Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günəş şüaları altında qaralmağın yolları


Qaralma günəşin ultrabənövşəyi şüası və ya süni işıq mənbələrinin təsiri ilə dəri səthi rənginin tündləşməsi nəticəsində onun üst qatında melanin piqmentinin həddindən artıq əmələ gəlməsi nəticəsində yaranır


Dərinin qaralması ultrabənövşəyi şüaların orqanizmə yaxşı təsir etməsindən xəbər verir. Həmin şüaların təsiri ilə bədəndə əmələ gələn bioloji fəal maddələr və endokrin sistemlərin fəaliyyətini stimulə edir, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmin infeksiya və digər xəstəliklərə qarşı müqavimətini artırır.

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, qaralma həm də orqanizmin müdafiə reaksiyalarından biridir. Buynuz təbəqənin qalınlaşması və melanin istilik şüalarını udmağı orqanizmi uzundalğalı infraqırmızı şüalardan qoruyur. Həmin dalğaların uzunmüddətli təsiri zamanı dəri qatındakı hüceyrələr məhv olur və yanıq əmələ gəlir, həmçinin bədənin həddindən artıq qızması və günvurma halları baş verir. Lakin günəş təsirinin müsbət nəticələrinə baxmayaraq, uzun müddət onun altında qalmaq təhlükəlidir.

Ultrabənövşəyi şüaların çox qəbul edilməsi ağ dərisi olanlar üçün çox zərərlidir. Yalnız qara və tünd dərisi olanların orqanizmində kifayət qədər melanin ayrılır və orqanizm özünü həmin şüaların zərərli təsirindən qoruya bilir. Günəş şüası altında 10 dəqiqə qalanda günəş dərini bir az qıcıqlandırır və yüngül qızartı əmələ gəlir. Daha uzun müddət qalanda dəri iltihablaşır və şişir. Şüalanma uzananda yanma nəticəsində dəri sulanır və suluqlar əmələ gəlir. Günəş altında çox qalmağın zərəri ondan ibarətdir ki, dəri özünə qoruma funksiyasını yerinə yetirə bilmir. Ağır yanıqlar zamanı termorequlyasiya prosesi pozulur.

Günəş vannaları sızanaqlardan əziyyət çəkənlər üçün faydalıdır. Ultrabənövşəyi şüalarla aparılan müalicələr zamanı piy vəzilərinin təmizlənmə üsullarından biri də dərinin üst qatının soyulmasıdır. Soyulma zamanı dərinin ölmüş hüceyrələri ilə birgə piy vəzilərinin ağzını bağlayan hissəciklər də təmizlənir və onun funksiyaları bərpa olunur. Günəş vannaları hətta psoriaz xəstələri üçün də faydalıdır.

Bədəni qaraltmaq üçün birinci gün günəş şüaları altında 10-15 dəqiqədən artıq qalmamaq, dənizdə və çimərlikdə istirahət zamanı ilk günlər gün çətirlərindən istifadə etmək lazımdır. Hər şey normal olanda və özünü yaxşı hiss edərkən hər gün 5-10 dəqiqə artıq qalmaq olar. Tam qaralmış dəri üçün maksimal müddət yarım saatdan artıq olmamalıdır. Bədənin hər yerinin bərabər miqdarda qaralması üçün gün vannasından qabaq dəri səthini mixək, qoz, ərik və ya digər bitki yağı ilə yağlamaq məsləhətdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar