Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır

Bir çox həkimlərin apardığı müşahidəyə görə, əksər ürək problemləri təəssüf ki, vaxtında bu orqanın qayğısına qalmamaq və qorumamaq nəticəsində əmələ gəlir


 Çəkisi artıq olanlar digərlərinə nisbətən ürək-damar xəstəliklərindən daha çox əziyyət çəkirlər. Belə ki, artıq çəki ürəyi daha intensiv işləməyə məcbur edir.

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, ürəyin həmişə sağlam olması üçün vaxtaşırı profilaktik tədbirlərin aparılması mütləqdir. Bunun üçün ilk növbədə qidalanmaya ciddi nəzarət etmək, pəhriz saxlamaq lazımdır. Qida rasionu meyvə-tərəvəz, balıq, dəniz məhsulları, göyərti, qoz-fındıq, ağartı, qınlı paxlalı bitkilər, çovdar çörəyi və zeytun yağı ilə zəngin olmalıdır.

Çəkiyə nəzarət etmək və çox yeməmək də vacib şərtlərdən biridir. Ən mühüm məsələlərdən biri onurğa sütununu möhkəmləndirməkdir, çünki bütün orqanlar mərkəzi sinir sistemi ilə sıx əlaqədardır. Ürəyin "məşq" etdirilməsi də onu möhkəmləndirir, gərginliyə uyğunlaşmanı yaxşılaşdırır. Bunun üçün hər gün idmanla məşğul olmaq və səhər gimnastikası etmək lazımdır. Orqanizmin normal fəaliyyət göstərməsi üçün hər gün piyada gəzmək də əsas şərtlərdən biridir. Oturaq həyat tərzi nəticəsində orqanizmdə bütün mühüm proseslər, o cümlədən maddələr mübadiləsi yavaşıyır, immun sisteminin işi zəifləyir və bunun nəticəsində müxtəlif xroniki xəstəliklər-piylənmə, şəkərli diabet və insult inkişaf etməyə başlayır.

Gündə azı 20 dəqiqə parkda, bağda və ya yaşıllıqlar zonasında təmiz havada piyada gəzmək ürəyin müntəzəm "məşqlərə" uyğunlaşmasına kömək edir.

Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdırmaq üçün sağlam gülüşə, xoş əhvali-ruhiyyəyə də ehtiyac var. İnsan güləndə sinir və ürək-damar sistemlərinin, tənəffüs yollarının fəaliyyəti və orqanizmin hormonal vəziyyəti yaxşılaşır. Bir çox tədqiqatlar nəticəsində sübut olunub ki, gülüş orqanizmdə stresslə bağlı hormonların səviyyəsini azaldır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar