Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı İbrahim Nehrəmli aeroportda saxlanılıb


İstintaq altında olan iş adamını Gəncə aeroportundan geri qaytarıblar; o, bir yaxın dostunun şəxsi layneri ilə ölkədən çıxmaq istəyirmiş


“Oliqarxqeyt” işində adı keçən ən iri sahibkarlardan biri - Hacı İbrahim Nehrəmli bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılaraq saatlarla dindilmişdi. 

Daha sonra o, azadlığa buraxılmışdı. İki gün öncə isə onu yenidən həmin idarəyə gətiriblər. O, hələ də həmin idarədə saxlanılır. 

Onun yenidən BMCQMİ-yə gətirilməsinin səbəbi haqda ilginc məlumat almışıq. Qaynağımız bildirib ki, “Avesta” konserninin rəhbəri olan Hacı İbrahim Nehrəmli mayın 13-də  BMCQMİ-yə aparılandan sonra istintaqla aralarında razılaşma əldə edilib. Buna görə də ona saxlanılan digər sahibkarlardan fərqli münasibət göstəriblər, dindirmədən sonra azad ediblər. 

İş adamı sərbəst buraxılandan sonra mətbuata açıqlama verərək Beynəlxalq Bankdan götürdüyü kredit borclarını mayın 19-na qədər geri qaytarmaq öhdəliyi götürdüyünü açıqlamışdı. Belə görünürdü ki, Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan aldığı 78 milyonluq krediti geri qaytarmaq niyyətindədir. 

Amma belə deyilmiş. Qaynağımızın verdiyi bilgiyə görə, Hacı İbrahim Nehrəmli ölkədən gizli yolla çıxmaq istəyib. O, Gəncə aeroportuna gedərək yaxın dostunun özəl təyyarəsi ilə Türkiyəyə uçmaq istəyib. Lakin təyyarəyə son anda uçuş icazəsi verilməyib. Təyyarədən düşürülən “Avesta” konserninin prezidentini Gəncədən birbaşa BMCQMİ-yə gətiriblər. Hacı İbrahim Nehrəmlinin barəsində məhkəmənin həbs qərarı verəcəyi gözlənilir.

Analitik.az saytı Hacı İbrahim Nehrəmlinin əmlaklarının satışa çıxarılması haqda xəbər yayıb. Satışa çıxarılan əmlaklar arasında daşınmaz obyektlər, bahalı avtomobillər var. Krediti, daha dəqiq desək, Beynəlxalq Bankdan mənimsənilən vəsaiti qaytarmayacağı təqdirdə, həbs təhlükəsi ilə üz-üzə olması “Avesta” prezidentinə anladılandan sonra onun yaxın adamları vasitəsilə hərəkətə keçdiyi bildirilir. Sayt yazır ki, “Avesta holdinq” quru addan başqa bir şey deyilmiş. 150 milyardlıq “Xəzər Adaları” layihəsinə girişən holdinqin rəsmi əmlakı - dəyəri yoxdur. Üzərinə “Avesta” sözləri yazılan binanın da satışa çıxarılması barədə məlumat yayılıb. 

“Gənclik” metrosu yaxınlığında, Məmməd Araz küçəsində yerləşən “Avesta” binasının isə sənədlərinin satış üçün hazır olmadığı məlum olub.

Son günlər “Avesta” ümumiyyətlə fəaliyyətini dayandırıb. Tikinti işləri ilə az-çox məşğul olan, konsernə daxil olan şirkətlər də iflic vəziyyətindədir. Rəsmən işçi kimi sənədləşdirilmiş 5-10 nəfər də şirkətin bağlanacağı günü gözləyir. Yeri gəlmişkən, maraqlısı odur ki, 150 milyardlıq layihəni həyata keçirən şirkətin rəsmi işçilərinin sayı barədə məlumat verilmir. Ötən həftənin sonundan “Avesta”da həyat dayanıb. Binaya isə real alıcının tapılacağına ümid yoxdur.

Xatırladaq ki, ötən həftədən Azərbaycanda kredit borcu olan bir neçə məşhur iş adamları həbs olunub. Onlardan bəziləri dindiriləndən sonra buraxılsa da, bir neçəsinin barəsində həbs-qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında “GlobusPlaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “İnterGlass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var. Onlar ümumilikdə Beynəlxalq Bank vasitəsilə dövlətə 6 milyard manata qədər zərər vurublar. Yayılan məlumatlara əsasən istintaqa cəlb edilən və borcunu ödəyən sahibkarlar həbs edilmirlər. Borcu ödəməyənlər isə həbs olunur, əmlakları siyahıya alınır. “Oliqarxqeyt” işinin bir neçə ay davam edəcəyi haqda məlumatlar da var.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar