Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülyanaq ölən musiqiçidən danışdı


“Pircan bəyin intihar etdiyini atamın yas mərasimində eşitmişəm”


Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova musiqi qrupunun sintezator ifaçısı Pircan Həsənovun vəfatı barədə danışarkən söyləyib.

O, musiqiçinin ölümündən çox təəssüfləndiyini deyib.

“Atam bu yaxınlarda rəhmətə gedib, yaslıyam. Pircanın ölüm xəbərini də yas mərasimində eşitmişəm. 1993-cü ildə tələbə yoldaşım olub. Yaxşı dost, gözəl musiqiçi idi. Hər zaman xətrini çox istəmişəm. Deyib gülən insan idi, borcunu-xərcini heç vaxt biruzə verməzdi. Burda eşitmişəm ki, intihar edib. Amma təfərrüatını bilmirəm. Sənət yoldaşım, musiqiçim kimi ürəyim ağrıdı. Yasdayam deyə yasına da gedə bilmədim”.

Qeyd edək ki, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı Pircan Həsənov sirkə turşusu içərək özünü zəhərləyib. Hadisə dünən günorta saatlarında 44 yaşlı P.Həsənovun yaşadığı Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən evində baş verib. Ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcələsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar