Livanın cənubunda yerləşən Sayda şəhərində BMV markalı avtomobil partladılıb
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Əl Cədid” televiziyası yayıb. Televiziya terakt nəticəsində bir nəfərin yaralandığını bildirib. Partladılan maşının HƏMAS hərəkatının lideri Əbu Həmzə Həmdana aid olduğu vurğulanıb. Partlayış zamanı Həmdan avtomobildə olmayıb.
Qeyd edək ki, Sayda şəhərində Fələstindən olan qaçqınların düşərgəsi yerləşir.
pia.az