Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın birinci xanımının qardaşı saxlanılıb

Gürcüstanın birinci xanımı Maki Çiçuanın qardaşı Mixail Mqaloblişvili hüquq mühafizə orqanları tərəfindən saxlanılıb


Bu barədə Gürcüstan daxili işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Mixail Mqaloblişvili Gürcüstan CM-nin 236-cı maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə görə odlu silah əldəetmə, saxlama, gəzdirmə maddəsi ilə ittiham olunur. Saxlanılan şəxsi 6 ilədək azadlıqdan məhrum olma cəzası gözləyir.

Daxili işlər nazirliyindən verilən məlumata görə, Mixail Mqaloblişvili barəsində yanvarın 13-də məhkəmənin qərarına görə, qətimkan tədbiri seçilib. Gürcüstanın “İmedi” televiziyasının məlumatına görə, saxlanılan M.Mqaloblişvilinin vəkili hadisəyə şərh verməyib.

Nazirlikdən bildirilib ki,  M.Mqaloblişvili üç dəfə məhkum olunub. O, 17 il həbs cəzasına məhkum edilib, lakin, üç ildən sonra, 2015-ci ildə Gürcüstan Prezidenti onu əfv edib.  O, bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. O, ilk dəfə 2008-ci ildə narkotik vasitədən istifadə və polisə müqavimət göstərdiyinə görə həbs edilib. Buna görə o, iki il müddətinə azadlıqdan məhrum edilib və 9 ay cəza çəkdikdən sonra amnistiya nəticəsində azad edilib. 2009-cu ildə isə o, yenidən narkotikdən istifadə etdiyi üçün həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar