Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcü baş nazir İrəvanda protokoldan imtina edə bilərdimi?


“Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Bakıdan bir neçə gün əvvəl İrəvanda səfərdə olub. Amma nəzərə almaq lazımdır ki, rəsmi Tiflisin regionda əsas portnyoru Azərbaycandır”


“Gürcüstan hökuməti də bilir ki, regionda əsas proseslər Azərbaycanla bağlıdır. Bura iqtisadi, siyasi və mədəni proseslər daxildir”.

Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıxov Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin Bakı səfərini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, regionda əsas proseslər Azərbaycan və Türkiyə ilə bağlıdır:

Ermənistan bu prosesdən kənarda saxlanılıb. Ola bilsin ki, Gürcüstanla Ermənistan arasında ticarət və iqtisadi əlaqələr var. Amma strateji baxımdan Azərbaycan Gürcüstanla daha əhəmiyyətli və güclü müttəfiqdfir. Baş nazir Georgi Kvirikaşvili də bunu yaxşı anlayır. Bir sıra layihələrin həyata keçirilməsi Gürcüstana kifayət qədər fayda gətirir. Söhbət nəqliyyat, enerji layihələrindən gedir. Əgər Kvirikaşvili Ermənistana səfər edərək böyük müqavilələrə imza atsaydı, bu, özü-özlüyündə mənfi bir hal olardı. Amma o, Ermənistan səfərindən bir neçə gün sonra Azərbaycana gəlir. Çünki baş nazir bilir ki, İrəvana getmək onun üçün simvolik səfərdir və bunu etməyə bilməz. Amma əsas müttəfiq Azərbaycandır və əsas layihələr Azərbaycanın qərarı ilə baş tutur. Əgər biz olmasaq, bölgədə heç bir geosiyasi layihələr də olmaz. Reallıq budur. Bizi birləşdirən, strateji maraqlarımıza cavab verən istiqamətlər dünya səviyyəli layihələrdir”.

Mütəxəssis vurğulayıb ki, Gürcüstan üçün AzərbaycanErmənistan arasında müqayisə aparmağın özü belə qüsurludur:

“Çünki Azərbaycan-Gürcüstan əlaqələri daha ciddi əsaslara söykənir. Bu, ancaq iqtisadi münasibətlərlə əlaqəli məsələ deyil. Hətta müdafiə məsələlərində də ciddi yaxınlaşma var. Baş nazirin səfərindən əvvəl Bakıya müdafiə naziri səfər edib. Bu, təsadüfi səfər deyil”.

Baş nazir Georgi Kvirikaşvilinin İrəvanda saxta soyqırımı abidəsini ziyarət etməsinə gəldikdə Fikrət Sadıxov deyib ki, bu, yaxşı hal deyil:

“Ancaq iş ondadır ki, Ermənistana səfər edən rəsmiləri İrəvan hökuməti saxta soyqırımı abidəsinə dartıb aparır. Çünki bu kompleksi ziyarət etmək artıq onların dövlət protokol proqramına daxil olub. Əlbəttə, bundan imtina etmək problem yaradır, protokol qaydalara təpki kimi başa düşülür. Mən düşünmürəm ki, Gürcüstan baş naziri səmimiyyət nümayiş etdirərək və ürəyi yanaraq həmin kompleksə getmək qərarını versin. Bu, sadəcə, protokol proqrama daxil olan tədbir olub. İrəvana gələn rəsmi şəxslər ora gedirlər. Getməsələr, münasibətlər pozulacaq. Görünən odur ki, Gürcüstan münasibətləri pozmaq istəmir, amma əminəm ki, baş nazir Azərbaycanla Ermənistanın fərqini görməklə yanaşı, həm də hiss edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar