Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır...
Gürcüstanla Rusiya arasında buzlar əriməyə başlayır. Bidzina İvanaşvilinin "Gürcü arzusu" partiyası növbəti seçkilərdə Rusyanın dəstəyini almaq üçün ölkəsinin ərazi bütövlüyünə qarşı getməkdə israrlı görünür.
Rəsmi Tiflis, Rusiya- Gürcüstan arasında gömrük məntəqələrinin açılması, separatçı Abxaziya və Cənubi Osetiyidan keçməklə dəmir yol və magistral yolun açılması ilə bağlı danışıqlar aparır. Rusiya Abxaziyadan dəmir yolunun açılmasında ona görə maraqlıdır ki, bu dəmir yol vasitəsi ilə Ermənistanda olan hərbi bazasının təchizatını qısa şəkildə həyata keçirəcək. Ermənistana və işğal olunmuş ərazilərimizə zirehli texnikanın daşınmasını asanlaşdıracaq. Həmçinin Rusiya ilə Ermənistan arasında bir başa dəmir yolu xətti işə düşməklə Ermənistanın blokadası yarılmış olacaq.
Azərbaycanın Gürcüstanla strateji tərəfdaşlığına rəğmən rəsmi Tiflis Azərbaycan əleyhinə belə razılaşmaya gedirsə, Azərbaycan Gürcüstandan investisiyalarını geri çəkməlidir. Qeyd edim ki,bu anlaşma əldə olunarasa, İvanaşvili kölgəsi altında olan gürcü hökumətindən Azərbaycana qarşı bu qədər zərbə vurulmamışdır. Bundan əlavə, bu hakimiyyət öz ərazi bütövlüyünə hörmət etmirsə, təbii ki, Azərbaycanla maraqlarıda nəzərə almayacaq.
Çexiyanın paytaxtı Praqada mayın 24-də Rusiya və Gürcüstan rəsmi nümayəndələri - Georgi Abaşizde və Qriqori Karasin arasında növbəti görüş keçiriləcək. Bu görüşdə tərəflər razılığa gəlib müqavilə imzalasalar, Ermənistanla Rusiya arasında dəmir yolu bərpa olunmaqla, Gürcüstan hakimiyyəti Azərbayacana qarşı xəyanət etmiş olacaq. Rusiya Abxaziyadan keçməklə, Ermənistana hərbi yüklərini çatdıracaq və Qarabağ münaqişəsinin həllində danışıqların dayanmasına gətirəcək. Çünki, Ermənistan bundan sonra çətin danışıqlar masası arxasına gəlsin. Göründüyü kimi rəsmi Tiflis, Moskva ilə separatçı və öz suverenliyinə təhdid olan anlaşamaya getməklə, regionda təhlükəsizliyi riskə atır.
pia.az