlqar İbrahimoğlu öz Facebook səhifəsində tanınmış ilahiyyatçı Elşən Mustafaoğlunun həbsinə reaksiya verib. 

Açıqlamada deyilir: 

“Xəbər verildiyi kimi, tanınmış maarifçi və ictimai fəal Elşən Mustafaoğlu həbs edilib. Anlaşılmaz səbəblər ucbatından və qaranlıq qalan məqamlar səbəbindən, Elşən Mustafaoğlu kimi bir ziyalı insan barədə həbs qəti-imkan tədbiri seçilib.

Mən Elşən Mustafaoğlunu illərdir ki, tanıyıram. Çox dürüst, ləyaqətli, sadiq insandır. Mustafaoğlu araşdırmaçı-alim, ictimai fəal olmaqla yanaşı, çox aktiv maarifçıdır. Bununla bərabər, onun yanaşmalarında qırmızı xətt kimi hər zaman dövlətçilik təfəkkürü keçib.

Mustafaoğlunun həbsinə inanmaq olmur. Məmləkətin sayılı maarifçilərindəndir Elşən Mustafaoğlu. Hər zaman şəffaf, dürüst fəaliyyəti ilə seçilib.

Təəccüblüdür ki, E.Mustafaoğlu yenicə QMİ-də görəvli posta gətirilmişdi. 10 ildən artıqdır ki, TV-də müəllif proqramlarının aparıcısıdır. Hərtərəfli publik bir şəxsdir.
Bəs nə baş verdi?!

Elşən Mustafaoğlu  kimi bir ziyalı nə etdi ki, onun barəsində məhz belə sərt qəti-imkan tədbiri seçdilər?!

İnanmaq istəyirəm ki, tezliklə qapısı açılacaq, baş verən bu dəhşət, bir anlaşılmazlıq kimi izah ediləcək.
Allaha pənah...”. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar