Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güllə atıcılığı üzrə məktəblilərin VII ənənəvi rayon birinciliyi keçirilib - Bərdədə

Qarakənd səmasında ermənilər tərəfindən vurulmuş helikopterdə həlak olanların xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə məktəblilərin VII ənənəvi rayon birinciliyi keçirilib

    
Noyabrın 20-də şəhid Alı adına Bərdə şəhər 5№li tam orta məktəbdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd səmasında ermənilər tərəfindən vurulmuş helikopterdə həlak olanların xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə məktəblilərin VII ənənəvi rayon birinciliyi keçirilmişdir.
           
Həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
       
Tədbiri giriş sözü ilə şəhid Alı adına Bərdə şəhər 5№li tam orta məktəbin direktoru Teymur Həmidov açaraq iştirakçıları məktəb kollektivi adından salamladı. O, tədbirin əhəmiyyətini vurğulayaraq, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində belə tədbirlərin vacibliyindən danışdı.
        
Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov Qarakənd faciəsi haqqında məlumat verərək qeyd etdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd faciə qurbanlarının xatirəsini bir daha yad etmək, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdən ibarətdir. Sonra o, prel döyüşlərində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənabları tərəfindən gənclərin hərtərəflı inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı. 
        
Bərdə rayon Təhsil şöbəsinin metodisti, yarışın baş hakimi İsa Abbasov  yarış barədə komandalara ətraflı məlumat verdi.
        
Birincilik təşkilatçılar tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.
        
Yarışın yüksək səviyyədə keçirilməsi və iştirakçıların göstərdiyi nəticələrini qiymətləndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə hakimlər heyəti təyin edilmişdir:

1.Abbasov İsa Böyükkişi oğlu      -  Təhsil şöbəsinin metodisti                            - baş hakim
2.Qasımov Aydın Qnyaz oğlu      -  Gənclər və İdman idarəsinin rəis müavini     - hakim
3.Rəsulov Anar  Həsən oğlu         -  Təhsil şöbəsinin metodisti                            - hakim
4.Abdullazadə İsmayıl Akif oğlu  - Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi  - hakim 
5.Şükürov Yavər Cəfər  oğlu    - gənclərin çağırışaqədərki hazırlıq fənni müəllimi      - hakim
        
Yarış pnevmatik tüfəngdən hər iştirakçıya 3 güllə olmaqla 6 metr məsafəyə atəş açmaqla keçirilmişdir. Hər komandada  2 oğlan  və  2 qız iştirak etmişdir.
       
 Daha yaxşı nəticə göstərən G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbinin komandası I yeri, Y.Kərimov adına kənd tam orta məktəbinin komandası II yeri və İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbinin komandası isə III yeri tutmuşlar. Oğlanlar arasında N.Nərimanov adına Bərdə şəhər 3№li tam orta məktəbin komandasının üzvü Yaşar Mahmudov, qızlar arasında isə G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbinin komandasınin üzvü  Aytən Mahmudova  daha çox xal toplayaraq birinci olmuşlar.

 Qalib komandalar və yüksək nəticə əldə etmiş şagirdlər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunmuşlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar