Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Azərbaycanı 8 gün sonra təbrik etdi – ilginc səbəb


Qabil Hüseynli: “Rəsmi Tiflisin bu addımını kifayət qədər qüsurlu sayıram”


Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Respublika günü ilə bağlı iyunun 5-də Azərbaycana təbrik göndərməsi ciddi müzakirələrə səbəb olub. 8 gündən sonra göndərilən təbrik Azərbaycan tərəfdən qınaqlara tuş gəlib. Bunu sosial şəbəkələr və mətbuatda açıq şəkildə görmək mümkündür.

Təsadüfi deyil ki, ABŞ başda olmaqla, Avropa dövlətlərinin başçıları 28 maydan öncə və həmin günü təbriklərini göndərdilər, amma qonşuluğumuzda yerləşən Gürcüstanın 8 gündən sonra təbrik etmək yadına düşdü. Əksəriyyət məktubun yubanmasına səbəb kimi mayın 29-da Gürcüstan ərazisində saxlanılan Əfqan Muxtarlının həbsini göstərirlər. Bu həbsdən sonra daxildən və xaricdən ciddi qınaqlara tuş gələn gürcü hökumətinin bu təbriki gecikdirdiyi, bir növ ara sakitləşəndən sonra göndərdiyi ehtimal edilir. İstənilən halda təbrikin yubanmasının Azərbaycana hörmətsizlik olduğu, münasibətlərə neqativ təsir edə biləcəyi qeyd olunur.


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bu cür təbriklərin vaxtında həyata keçirilməsinin prinsipial əhəmiyyət daşıdığını vurğuladı: “Gürcüstan tərəfin bu addımını kifayət qədər qüsurlu sayıram. Çünki bu qədər gec müddətdə göndərmək lovğalıq kimi dəyərləndirilə bilər. Düzdür, Gürcüstan tərəfin məsələ ilə bağlı öz arqumentləri var. Bu arqumentlər əsasən Əfqan Muxtarlının həbsi ilə bağlıdır. Həmin arqumentlərin də yaranmasına səbəb gürcü müxalifətinin ardıcıl olaraq, Gürcüstanın hakimiyyət orqanlarına təzyiqləridir. Tez-tez mitinqlər keçirirlər. Bu kontekstdə beynəlxalq qurumların da bəzilərinin gürcü hökumətinə təzyiqləri var. Bu hələ də davam edir. Gürcüstan qərbmeylli siyasət yürütməklə Qərbə inteqrasiya etmək istəyir. Hədəf NATO, Avropa Birliyidir. Bu sarıdan Gürcüstan hökuməti beynəlxalq qurumların təzyiqlərini nəzərə almaya bilməzdi. Amma bununla belə, qətiyyən Gürcüstan prezidentinə haqq qazandırmaq niyyətində deyiləm. O, komandada kifayət qədər müstəqil, nüfuzlu şəxsdir. Ölkəmizə də xüsusi münasibəti ilə seçilən şəxsdir.

Üstünlüklərindən yararlanıb, təbrikini vaxtında göndərə bilərdi. Amma bunu etməməsi təbrikin əhəmiyyətini heçə endirir, Gürcüstanın özünü də hörmətdən salır. Həbs edilən jurnalist olsa da, həbsin motivləri əvvəl araşdırılacaq, istintaq gedəcək, ondan sonra da məhkəmə prosesi başlayacaq. İndidən belə hay-küy qaldırmaq, buna əsaslanaraq təbriki gecikdirmək uğurlu siyasi gediş deyil. Əksinə, Gürcüstan prezidentini hörmətdən salan, iki ölkə arasındakı münasibətlərə xələl gətirən addım sayıla bilər.

Düşünürəm ki, bu keçici bir haldır. Bütün məsələlərə aydınlıq gətiriləndən sonra təbrik ünvanlanıb. Azərbaycan tərəfi Gürcüstanın önəmini dərindən dərk edir. Amma gərək gürcü tərəf də bunu dərk etsin. Azərbaycan bu ölkə üçün olduqca mühümdür. Vaxtilə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili demişdi ki, ruslar Gürcüstana hücum etdiyi vaxt Azərbaycan olmasaydı, müstəqilliyimizi itirərdik. Hər bir gürcüstanlı bilməlidir ki, bu gün Gürcüstanın büdcəsinin ən azı 48%-i Azərbaycanın hesabına formalaşır. Eyni zamanda qonşu ölkəni neft, qazla təmin edirik. Məsələn, elektrik enerjisinin 8 ildir haqqını hələ ala bilməmişik. Gürcüstan bunları anlamalı, dövlətlərarası münasibətlərdə fundamental dəyərləri nəzərdən qaçırmamalıdır”.


Politoloq birmənalı şəkildə təbrikin gecikməsini Əfqan Muxtarlının həbsi ilə əlaqələndirdi: “Burada başqa səbəbləri görmürəm. Bu məsələdə gürcü müxalifətinin son günlərdə fəallaşması, bu həbsdən yararlanmağa çalışması da mühüm rol oynadı. Gürcü hakimiyyəti bir qədər çəkindi. Bu çəkinmədə də bu cür yanlışlığa yol verdilər. Açığı, düşünmürəm ki, bu məsələni dramatikləşdirmək lazımdır. Qarşı tərəfin burada mövqeyini müəyyən qədər başa düşmək lazımdır. Çünki qarşı tərəfi olduqca pis duruma salmışdılar. Burada beynəlxalq təşkilatlarla gürcü müxalifəti birləşmişdi. Bu həbsdən hərtərəfli istifadə etməyə çalışırdılar. Azərbaycan tərəfi bu hadisələrin içindədir və hər şeyi yaxşı bilir. Bu baxımdan, təbrikin gecikdirilməsini rəsmi Bakının problemə çevirməyəcəyini düşünürəm”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar