Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın XİN başçısı Azərbaycan ilə münasibətlərdən danışdı


“Region ölkələri ilə əməkdaşlığa daha çox diqqət ayrılacaq”


Gürcüstanın yeni xarici işlər naziri Georgi Kvirikaşvili səfirlər ilə ənənəvi görüşdə çıxış edib.

“Biz regionun ölkələri ilə münasibətlərin möhkəmləndirilməsinə böyük diqqət ayıracağıq. Biz Azərbaycan və Türkiyə ilə strateji əməkdaşlığımızı, eləcə də Ermənistan ilə ənənəvi yaxın və dost münasibətləri davam etdirəcəyik”, - o bəyan edib.

Nazir həmçinin Böyük İpək Yolu layihəsinin vacibliyini qeyd edib.

“Sizə məlum olduğu kimi oktyabrda biz İpək Yoluna həsr edilmiş Tbilisi forumu çərçivəsində yüksək səviyyəli dialoq keçirəcəyik.

Tərəfdaşlarımız ilə iqtisadi əməkdaşlığa, eləcə də ixrac bazarlarının diversifikasiyasına və sərmayənin cəlb olunmasına diqqət yönəldəcəyimizi desəm sizi təəccübləndirmiş olmayacam”, - nazir bəyan edib.

Nitqdən sonra jurnalistlərlə söhbətdə, Kvirikaşvili eləcə də İrana dair sanksiyaların ləğv edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu proses Gürcüstanı iqtisadi nöqteyi-nəzərdən çox maraqlandırır.

Səfirlərlə görüşdə çıxış edən baş nazir İrakli Qaribaşvili qeyd edib ki, qərb kursuna sadiq olan Gürcüstan, digər istiqamətlərdə də münasibətlərini genişləndirməyə çalışır.

“Dünən cənab Kvirikaşvili qeyd edib ki, Avrasiya qitəsinin bütün potensialını nəzərdən keçirəcəyik. Demək istəyirəm ki, bu, doğru istiqamətdir: Avroatlantik inteqrasiya kimi məqsədimiz ilə, biz əlbəttə ki, Çin və digər Asiya, eləcə də Yaxın Şərq ölkələri ilə münasibətləri möhkəmləndirməliyik”, - Gürcüstanın baş naziri bildirib.

O qeyd edib ki, ölkə Rusiyaya qarşı praqmatik siyasəti həyata keçirir, bu, ölkədə sabitliyi möhkəmləndirməyə yardım edib. Bunun vacib olduğunu qeyd edən baş nazir, sülh dialoqu və praqmatik siyasətə alternativ görmədiyini bildirib. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar