Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günvurma nədir və ondan necə qorunmalı?


Adil Qeybulla: “İnsan orqanizmində bioloji proseslərin normal getməsi üçün zəruri temperatur 36-37 dərəcədir”


Sinoptiklər yaxın günlərdə kəskin istilər olacağı haqda xəbərdarlıq edirlər. Düzdür, Azərbaycanda elə də şiddətli istilər olmasa da, havanın temperaturunun normadan yüksək olması həssas və səhhətində müəyyən problem olan insanlara pis təsir edir. 

Artıq iyun ayı ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına günvurma halları ilə bağlı 9 müraciət daxil olub. Bu barədə stansiyanın baş həkimi Rauf Nağıyev anspress-ə məlumat verib. Onun sözlərinə görə, günvurma ilə əlaqədar müraciət edənlərin əksəriyyəti orta yaşlı insanlardır.

Ümumiyyətlə, dünyada hər il yay mövsümündə kəskin istilər yüzlərlə insanın canını alır. Təkcə Pakistanda anormal istilər nəticəsində baş verən günvurmadan 140 insan həyatını itirib. Pakistanın Kəraçi şəhərində havanın temperaturu 48 dərəcədən çoxdur. Nəticədə Kəraçi şəhərində 131, Sind şəhərində isə 9 insan həlak olub. Pakistan kanallarına açıqlama verən səhiyyə nazirliyi rəsmisi Jam Mehtab Hussain Dahar təkcə 347 nəfərin özəl və ya dövlət xəstəxanalarında öldüyünü deyib. Oxşar hadisə Hindistanda baş verib. 
Bəs günvurma nədir və bu, insan orqanizmində hansı dəyişikliklərə səbəb olur ki, ölümlə nəticələnir?

Həkimlər günvurmanın başın birbaşa gün şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranması olduğunu deyirlər. Bu zaman beyinin qan damarları genişlənir və ona güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması halı da baş verə bilir ki, bu da mərkəzi və periferik əsəb sisteminin pozulmasına gətirib çıxarır. 

Günvurmanın əlamətlərinə gəlincə, bunlar qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qanın axması və görmə qabiliyyətinin pozulması da baş verə bilər. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Günvurma dəri yanması ilə də müşahidə oluna bilər. Buna misal olaraq qızartı, suluq və sairə göstərmək olar.

Adil Qeybulla: “İnsan orqanizmində bioloji proseslərin normal getməsi üçün zəruri temperatur 36-37 dərəcədir”

Tibb elmləri doktoru, professor Adil Qeybulla insan bədənindəki bioloji proseslərin 36-37 dərəcə temperaturda getdiyini bildirdi: “İnsan orqanizmində bioloji proseslərin getməsi üçün 36 və 37 dərəcə arasında normal temperatur var. 37 dərəcə maksimumdur, 36 dərəcə isə minimum. Bədəndəki bioloji proseslərdə bu temperatur daxilində gedir. Orqanizmdə istiliyi beyindəki termorequlyasiya mərkəzi tənzimləyir. Məsələn, isti havada dəri genişlənir və buxarlanma baş verir. Nəfəs yollarında buxarlanma baş verir. Nəfəs yolları genişlənir ki, daxili temperaturu aşağı salsın. Qış vaxtında dəridə, damarlarda sıxılmalar olur ki, temperaturu saxlaya bilsin və bədən soyumasın. Amma orqanizm bayırda həddən artıq soyuq və ya isti altında qaldıqda termorequlyasiya pozulur və temperatur dəyişir. Uzun müddət hərarət altında olan şəxsdə də bədənin qızması baş verir. Yəni temorequlyasiya mərkəzləri bunun öhdəsindən tam gələ bilmir və bədənin temperaturu artır. Nəticədə də həddən artıq temperatur artdığından qan laxtalanması, qatılaşması artır və qanın hərəkəti pisləşir. Bu hadisəyə də istivurma deyilir. İstivurma ölümlə də nəticələnə bilər. Yəni bu tronbozlarla, ürək fəaliyyətinin dayanması ilə, beyinə qan sızma ilə müşahidə edilə bilər. Soyuq temperaturda isə bu, donmalardan baş verə bilər. Yəni termorequlyasiya mərkəzinin tənzimləmə funksiyası uzun müddət yüksək və ya aşağı temperatur altında duranda orqanizm onu tənzimləyə bilmir və nəticədə də bu cür hadisələr baş verir”.

A.Qeybulla istvurmalar zamanı ilkin tibbi yardım olaraq gün vuran şəxsi yaş dəsmala bükmək lazım olduğunu bildirdi: “Günvurma zamanı ilkin tibbi yardım olaraq zərərçəkmiş şəxsi sərin bir yerə çəkmək, onun alnına, bədəninə yaş dəsmal qoymaq lazımdır. Daha sonra isə həkim çağırılmalıdır. Həkim yardımı isə peşəkar yardımdan ibarətdir”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar