Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güləş məşqçiləri arasında qalmaqal


Son günlərdə Azərbaycan güləşi ətrafında gedən problemlərə daha biri əlavə olunub


Bu dəfə problem yeniyetmələr komandasında baş verib. 

Belə ki, 63 kq çəki dərəcəsində güləşçi Cavadov Cavidanın şəxsi çalışdırıcısı Aydın Süleymanov sayta müraciət edərək yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Bəhram Mürvətovdan şikayətçi olduğunu bildirib. Onun sözlərinə görə,yığmanın çalışdırıcısı yetirməsinə qarşı haqsızlıq edib: “Gənclər arasında Avropa çempionatı olacaqdı. Ondan öncə turnirlər var idi.

Cavidan da həmin turnirlərə qatılacaqdı. Çünki orada uğurlu çıxış edənlər qitə birinciliyinə yollanacaqdı. Cavidan beynəlxalq turnirlərdə qızıl medal qazandı, Azərbaycan Güləş Federasiyası kubokunda birinci oldu.  Amma Avropa birinciliyinə Vəfadar Cəfərovu apardılar. O da getdi, uduzdu. Dedilər ki, Cavidanı dünya çempionatına aparacağıq. Amma sentyabrın 2-də dünya çempionatı başlayacaq. Dünya birinciliyinə az qalıb. Bunlar isə "lipa" olan Vahid adlı bir idmançını ora hazırlayırdılar. Lakin bu idmançı gedib beynəlxalq turnirləri uduzdu. Ona görə də məcbur olub, indi başqasını hazırlamaq istəyirlər. Niyə uğur qazanan idmançıları yox, onları aparırlar?”

Aydın Süleymanov Bəhram Mürvətovla bu mövzuda danışdığını da sözlərinə əlavə edib: “Getdim, Bəhramdan bu elədiklərini soruşdum. Dedim ki, bu uşaq çempion olur, medal qazanır, amma kənarda qalır. Hansı ki, Cavidanın 8:0 udduğu iranlı idmançı həmin Avropa çempionatına gedən Vəfadarı təmiz qələbə ilə udmuşdu.

Mənə cavabı bu oldu: mən yaxşı edirəm. Ürəyim kimi istəyir, onu da yarışa aparıram. Çempionatda birinci, ikinci, üçüncü yer tutanın deyil, ürəyim istəyən idmançının adını siyahıya salacam. İndi siz məni başa düşürsünüz? Belə şey olmaz. Haqsızlıq edirlər”. (qafqazinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar