Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstana, Ermənistana və Azərbaycana tez-tez girib-çıxan PKK-çı?


Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı növbəti sensasion iddia ilə çıxış edib


PİA.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Göksel Gülbey bu dəfə PKK terror təşkilatının Gürcüstanda təşkilatlanması və bu təşkilatın “Avroman” adlı mənsubunun tez-tez Gürcüstan, ErmənistanAzərbaycana “girib-çıxması” barədə danışır.

Gülbey iddia edir ki, PKK Gürcüstanda ciddi şəkildə təşkilatlanır. Bu təşkilatın Gürcüstanda “Gilavej” (“Sübh ulduzu”) adlı jurnalı çapdan çıxır. PKK-nın Gürcüstandakı təşkilatlanmasına və fəaliyyətinə başçılıq edən şəxs Abdülrehman Pariyev adlı şəxsdir. Bu terror təşkilatı mənsubuna yardım edən, TiflisBakı arasında xəbər aparıb-gəirən şəxs isə “Kürdüstan İnsan Haqları Qoruma Birliyi”nin üzvü, Osman Baydemir adlı şəxsdir. Həmin şəxsin ləqəbi “Avroman”dır. (Türkiyədə hazırda həbsdə olan Diyarbəkir bələdiyyə başqanı Osman Baydemir nəzərdə tutulmur)

“Bu adam Türkiyədə axtarışda olmasına baxmayaraq Gürcüstan, AzərbaycanErmənistana dəfələrlə giriş-çıxış edib. Həmin şəxsi niyə tutub Türkiyəyə təhvil vermirlər?”-Gülbey sual edir.

ASİMDER başqanı iddia edir ki, PKK mənsubları Ermənistandakı düşərgələrdə təlim keçirlər, sonra Gürcüstandakı yezidi kürdlərdən dəstək alaraq Türkiyəyə keçirlər və Qara dəniz bölgəsində terror aktları törədirlər.

Göksel Gülbey bundan əvvəl PKK terrorçularının Ermənistanda və işğal altındakı Azərbaycan ərazilərində qurulmuş düşərgələrdə təlim keçdiyi haqda bir neçə dəfə bəyanatlar səsləndirib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar