Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gün vurmuş insanı necə xilas edək?


İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 31 nəfər müraciət edib


Onlardan 12 nəfəri xəstəxanaya yerləşdirilib. Bəs günvurmanın əlamətləri hansılardır? Zərər çəkənə ilk tibbi yardım hansı formada göstərilməlidir?

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev ailem.az-a bildirdi ki, yay fəslində həm günvurma, həm də istivurma ilə əlaqədar müraciətlər olur. Günvurma və istivurmanın əlamətləri eyni olsa da, baş vermə səbəbləri fərqlidir: “İstivurma hər hansı səbəbdən isti şəraitdə olan yerlərdə, günvurma isə açıq günəş şüaları altında qalan adamlarda baş verir. Günvurma halları üç dərəcədə olur. Yüngül, orta və ağır. Qeyd edim ki, azyaşlı uşaqlar, xəstə insanlar və yaşlılar belə hallar üçün daha həssas qrupdur və onların vəziyyəti daha tez pisləşə bilər”.

Baş ağrısı, halsızlıq, ürəkbulanma...

R.Nağıyev deyir ki, günvurma halı özünü yüngül başağrısı, ürəkbulanma ilə büruzə verir. Günəş şüalarının təsirindən dəridə yanmalar da qeydə alınır. Baş ağrısı, halsızlıq, ətraf mühitə reaksiyanın zəifləməsi, ürəkbulanma kimi hallar ortaya çıxır: “Əgər ağır formada gün vurmadırsa, sadalanan əlamətlər şok vəziyyətinə gətirib çıxara bilər. Hər bir insan özünü açıq günəş şüaları altında qalmaqdan qorumalıdır. Müddət nə qədər çox olarsa, günvurmanın fəsadları da ağırlaşır. Çünki ətraf mühitin rütubəti yüksək olanda orqanizmdə temperatur mübadiləsi çətin gedir. Bu zaman daha ağır nəticələr yaranır. Qeyd edim ki, son illər günvurma nəticəsində şok vəziyyətinə düşmə halı qeydə alınmayıb. Amma günvurma ilə bağlı bizə müraciətlər olur və onlara ilkin yardım göstərilir”.

Kalorili yeməklərdən uzaq durun

Həkim məsləhət verdi ki, saat 11:00-dan 17:00-dək açıq gün şüaları altına çıxmaq olmaz. İsti havalarda, əsasən, sərin yerlərdə, havası tez-tez dəyişdirilən otaqlarda olmaq məqbuldur: “Əgər kimsə açıq günəş altına çıxmağa məcburdursa, belə halda mütləq baş örtüklərindən istifadə etməlidir. Açıq rəngli və təbii materialdan biçilmiş geyimlər seçilməlidir. Bununla yanaşı, mütəmadi olaraq maye, mineral və təbii suların qəbul olunması məsləhətdir. Həmçinin yüksək kalorili, ağır yeməklərdən istifadə etmək olmaz. Yaxşı olar ki, əsasən, tərəvəzi bol olan yeməklərə üstünlük verilsin”.

İlk yardım belə olmalıdır

Günvurma zamanı ilkin tibbi yardım kimi zərərçəkəni kölgəyə və sərin otağa aparmaq, geyimini yüngülləşdirmək lazımdır: “Bundan əlavə, onun bədən hərarətini aşağı salmaq üçün libası su ilə isladılmalıdır. Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda, soyuq su ilə kompres qoyun. Huşunu itirdiyi halda zərərçəkənə naşatır spirti iylətmək, tənəffüs olmadıqda isə süni tənəffüs vermək tələb olunur. Bundan sonra mütləq həkimə müraciət etmək lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar