Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı İbrahim Xəzərdəki şəhərini xaricilərə təqdim etdi

“Mən bu şəhəri pula görə tikmirəm, çünki pula ehtiyacım yoxdu”


Dünyada analoqu olmayan “Khazar Islands” (“Xəzər Adaları”) layihəsinin tikintisi davam edir. Aprelin 18-də layihənin təşkilatçısı “Avesta” Konserninin prezidenti İbrahim Nehrəmli xaricdən gələn 70-ə yaxın qonağını qəbul edib. Tədbir zamanı İbrahim Nehrəmli bu günə kimi gördüyü işlərdən və “Khazar Islands” projesindən danışıb.

Tədbirdə ilk olaraq İbrahim Nehrəmli çıxış edib: “Mən bu günlərə heç də asan yolla gəlməmişəm. Çətin günlərim də olub. Mən ilk dəfə tikinti işinə başlayanda heç bir şeydən başım çıxmırdı. İlk dəfə idi ki, bu sahədə idim. Amma getdikcə bu sahəni qavramağa, hətta ustası olmağa başladım. Bundan sonra uğurlu layihələr həyata keçirdim. Getdikcə qazandığım pulların sayını çoxaltdım. Amma bütün bunlara baxmayaraq müflis olmaqdan qaça bilmədim. 1998-2003 illəri arasında heç bir iş görə bilmədim. Evimi, avtomobilimi satdım, yeni iş qurdum. Hər zaman yenilik həvəskarı olmuşam. Buna görə də uğurlarım hər zaman bol olub. Elə yerlərdə torpaq sahələri alırdım ki, orada heç kəsə pul versən belə yaşamazdı. Mən həmin yerləri cənnətə çevirmişəm və bu yolla milyonlar qazanmışam”.

İbrahim Nehrəmli qeyd edib ki, o, “Xəzər Adaları”nı pul qazanmaq məqsədi ilə tikmir: “Gördüyümüz hər işdə olduğu kimi burada da tam düzgün iş prosesi gedir. Bu layihə bu baxımdan çox önəmlidir. Azərbaycanın adına layiq bir layihədir. Bu şəhər gələcək nəslin şəhəri olacaq. Burada yaşayan insanlar hər cür ehtiyacını burada qarşılama imkanına sahib olacaq. Məktəb, xəstəxana, universitet, sosial müəssisələr, idman yerləri, üzmə hovuzları kimi ağlınıza gələ biləcək hər cür insani ehtiyaclar burada mövcud olacaq. Hər adanın öz məktəbi, xəstəxanası, uşaq bağçaları, parkları olacaq.

Beş universitet, hippodrom, avtomobil yarışları üçün parkur və futbol meydançaları olacaq. Tennis meydançaları da bu layihəmizdə yer alacaq. Yəni bir adada yaşayan insan başqa adaya getmədən bütün ehtiyaclarını burada qarşılaya biləcək. Buna sosial ehtiyaclar da daxildir. Burada xidmət sahələrinə də xüsusi önəm veririk. Mənim övladlarımın, hətta nəvələrimin hər şeyi var. Mənim pula ehtiyacım yoxdur. Bu dünyadan heç kəs özü ilə o dünyaya nəsə aparası deyil. Mən sadəcə istəyirəm ki, mən bu dünyadan köçdükdən sonra adım bu şəhərlə hallansın”.

Bundan sonra qonaqlara “Khazar Islands” layihəsi təqdim edildi və tikintinin gedişatından söhbət açıldı. Hindistandan olan qonaqlar daha sonra nahar fasiləsinə ayrıldı.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda dünyada analoqu olmayan “Khazar Islands” ("Xəzər Adaları") layihəsinin I mərhələsi 2014-cü ildə yekunlaşacaq. İbrahim Nehrəmlinin Bakıda həyata keçirdiyi bu layihə başda Azərbaycan olmaqla, Qafqaz üçün böyük əhəmiyyət kəsb edir. “Khazar Islands” 100 milyardlıq büdcəsi ilə dünyanın sayılıb seçilən layihələrindəndir. Layihə 4 hissədən ibarətdir. Bu da təxminən 2018-2020-ci ildə tamamlanmış olacaq.

Layihənin 1-ci fazası tamamlandığında burada 100 min insan yaşaya biləcək. 2022-ci illə 2025-ci il arasında ikinci fazanı bitəcək, o zaman da burada 500 min insan məskən sala biləcək. 2030-cu ildə isə üçüncü və dördüncü fazanı bitmiş olacaq və ümumiyyətlə, “Khazar Islands” layihəsi tam bitdikdə burada 1 milyon insan yaşayacaq. Bundan əlavə, 200 min turist üçün gündəlik yaşayış evləri hazırlanır. 78 adadan ibarətdir. Bu adaları birləşdirən 150 körpü var.(musavat)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar