Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Güzəştlər qarşılığında Rusiyadan tələb olunanın icrası elə də asan deyil

Rusiyanın “Kommersant” qəzeti öz mənbələrinə istinadən xəbər verib ki, iyulun 16-da Helsinkidə keçiriləcək zirvədə Suriya münaqişəsi Vladimir Putin və Donald Tramp arasında müzakirə mövzusu ola bilər


Moskva Vaşinqtona ikisəhifəlik bir sənəd çatdırıb və o, prezidentlərin gələcək görüşünün sonunda açıqlanacaq rəsmi bəyanatın əsası ola bilər.

Suriya məsələsi Putin və Tramp arasında gerçək razılaşmalara səbəb ola biləcək gündəmdə olan bir neçə maddədən biridir. Bu mövzuya dair hər hansı bir razılaşmanın xülasəsi hələ bulanıq olsa da, son tendensiyalardan bəzi mətləblər görünür.

İstənilən razılaşma ticarətdir: Suriyadakı qoşunları tamamilə çıxarılması və Bəşər Əsəd hökumətinin istefa verməsi tələbindən imtina əvəzinə, Birləşmiş Ştatlar Suriyadakı İran təsirini məhdudlaşdırmaq üçün Rusiyadan cavab tədbirləri gözləyir.

Əslində, Rusiya ilə ABŞ arasındakı gizli razılaşmaların bəzi istiqamətləri artıq bəllidir. Misal üçün, iyunun 18-də Suriya rejiminin Dəraa və Quneytra əyalətlərində, müxalifətin cənub cəbhəsində başlayan hücumu.

Rusiya, İordaniya və ABŞ-ın təmin etdiyi cənub-qərb hərbisizləşdirmə zonasında həyata keçirilən əməliyyat ABŞ-ın atəşkəs pozuntularına cavab verməyəcəyinə əminlikdən sonra mümkün olub. Əmman şəhərindəki ABŞ səfirliyi iyunun 24-də Cənubi Cəbhəsi qruplarının rəhbərlərinə ABŞ-dan heç bir dəstək gözləməmələrinə dair məktub göndərib. Həmin gün Rusiya hava qüvvələri Suriya ordusuna bombardımanlarla yardım edib.

İsrail və İordaniya da Moskvaya Dəraa və Quneytra əyalətlərində əməliyyatlar keçirmək üçün yaşıl işıq yandırıb, bir şərtlə ki bölgədə Suriya hökumət qüvvələri yerləşdiriləcək və bütün iranlı qruplar, əsasən Livan “Hizbullah”ı bu sahələrdən çıxarılacaq.

Nəticədə, Rusiya nümayəndələri və cənubdakı Suriya müxalifəti qrupları iyulun 6-da razılığa gəliblər. Cənub Cəbhəsindən 6 min döyüşçü şimal-qərbə, xüsusilə də müxalifətlə dolu İdlibə aparılacaq. Bəzi Cənub Cəbhəsi üzvləri silahsız vəziyyətdə cənubda qalacaqlar. Onların hökumət bayrağı altında yerli silahlı qrup statusu alacaqları mümkündür. Digər müxalif qruplar hətta Rusiya yardımı ilə yaradılmış Suriya rejiminin 5-ci hücum korpusuna qoşula bilərlər. Bu cür qruplar Rusiya hərbi polisi ilə birlikdə bölgəni iranpərəst qruplara sədd çəkə bilərlər – bu, Vaşinqton, Tel-Əviv və Əmmanın ssenarisidir.

ABŞ-ın Rusiyaya ilə müqavilə imzalamağa hazır olması Tehranın Suriyadakı mövqeyini gücləndirməsini Moskvanın dayandırmaq qabiliyyətindən xəbər verir. Həqiqətən, Moskva Şamda varlığını artırıb, hökumətin qərarlarına təsir göstərməyə və BƏƏS rejiminin liderləri arasında iranlıları əvvəlki yenilməz mövqelərindən endirməyə çalışıb.

Kreml Tehrandan heç bir yardım olmadan Şam rejimini dəstəkləyə biləcəyini göstərib. Rusiya, həmçinin müxalifətin nəzarəti altındakı ərazilərin bərpası istiqamətində Suriya hökumətinə dəstək vermək qabiliyyətini nümayiş etdirib. 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində İdlib əməliyyatlarında, daha sonra isə mart və aprel aylarında Şərqi Quta şəhərindəki döyüşlərdə İslam İnqilab Keşikçiləri Korpusuna mənsub olan şiə milisləri mühüm rol oynamırdılar. Əksinə, müxalifətlə danışıqlarda və üsyançı qrupların təslim şərtlərini qəbul etməyə məcbur etmədə son söz sahibi Rusiya idi.

Cənubdakı mövcud kampaniyaya gəldikdə isə, Moskva “Hizbullah”ı Dəraa və Quneytra əməliyyatlarında iştirakını istisna etmək üçün Şamı təsirinə məruz qoyub. Rusiya müxalif qruplarla danışıqlarda aparıcı qüvvə halına gəlib. Rusiya iranlı qüvvələrin yardımı olmadan Suriya hökumətinin problemlərini uğurla həll edə biləcəyini isbatlayıb. Bundan əlavə, Rusiya hərbçiləri bu yaxınlarda Suriya ordusunun “Pələng” qüvvələrinin imkanlarını genişləndiriblər. Onlar əsas hücum qüvvəsi kimi “Hizbullah” qüvvələrini uğurla əvəz ediblər.

Dəməşqin İran vektorundan uzaqlaşmasının mümkün səbəblərdən biri ABŞ-ın İrana qarşı sanksiyaları gücləndirməsidir. Moskva Suriya rəhbərlərinin Tehrandan həddən artıq asılılığın ziyanlı ola biləcəyi ehtimalı ilə narahat olduğunu düşünür. İran əleyhinə sanksiyaların gücləndirilməsi ilə Tehran Suriyaya hər hansı bir maliyyə yardımı göstərə bilməyəcək və Suriyanın alternativ yardım mənbələri tapmaq üçün vaxtı olmayacaq. Dəməşqin İranla əlaqələrini azaltmaq üçün potensial stimul Körfəzdəki investisiyalarda tapıla bilər. Axı Körfəz monarxlarının Suriya “inqilabı”na verdiyi dəstək, əslində, Suriyanı BƏƏS rejimini devirmək deyil, onu İran çətiri altından çəkmək cəhdidir.

Moskvadakı siyasətçilər də cənubun təslimini ABŞ-ın şimaldan çəkilməsi üçün proloq kimi qiymətləndirirlər. Belə bir geri çəkilmə Trampın Suriyadakı ABŞ hərbi varlığının sona çatmasıa dair ifadələrinə uyğun olacaq.

Suriyalı kürdlərin Türkiyə ilə toqquşma perspektivi onları Əsəd rejimi ilə kompromis axtarmağa məcbur edir. Rus mətbuatı Suriyanın “Əl-Vatan” qəzetinə istinadən xəbər verib ki, rəsmi Şam kürdlərin Demokratik Birlik Partiyası liderləri ilə gizli danışıqlar aparır. Kürdlərin Əsədlə razılaşmağa çalışdığı iddia edilir, çünki ABŞ-dan, yəni təhlükəsizlik çətiri aradan qalxdıqdan sonra türk ordusu və onun suriyalı müttəfiqlərinin hücumları gözləniləndir.

Ancaq Rusiyanın İranı Suriyadan tamamilə çıxarması imkanları məhduddur. Ölkənin böyük bölgələri, xüsusən də Hələb, Deyr əz-Zur və Livan sərhədinin yaxınlığında “Hizbullah”ın idarə etdiyi ərazilər Tehran üçün həyati əhəmiyyət daşıyır.

Rusiya ordusunun bir mənbəyi anonimlik şərti ilə, “əl-Monitor”a bildirib ki, Tehranın İraq və Əfqanıstandan olan şiə milisləri (“Fatemiyun” və s.) və suriyalı könüllülər İran birlikləri vasitəsilə bu bölgələrdə yerli özünümüdafiə dəstələri yaradıblar. Bu bölgələrdə iranlılar daşınmaz əmlak alır və onları müxtəlif qruplar arasında bölüşdürürlər.

“Faktlar göstərir ki, İran bu ərazilərdə artıq kök salıb”.

Bütün bunları nəzərə alaraq, ABŞ-ın Suriyadan tam çıxıb-çıxmayacağı hələ də müəyyən deyil. ABŞ-ın Dəraa və Quneytraya təslim olması Rusiyaya güzəşt ola bilər. Ancaq Vaşinqtonun atdığı addımlar, o cümlədən Əsədin istefası tələbinin dəyişməsi və ya hərbi qüvvələrini çıxarması Rusiyanın İranın təsirini minimuma endirmək cəhdlərindən asılıdır. Suriya rejiminin ölkədən İran qruplarını çıxarma cəhdləri də sanksiyaların qüvvəyə minməsindən sonra Körfəzdən yenidənqurma üçün mümkün maliyyə yardımı ehtimalını ehtiva edə bilər.

 Kirill Semyonov

“Əl-Monitor”

Tərcümə: Strateq.az

pia.az
Etiket:

loading...