Xəbər xətti

26 MAY

0:40 Lənkəranda “Mercedes” aşdı - Sürücü yaralandı

0:16 55 yaşlı kişi quyuya düşdü - Lənkəranda

0:15 Adamı nəğməsindən tanımaq olmur

0:01 Bu gün bürcünüz nələr vəd edir?

25 MAY

23:51 DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

23:46 Naxçıvan Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edildi

23:44 Türkiyə Silahlı Qüvvələri 49 terrorçu zərərsizləşdirib

23:35 Azərbaycan neftinin son qiyməti

23:24 “Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq”

23:11 Ramazanın 10-cu günü – İmsak və iftar vaxtı

22:59 Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

22:44 Kəşfiyyatçılarımızın təlimi başa çatdı

22:30 “200 manatlıqlar inflyasiya gözləntilərini artıracaq” – Ekspert rəyləri

22:23 İsraildə fələstinlilərə atəş açmağa icazə verildi

22:10 Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb

22:00 Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı

21:51 Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi

21:40 Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır

21:34 Gədəbəy sakini bıçaqlanıb

21:20 Sürücülük hüquqları dəyişdirilir

21:07 Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var

20:59 Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb

20:51 İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına nə vaxt baxılacaq?

20:40 Maliyyə Monitorinqi Xidməti yaradıldı – Fərman

20:33 Deputat: “Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz”

20:27 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid etdi

20:20 Ronaldo futboldan gedəcəyi vaxtı açıqladı

20:13 İstanbulda xüsusi əməliyyat

20:06 Dünyada 25 milyon insan kölə kimi yaşayır

19:59 ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

19:53 “Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

19:50 Məşhur aparıcı-aktrisa keçmiş əri ilə tətilə yollanır

19:47 Pakistan Türkiyədən 30 hərbi vertolyot alacaq

19:44 Makron: “ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi düzgün qərar deyildi”

19:40 Çin-ABŞ ticarət savaşı bitdi: Asiya nəhəngi qalib gəldi

19:35 İmişlidə 25 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb

19:30 ABŞ İranın mülki aviaşirkətlərinə sanksiya tətbiq etdi

19:18 Ermənistan prezidenti Gürcüstana getdi

19:05 Bakı çimərliklərində yoxlamalar başladı

19:00 Şamaxıda M.Ə.Sabirə həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub

18:53 Akif Çovdarov məhkəmədən bəraət istəyib – “MTN işi”

18:45 “Mançester Yunayted” hücumunu gücləndirir

18:33 Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

18:26 Deputata “Xalq yazıçısı” adı verilib

18:21 “ASAN xidmət” və “ASAN Kommunal” 1 gün işləməyəcək

18:16 Binəqədidə avtomobil yollunun yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

18:10 “Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər”

18:05 “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

18:00 Bakı çimərliklərində yoxlamalar başladı

17:56 İstanbulda 51 terrorçu saxlanıldı

17:52 Maşın qaçıran keçmiş məhkum tutulub

17:47 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid edib

17:44 Dolların 4 günlük məzənnəsi

17:41 “1000 bərəkət, halal nemət” məhsulları halal deyilmiş

17:35 Azərbaycan Xocalı aeroportunu vura bilərmi?

17:30 Məşhur model intihar etdi

17:26 “Arif Alışanovu öldürmək üçün mənə 600 min manat təklif etdilər”

17:22 Bakı-Sumqayıt yolunda tıxac azalacaq

17:19 “Çoxdandır bu cür təklif gözləyirdim”

17:15 “Vurulmuş təyyarəyə görə Rusiya məsuliyyət daşıyır”

17:11 Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi

17:03 Vahid Ələkbərov: “Neftin hazırkı bazar dəyəri spekulyativ qiymətdir”

16:58 Polşada qatarlar 250 km/saat sürətlə hərəkət edəcək

16:55 İranlı parlamentar: “Tramp və Pompeo diplomatik qaydaları bilmir”

16:49 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib

16:44 “Tramp-Kim Çen In görüşü ləğv edilməyib, təxirə salınıb”

16:38 Rəqsanə: “O, mənə atalıq etməyib”

16:33 NATO və Avropa Rusiyaya qarşı birləşdi

16:27 Rusiyada alkoqol məhsulları onlayn satılacaq

16:23 Facebook-da yalan məlumatların paylaşılması məsuliyyət yaradırmı?

16:18 Lavrov: “Bunu onların vicdanına buraxıram”

16:12 “Səbail” klubunun yeni baş məşqçisi müəyyənləşib

16:07 “OPEC hasilatın azaldılması siyasətini dəyişdirə bilər”

16:00 İrana görə Avropa ilə üz-üzə gələn ABŞ-ın “sanksiya silahı” öz təsir gücünü itirə bilər? – Müsahibə

15:57 “Azərbaycanla hərbi əməkdaşlığın daha da güclənməsində qərarlıyıq”

15:53 “Məşğulluq sahəsində görülən işlər öz nəticəsini verir”

15:49 “Neqativ hallara qarşı sərt mübarizə fəaliyyətimizin əsasını təşkil edəcək”

15:45 Jurnalist öz evində qətlə yetirildi

15:41 Dünyada 25 milyon insan kölə kimi yaşayır

15:38 “Tezliklə Qüdsdə böyük hadisələr olacaq”

15:32 “Ana-bacı söyüşü işlətdi, mən də ürəyindən vurdum”

15:27 Şoyqunun artan şöhrəti Putini qorxudur

15:23 28 may günü “ASAN xidmət” işləməyəcək

15:18 Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

15:15 Dünyada yeni ölümcül virus yayıldı

15:11 Kremldən Trampın qərarına reaksiya

15:07 ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoydu

15:03 Rasim Balayev: “Məni kriminal avtoritet kimi görəcəksiniz”

15:03 “Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”

14:59 Dünya liderlərinin maraqlı idman hobbiləri

14:55 Oqtay Əsədov Gürcüstana gedir

14:51 Tereza Mey: “Rusiyaya qarşı təzyiqi davam etdirəcəyik”

14:47 Bu il 41 nəfər dəm qazından zəhərlənib

14:44 Əfv sərəncamının icrası başa çatıb

14:40 İmperatordan İlham Əliyevə təbrik

14:35 “Kontakt Home” alıcılara bu yolla fırıldaq gəlir

14:30 Türkiyə AXC-nin 100 illiyi şərəfinə pul nişanı hazırladı

14:26 “İdmançılara ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdır”

14:22 Qarabağ qazisi telekanalları qınadı

14:17 Sabahın hava proqnozu

14:13 Ermənistanın yeni Baş Qərargah rəisi kimdir?

14:10 ABŞ Türkiyəyə F-35 qırıcıları satmayacaq

14:06 Kolumbiya prezidentini seçir

14:02 Əmək haqqına vahid vergi yükü tətbiq ediləcək

13:58 Türkiyənin müdafiə nazirinin müavini Gəncəyə gəlir

13:55 İbrahimbəyova qarşı cəza tədbirləri həyata keçirilməlidir

13:51 ABŞ dövlət katibi: “Tramp İranda rejimi dəyişmək niyyətində deyil”

13:47 Azərbaycanda yeni medal təsis olunur

13:44 Ronaldinyodan 2 qizla evlənəcəyi xəbərlərinə reaksiya

13:40 Dünyanın ən zəif orduları

13:36 İran və beş ölkənin diplomatları Vyanada görüşəcək

13:32 Lars Fon Trier: “Yeni filmlərə baxmıram”

13:27 Keçmiş əri Mənzurəni oğurluqda ittiham edir

13:09 Əsəd Cahangir postinsanı düzgün anlamayıb

13:05 Nərimanovda narkomaniyaya qarşı növbəti təlim keçirilib

12:57 Bahar Muradova: “Heç kimə belə sonluq arzulamazdım”

12:53 Qız üstündə dava salan şair

12:48 Sabiq nazirin VEMTAS “islahatı”: Müslümovun “islahatçı əli” olan Elnur Məcidovun işi araşdırılır

12:48 “Qarabağ” klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib

12:45 Ağır vəziyyətdə olan məhkumlar da azadlığa çıxır



GÜNDƏM

...

Gürcüstan hökumətindən Azərbaycana qarşı xəyanət kimi qərar

Tarix 25.12.17, 9:07

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistana Rusiyadan yük daşınması üçün yeni dəhliz verilir; Natiq Miri: “Heç kim təminat verə bilməz ki, həmin dəhlizdən silah daşınmayacaq”


Ermənistan prezidenti Serj Sərkisyan dekabrın 25-də Gürcüstana iki günlük işgüzar səfər edəcək. Ermənistan mediasının yaydığı xəbərə görə, görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Serj Sərkisyan Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kverkaşvili, parlamentin sədri İrakli Kobaxidze, eləcə də Gürcüstan patriarxı II İlya ilə görüşəcək.

Sərkisyanın səfəri öncəsi Gürcüstanın baş naziri Georgi Kvirikaşvili erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə Gürcüstan ərazisindəki nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyünü bəyan edib. Bu isə Gürcüstan müxalifətində güclü reaksiya doğurub və qalmaqala səbəb olub.

Müxalif “Milli hərəkat” Partiyasının tələbi ilə Georgi Kvirikaşvili parlamentdə açıqlama verməli olub. O deyib ki, bu dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış “Gömrük idarəetməsi və malların monitorinqinin əsas prinsipləri haqqında” sazişlə müəyyən edilib. Saziş çərçivəsində 2017-ci ilin dekabr ayının 19-da Berndə Gürcüstan Gəlirlər Xidməti (ölkənin Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir) İsveçrənin SGS şirkəti ilə malların monitorinqi üzrə müqavilə bağlayıb. Ermənistan tərəfindən bu dəhlizlərdən Rusiyaya malların təchizi məqsədilə istifadə ediləcək: “Tərəfimizdən imzalanmış müqavilənin heç bir bəndi dövlətimizin maraqlarının əleyhinə deyil. Mən təkrar edirəm, söhbət ancaq fors-major situasiyadan gedir, yəni qar yağanda, yaxud Yuxarı Lars keçidi istiqamətində qar uçqunu, sürüşmə baş verəndə. Vurğulayıram ki, fors-major hallarında Tsxinvaldan keçən (Rok tuneli vasitəsilə) dəhlizdən Türkiyə, Ermənistan və ölkənin tranzit statusundan istifadə edən digər dövlətlər yararlana bilərlər”.

Hökumət başçısının bu bəyanatı müxalifət tərəfindən birmənalı qarşılanmayıb. Saziş Tiflisin Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulu üçün vetonu aradan qaldırmasından sonra imzalanıb. Sazişin şərtlərinə əsasən, ticarət dəhlizləri Gürcüstanın nəzarət etmədiyi Abxaziya və Cənubi Osetiya ərazilərindən keçməlidir. Bununla bərabər, tərəflər malların axınına və markalanmasına nəzarət etmək üçün beynəlxalq vasitəçilərin dəvət edilməsi barədə öhdəlik götürüblər. Nəticədə, seçim İsveçrə şirkətinin üzərində dayanıb.

Gürcüstanın sabiq xarici işlər naziri, müxalifətdəki “Vahid milli hərəkat” Partiyasının üzvü Qroqol Vaşadze bildirib ki, üçüncü ölkələr tərəfindən dəhlizdən istifadə 2011-ci ilin sazişinin pozulmasıdır: “Ermənistana bu dəhlizlərlə mallarını daşıma imkanının yaradılması sazişlə qətiyyən əlaqəli deyil”.

Eyni zamanda, o, bütün müxalifət adından Gürcüstan hakimiyyətini 19 dekabrda İsveçrə şirkəti ilə imzalanmış müqavilənin şərtlərini açıqlamağa çağırıb.

Modern.az-ın  yazdığına görə, Yuxarı Larsa alternativ axtarışı İrəvan üçün strateji əhəmiyyətli məsələdir, belə ki, Ermənistana yük axınının mütləq əksəriyyəti-80%-ə yaxını  Moskvadan gəlir. Hazırda ekspertlər 6 müxtəlif variantı nəzərdən keçirir: dəniz yolu (Poti vasitəsilə), üç quru yolu (Cənubi Osetiya dəhlizi, Dağıstan və Yuxarı Larsdan keçən Avar-Kaxeti yolu) və dəmir yolu (Zuqdidi-Soçi marşrutu üzrə Abxaziya ərazisindən keçir).

Lakin iqtisadi baxımdan Ermənistan üçün ən sərfəlisi Nar (Şimali Osetiya)-Qori marşrutudur ki, bu da Cənubi Osetiyadan keçir. O, Yuxarı Larsdan 80 km uzun olsa da, daha uyğun iqlim şərtləri və relyef üzündən məqsədəuyğundur.

Dəmiryolu rentabelli deyil, belə ki Rusiyadan Ermənistana malların daşınması 40 günə qədər uzana bilər. Bərə yolu da xeyli mürəkkəbdir. Dağıstan vasitəsilə (Avar-Kaxeti yolu) daşınma da pis alternativdir, çünki birincisi, bu yol təhlükəsiz deyil. İkincisi, bu marşrutun seçilməsi əvvəlcədən logistikaya yatırımlar tələb edir.

Beləliklə, Gürcüstanla SGS şirkəti arasında imzalanmış müqavilə Ermənistana Rusiyadan bu ölkədən keçməklə quru dəhlizini qismən də olsa açmış olur. Hansı ki, həmin dəhliz 1990-cı illərin əvvəllərindən bağlı idi və Yuxarı Lars keçidində qış aylarında hərəkət çətinləşəndə Ermənistana yüklərin daşınması ancaq Gürcüstan limanlarından mümkün olurdu.

Image result for Yuxarı Lars

Bu baxımdan fors-major situasiyalarda Ermənistanın Cənubi Osetiya dəhlizindən istifadə etməsi bu ölkə üçün doğrudan da böyük hədiyyədir. Rəsmi Bakı hələlik bu məsələyə reaksiya verməyib.

Politoloq Natiq Miri “Yeni Müsavat”a bu barədə şərhində bildirdi ki, Gürcüstan hökumətinin bu addımı Azərbaycanın maraqlarına ziddir. Bunu hətta Azərbaycana xəyanət kimi də dəyərləndirmək mümkündür. Çünki həm iqtisadi cəhətdən, həm də enerji ilə təmin edilməsi baxımından bütün səviyyələrdə Azərbaycan Gürcüstana illərdir misli görünməmiş dəstək verir, Gürcüstanın iqtisadiyyatının çökməməsində Azərbaycanın çox böyük rolu olub və bu gün var: “Ən çətin vaxtlarında Gürcüstana ilk əl uzadan Azərbaycandır. İndi də Gürcüstana Azərbaycandan çox ciddi dəstək verilir. Azərbaycan enerji daşıyıcılarını Gürcüstana güzəştli şərtlərlə satır. Gürcüstanda 500 mindən yuxarı azərbaycanlı yaşayır və onlar orada ən qədim aboregen xalqdır. Gürcüstan Azərbaycanın torpaqlarını işğal edən və hələ də düşmənçilik eləyən Ermənistanla münasibətlərdə bütün bunları nəzərə almalıdır. İşğalçı ölkəyə faktiki olaraq ciddi nəfəslik vermək Azərbaycana qarşı hərəkətdir. Gürcüstan işğalçı dövlətə dəstək verirsə, bu, Azərbaycanla münasibətlərə şübhəsiz ki, mənfi təsir edə bilər. Gürcüstanın baş naziri Ermənistana ərzaq məhsullarının daşınması üçün dəhliz verəcəklərini deyir. Heç kim təminat verə bilməz ki, həmin dəhlizdən işğalçı Ermənistana Rusiyadan silah daşınmayacaq. Gürcüstan dövləti buna nəzarət edə biləcəkmi? Bu suala müsbət cavab vermələri çətindir”.

Image result for Natiq Miri

Politoloq qeyd etdi ki, Gürcüstan hökuməti əslində ölkə  ərazisindən Ermənistana silah daşınmasına qətiyyən imkan verilməyəcəyi ilə bağlı Azərbaycana verdiyi zəmanəti pozmuş olur: “Gürcüstan hökumətinin Ermənistana fors-major vəziyyətlər adı ilə dəhliz verməsi bu zəmanətin pozulması sayıla bilər. Həmin dəhlizdən Ermənistana silah keçiriləcəyi şəksizdir. Odur ki, Azərbaycan hökuməti Gürcüstan hökumətinə ciddi etirazını bildirməlidir. Azərbaycanın Gürcüstana müəyyən təzyiq mexanizmləri də var. Tiflisə xatırladılmalıdır ki, bu mexanizmlər işə salına bilər. Gürcüstanın təhlükəsizlik sistemi təkcə avroatlantik məkanla bağlı deyil. Bu gün Gürcüstanın əsas təhlükəsizliyi Azərbaycan-Gürcüstan-Türkiyə formatı səviyyəsində də təmin olunur. Bunu Tiflis gözardı etməməlidir. Gürcüstan Ermənistanla münasibətlərdə, qərarlar verəndə Azərbaycanın strateji maraqlarını və təhlükəsizliyini nəzərə almaq məcburiyyətindədir. Ona görə də Bakı tərəfindən Tiflisə ciddi xəbərdarlıq olunmalıdır”.

Sərkisyanın bu günə nəzərdə tutulan Gürcüstan səfərinə toxunan N.Miri dedi ki, Ermənistanın öz yanlış siyasəti üzündən blokadada olması vəziyyəti İrəvanı Tiflislə münasibətləri yaxınlaşdırmaq və Gürcüstan ərazisindən daha geniş səviyyədə yararlanmaq məcburiyyətində qoyur. Son zamanlar Gürcüstana Ermənistan rəsmilərinin səfərlərinin çoxalması, indi də Serj Sərkisyanın səfəri bununla bağlıdır: “Ermənistan həm də bununla çalışır ki, Gürcüstanla Azərbaycanın münasibətlərinin soyuqlaşmasına nail olsun”.

Həmsöhbətimiz hesab edir ki, Ermənistanla əlaqələrin sıxlaşdırılması üçün Gürcüstan hakimiyyətinə Rusiyadan təzyiqlər var: “Rusiya Abxaziyadan keçən dəmiryol xəttini açmaq üçün dəfələrlə Gürcüstan hökuməti ilə danışıqlar aparıb. Lakin müsbət nəticə olmayıb. Düşünürəm ki, gürcü hökumətinin son qərarında Moskvanın da təsiri olub”.(musavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır - Adlar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru