Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günəş və Ay tutulacaq


Sentyabrın 13-də ilin ikinci Günəş, 28-də isə Ay tutulması baş verəcək


Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat  verib.
 
Onun sözlərinə görə, bu, qismən Günəş tutulması hesab edilir.
 
“Tutulma Bakı vaxtı ilə 09:41-də başlayacaq, 11:53-də maksimum həddə çatacaq, 14:05-də isə sona çatacaq. Tutulma əsasən Afrikanın cənubu, Hind  və Atlantik okeanın cənub tərəfi, maksimum isə Antarktidada müşahidə ediləcək. Azərbaycanda isə müşahidə edilməyəcək.
 
Sentyabrın 28-də tam Ay tutulması olacaq. Həmin gün super Ay olacaq. Həmin gün 06:47-də Ay  yerə ən yaxın məsafədə olacaq.Yerlə Ay arasında məsafə 356876 km olacaq, bu da ən yaxın məsafə hesab edilir. Ay tutulması 06:07-də başlayacaq, 07:47-də maksimum olacaq, 09:27-də sona çatacaq.  Bu, Azərbaycanda 07:30-a qədər müşahidə ediləcək, o zaman Ay batıb, Günəş çıxdığına görə müşahidə edə bilməyəcəyik. Ay tutulması Cənubi Amerika, Atlantika, Avropa, Afrikanın əksər ölkələrində müşahidə ediləcək. Şərqi Avropa, mərkəzi və Şərqi Afrikada qismən görünəcək”.
 
Tutulmanın insan səhhətinə zərərinə gəldikdə, X.Mikayılov belə bir narahatlığa əsas olmadığını dedi:
 
“İl ərzində iki Günəş və iki Ay tutulması baş verir. Əsrlərdir baş verən bu təbiət hadisəninin insan səhhətinə zərəri təsdiqlənməyib. Sadəcə psixoloji durumu zəif olanlarda qorxu yarada bilər. Dəniz və su hövzələrində suyun çəkilməsi, qabarmalara təsiri yoxdur. Bu, sadəcə planetlərin hərəkəti ilə bağlıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar